Tehran Abdürrəhimov Mehman oğlu. 1988-ci ildə Ağdaş rayonunda anadan olub.
2011-2014-cü illər arasında (3 il) Bakıda iki fərqli şirkətdə, fərqli mövqelərdə (satışdan İnsan Resurslarına (HR) qədər) çalışıb. Türkiyədə restoran sektorunda İdarəetmə üzrə Məsləhətçi (Consultant) kimi iş təcrübəsinə sahibdir. 2019-cu il oktyabr ayından etibarən Business Partner şirkətində İnsan Resursları üzrə Məsləhətçi (HR Consultant) olaraq fəaliyyətinə davam edir.
2010-cu ildə bakalavr təhsilini tamamlayıb. Eyni il həqiqi hərbi xidmətə gedib.
2014-cü ildə Türkiyə Dövlətinin (Türkiye Bursları) tam təqaüdü ilə magistratura təhsilinə başlayıb. Ege Universitetində Biznesin İdarə Edilməsi üzrə magistratura (MBA/Management Science and Organization) təhsilini 2017-ci ildə bitirib.
Eyni il Türkiyə Dövlətinin (Türkiye Bursları) tam təqaüdü ilə Ege Universitetində Biznesin İdarə Edilməsi üzrə doktorantura (PhD in Business Administration) təhsilinə başlayıb və hal-hazırda da davam edir.
2016-cı ildə çap olunmuş “Bu Günün Marketinqi 2” kitabında 28 müəlliflə birlikdə 3 yazısı dərc olunmuşdur.
Bakıda ayda bir dəfə nəşr olunan “İrfan” icitmai fikir jurnalında da yazıları dərc edilir.
Yazılarının yayınlandığı saytlar:
İdarəetmə fəlsəfəsi, fəlsəfə, psixologiya, təşkilatlar, sosiologiya, ədəbiyyat, tarix və coğrafiya kimi sahələrdə araşdırmalar etməyi, oxumağı və yazmağı sevir.
Əlaqə vasitələri:
E-poçt: tehran.abdurrahimov@gmail.com / tehran.cand.phd@gmail.com
Telefon: (+90 539) 693 47 96 / Türkiyə
(+994 50) 780 13 00 / Azərbaycan
WhatsApp: (+90 539) 693 47 96