(Anket sorğusu 10 mart 2016 tarixində başa çatmışdır, nəticələrlə bu linkdən tanış ola bilərsiniz.)
Ölkəmizdə işə qəbul prosesində namizdələr nələrdən narazıdır?
Namizədlər iş elanlarında, təşkilatlarda, müsahibəni keçirən insan resursları əməkdaşlarında hansı çatışmazlıqların olduğunu düşünür?
Bu suallara bir az da olsa aydınlıq gətirmək və ümumi vəziyyəti görə bilmək üçün kiçik bir sorğu keçirmək qərarına gəldim. Düşünürəm ki, bu sorğunun nəticələri işəgötürən və namizədlər arasındakı bəzi anlaşmazlıqların aradan qaldırılmasına kiçik də olsa bir töhfə verəcək.
Təbii ki, cavablar içərisində daha fərqli varinatlar da vermək olardı, amma mən daha çox eşitdiklərimi və ehtimal verdiklərimi əlavə etdim. Eyni zamanda hər hansı test, ixtisas imtahanı kimi mərhələləri deyil, sırf müsahibəni ələ almaq istədim. Sadəcə 4 sual var və Sizdən xahişim bu sualları birdən artıq cavab seçmə haqqınızın olduğunu diqqətə alaraq cavablamağınızdır. Əgər düşündüyünüz cavab variantlar arasında yoxdursa, buyurun Siz öz cavabınızı əlavə edin. Son olaraq qeyd edim ki, anketdə iştirak edənlərin kimliyi görünmür, yənir rahat bir şəkildə cavab verə bilərsiniz. Əvvəlcədən təşəkkür edirəm.
Zaman ayırdığınız üçün bir daha təşəkkür edirəm. Bu anket sorğusunu paylaşaraq daha çox insanın iştirak etməsinə dəstək ola bilərsiniz.
Tövsiyə olunan bəzi yazılar:
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- İşə qəbul zamanı Maksimus effekti
- Sən “döyərsən”, yoxsa CV-in ?
- HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə
- Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri
- 2016 üçün İşə Qəbul Trendləri
- HR kimi olma, Əhməd kimi ol
- Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?
Qeyd: İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb.