Hər cür rəqabət əslində bir tək əlin (inhisar/monopoliya) yaranmasına xidmət edir. Necə? Əslində rəqabət edənlərin təbii olaraq son məqsədi (əlçatan olmasa belə) rəqabəti aradan qaldırmaqdır. Rəqabət münasibətləri öz-özünü yox etməyə meyillidir. Bu münasibətlər özbaşına buraxıldığı zaman (tanış gəlir? caaan) şanslar kəskin şəkildə qütbləşir. Resurslar bir tərəfdə azaldıqca azalır, digər tərəfdə isə tam tərsinə, artdıqca artır … Oxumağa dava et Bizimkisi bir aşk hikayesi, siyah beyaz film gibi biraz…
Kateqoriya: BİZNES
Hər 35 ildən bir AC Milana bir Maldini gəlir. Çezare Maldini və oğlu Paolo Maldinidən sonra nəvə Daniel Maldini də bu günlərdən etibarən Milan klubunda oynamağa başladı. Əslində demək istədiklərim üçün maraqlı giriş və nümunə olar deyə düşündüm. Facebook araşdırma komandasının bir araşdırması var idi - valideynlərin peşələri övladların peşə seçiminə nə qədər təsir edir? Daha … Oxumağa dava et Atalar və Oğullar (və Nəvələr və Nəticələr…)
Aşağıda adları çəkilən müəssisələr Türkiyənin ən böyük 500 sənaye quruluşudur. Onların adlarının altında isə bu müəssisələrin insan resursları siyasəti, mövcud karyera imkanları, əlaqə vasitələri haqqında məlumatlar əldə etmək mümkündür. Bu tablo danismend.com tərəfindən yayınlanmışdır. TÜPRAŞ-Türkiye Petrol Rafinerileri A.Ş. http://www.tupras.com.tr/kariyer-genel-bakis Ford Otomotiv Sanayi A.Ş. https://www.fordotosan.com.tr/tr/kariyer Toyota Otomotiv Sanayi Türkiye A.Ş. https://www.toyotatr.com/?m=c&cid=17 TOFAŞ Türk … Oxumağa dava et Türkiyənin 500 Ən Böyük Sənaye Quruluşunun İnsan Resursları (HR) və Karyera/İşə Müraciət Linkləri
Dəyərli Dostlar, Bu anketi dolduraraq, çevrənizlə, sosial mediya hesablarınızla paylaşaraq araşdırmamıza dəstək olmağınızı çox çox xahiş edirəm. Əvvəlcədən hər birinizə minnətdaram. Anket
"Predictably Irrational", "The Upside of Irrationality" və "The Honest Truth About Dishonesty" kimi bestseller kitabların müəllifi olan amerikalı yəhudi Den Arieli bir davranış iqdisadı professorudur. Hal-hazırda da Dyuk Universitetində (ABŞ) dərs deyir, daha əvvəl isə MIT-də (ABŞ) professor olaraq işləyib. TED çıxışları isə 10 milyon civarında baxılıb və bu linkdən hamısına baxa bilərsiniz. Familyası, yəni … Oxumağa dava et Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
Bəzən düşünürəm, bəlli ölkələrdə sosial media niyə bağlanmır? Dövlət səviyyəsində. Elə bizim ölkə kimi ölkələrdə. Məncə bunun birdən çox cavabı var. Misal üçün, sosial media vasitəsi ilə ciddi arxiv yaradırlar, insanları daha rahat izləyə bilirlər (CIA bizi izləyir flan 😉 ), insanların əsəb, gərginlik və etirazlarını sosial media vaisəsi ilə paylaşaraq nifrət qusmasına, bununla da … Oxumağa dava et İşdə sosial media qadağan, yoxsa təşviq olunsun?
Hamımızın bidiyi məşhur bir hekayə var. Günlərin bir günü, sultan əmr edir ki, bu gecə bütün şəhər sakinləri saray həyətindəki böyük hovuza hərəyə bir vedrə süd töksün, səhər şəxsən gəlib yoxlayacaq. Gecənin qaranlığında hamı düşünür ki, əşşi, bir mənimlə problem olmaz, onsuz da qaranlıqdır, mən bir vedrə su töküm, digərlərinin tökdüyü o qədər südün içində … Oxumağa dava et Tək əldən səs çıxmaz, elə çox əldən də…
Deməli yağışlı bir gündə bir şirkətə işə qəbul olmaq üçün müsahibəyə yollandım. Flora Kərimovanın “Gün keçdi” filmindən məşhur mahnısında dediyi kimi taksidən düşüb, bilmədim haraya, hayana gedim? Yəni elə bir yağış yağırdı. Nə isə. Məni imtahandan keçirtdilər, nəticəm yaxşı olduğu üçün əlahəzrət HR-la görüşmək şərəfinə nail oldum. Uzun müddət gözlədikdən sonra sehrli qapılar açıldı və … Oxumağa dava et “Halo” olar dedim, “Horn” oldu
Çörək bişirən bir zavod düşünək. Buradakı təməl xammala nələr aiddir (Sadəcə çörəyin tərkibi üçün. Təbii ki, bütün zavod resurslarını da saymaq olar)? Un, su, duz, quru maya və s. Daha sonra bu xammallar bir iş prosesindən keçir (yoğurulur, gözlədilir, hissələrə bölünür, daşınır, sobalara yığılır, bişirilir vs.). Ən son mərhələdə isə hazır məhsul (çörək) əldə olunur. … Oxumağa dava et İnsan Resurslarına (HR) bir istehsal prosesi kimi baxmaq olarmı?
İşə götürən markası nədir? Çox qısa şəkildə desək, hər kəsin işləmək üçün can atdığı, hamının işləmək istədiyi bir şirkət. Misal üçün, ölkəmizdə çox insan BP (bu sizin üçün yanlış da ola bilər, amma ağlıma gələn ilk ad bu oldu və əslində bu şirkətin işə götürən markası olaraq mənim üçün yaratdığı imicin məhsuludur) kimi bir şirkətdə … Oxumağa dava et 8 sualda İşə Götürən Markası (Employer Brand)