Hər cür rəqabət əslində bir tək əlin (inhisar/monopoliya) yaranmasına xidmət edir.
Necə?
Əslində rəqabət edənlərin təbii olaraq son məqsədi (əlçatan olmasa belə) rəqabəti aradan qaldırmaqdır. Rəqabət münasibətləri öz-özünü yox etməyə meyillidir. Bu münasibətlər özbaşına buraxıldığı zaman (tanış gəlir? caaan) şanslar kəskin şəkildə qütbləşir. Resurslar bir tərəfdə azaldıqca azalır, digər tərəfdə isə tam tərsinə, artdıqca artır (Ziqmunt Bauman).
Bu şəkildə də bir tək əl yaranır və digər əlləri sıxa-sıxa (hər mənada) rəqabət qapısından yola salır, getdikcə daha da güclənir və rəqabət qapısını bağlayır. Çıxmaq istəməyən, güc-bəla ilə çıxarılan sonuncu güclü və narazı əllərdən biri də “bu dəfə danışıb ciddi, elə qapını çırpıb getdi” deyəndə qapı dəstəyinə virus bulaşır (qəsdən və ya bilməyərək, bax şindi).
O böyük TƏK ƏL içəridə oturub bu situasiyadan həzz almağa başlayır, əldə Kuba purosu, arxa fonda Lui Armstronqdan “What a wonderful world”. Gəl, keyfim, gəl.
Elə bu vaxt Adam Smit əminin koronavirusa bulaşmış o görünməz əli gəlib qapını açır və o böyük, güclü TƏK ƏLİ sıxır. İşte böyük aşk da buradan başlayır. Fonda “Only youuuu” səslənir, yer, göy titrəyir, birjalar halaya, valyutalar horona durur və hamı bir ağızdan oxuyur:
Bu nə sirdi düşdüm ana,
Eşq odunda bişdim anaaaa,
Məhəbbətin qüdrətini,
Məhəbbətiiiin qüdrətini,
mən belə bilməmişdim ana.
Filmin sonu
Tövsiyə olunan yazılar:
- Türkiyənin 500 Ən Böyük Sənaye Quruluşunun İnsan Resursları (HR) və Karyera/İşə Müraciət Linkləri
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr
- Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- Öz işini qurmaq istəyənlərə 118 film və 15 TED.com çıxışı
- İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı
- İnsan kəlləsi – bir ingilis malikanəsindəki antik əşya
- Sən “döyərsən”, yoxsa CV-in ?