Həftəyə yaxındır bir mövzuda düşünürəm, amma bunu necə açıqlayacağıma qərar verə bilmirəm. Sağ olsun Əhmədi və eyni zamanda Orxan Razyevi, mənə qərar verməkdə dəstək olub ilham verdilər. İndi düşündüklərimi Sizinlə paylaşmağa çalışacağam.

Bir düşüncəyə görə (Emil Durkhaym və ya Maks Veberin ola bilər, dəqiq xatırlaya bilmədim) dövlətlə insanlar arasında bir sistem, bir struktur var. Yəni insanlar birbaşa dövlətə çata bilmir, problemlərini də əsas mənbə olan dövlətlə həll edə bilmirlər. Bunu arada olan strukturlar və sistemlər vasitəsi ilə həll edirlər və ya etməyə çalışırlar. Mən bu düşüncə haqqında fikirləşdiyim zaman həmişə ağlıma şirkətlər gəlir. Misal üçün, hal-hazırda böhran var. Amma insanların bir çoxu bəzi şirkətlərdən, iş yerlərindən, ixtisarlardan, mağazalardan, restoranlardan, “süni qiymət artımlarından” şikayətlənir. Bəs necə oldu Adam Smitin “görünməz əli”, bəs necə oldu iqdisadi mexanizmlərin işləyiş şəkli, bəs necə oldu domino effekti və sair ?

Bunun mənə görə sadəcə bir cavabı var. İnsanlar onları birbaşa, şəxsən incidən şəxsi tanıyır. Qiymət artımını görən insan kassir və ya satıcı ilə davaya qalxır, hətta onlara fiziki təzyiq göstərir. İxtisarı görən və bunu HR-dan eşidən də HR-dan bu qəzəbini çıxarmağa çılışır. Bəs kassir, satıcı, HR bu problemin hansı nöqtəsindədir? Nə qədər məsuldur? Bunu düşünən bəlkə də çox azdır (söhbət o qəzəbli insanlardan gedir).

Deyəcəksiniz ki, axı onda HR nə işə lazımdır? Nə iş görür? Bəli, HR da işlədiyi təşkilatın nüfüz və böyüklüyündən, təsir dairəsindən, tutduğu vəzifənin ağırlığından asılı olaraq bu böhranın həll edilməsində çox kiçik və ya müəyyən qədər rol oynaya bilər, rol oynamalıdır. Amma HR bu böhranın birbaşa səbəbkarı və ya yaradıcısı deyil, işdən çıxarma nöqtəsində HR-ın rolu cəbhədən əsgərlərin ölüm xəbərini gətirən poçtalyonun rolu ilə demək olar ki eynidir.

Xatırlayın, “Tütək səsi” filmini (rejissor – Rasim Ocaqov, 1975). O filmdə poçtalyon qız hər dəfə cəbhədən qara xəbər gətirəndə necə üzüntü keçirir, amma başqa çarəsi yoxdur, işi budur. O ölənlərin də səbəbkarı poçtalyon deyil, səbəbkarlar çox-çox uzaqlardadır.

Son olaraq HR dostlara bu qəzəb və kindən uzaq qalmaq üçün qısa müddətli, acizanə və sözsüz ki, zarafatyana bir tövsiyə:

Əhməd_1

 

 

 

4 thoughts on “HR kimi olma, Əhməd kimi ol.

  1. Əsas ideya HR günahkar deyil, daha yuxarıdakılardadır günah. Məncə, ölkədə hələ də meritokratiya yoxdursa, hamı günahkardır. Sinqapur misalında meritokratiyanı müşahidə etmək olar.
    P.S. Əgər müəllifin adını bilmirsinizsə, məncə, bu elə də vacib deyil, əsas fikirdir.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Dəyərli fikirləriniz üçün təşəkkür edirəm. Çox təəssüf ki, dediyiniz kimi biz hələ də “qohumkratiya”, “yerlikratiya”, “ailəkratiya” sistemi kimi “analoqu olmayan” sistemlərdə yaşamağa çalışırıq. Ümid edirəm ki, nə zamansa düzələcək.
      Müəllif haqlarını qorumağa çalışıram, onun üçün dəqiq xatırlaya bilmədiyimi o cür yazdım. 🙂

      Bəyən

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma