Diqqət!!!
2018-2019 tədris ilində Türkiyədə pulsuz təhsil üçün və Türkiye Bursları haqqında geniş və yenilənmiş məlumatlarla bu linkdən tanış ola bilərsiniz.


Bu yazımda Sizinlə Türkiye Bursları (Türkiyə Təqaüdləri) haqqında bəzi məlumatlar paylaşmaq istəyirəm. Mən özüm də hal-hazırda bu təqaüd proqramı vasitəsi ilə Ege Universitetində (İzmir) Biznesin İdarə Edilməsi üzrə magistr (MBA) təhsili alıram.

İlk öncə onu deyim ki, bu il Türkiye Bursları üçün sənəd qəbulu 29 Fevral – 31 Mart tarixləri arasında baş tutacaq. Bu proqramla Siz Türkiyənin ən sayılıb seçilən universitetlərində bakalavr, masgistratura və doktorantura pillələri üzrə təhsil ala bilərsiniz. İndi də çox qısa olaraq Türkiye Bursları təqaüd proqramının bəzi üstünlükləri barədə:

  1. Türkiye Bursları bakalavr pilləsi üçün 600 TL (Türk Lirəsi), magistratura pilləsi üçün 850 TL və nəhayət doktorantura pilləsi üçün isə 1200 TL təqaüd verir. Eyni zamanda qəbul olacağınız universitetin təhsil haqqı da bu proqram tərəfindən ödənilir.
  2. Türkiye Bursları qəbul olacağınız təqdirdə Sizin Türkiyəyə ilk gəlişiniz və təhsilinizi tamamilə bitirdikdən sonra son çıxışınız üçün təyyarə bilətlərini təmin edir.
  3. Türkiye Bursları Sizi qəbul olduğunuz universitetin yerləşdiyi şəhərdə ödənişsiz yataqxana və bu yataqxanada pulsuz qidalanma ilə təmin edir.
  4. Bu proqrama müraciət etmək üçün heç bir ödəniş etmirsiniz. Türkiye Bursları saytına daxil olmaq və orada Sizin haqqınızda tələb olunan məlumatları, tələb olunan sənədləri daxil etmək kifayətdir. Müraciət yalnız elektron formada həyata keçirilir. Hər hansı bir sualınız olduğu halda Bir Sorum Var səhifəsini istifadə edərək ən doğru cavabı ala bilərsiniz.
  5. Türkiye Bursları Sizi eyni zamanda tibbi sığorta ilə təmin edir.
  6. Bundan başqa təhsil aldığınız müddət ərzində ən müxtəlif beynəlxalq və ölkə səviyyəli nüfüzlu tədbirlərdə, Türkiyənin fərqli bölgələrinə təşkil edilən ödənişsiz və ya çox cüzi ödənişli ekskursiyalarda iştirak etmək imkanlarınız da olacaq.
  7. Son olaraq, məzun olduğunuz zaman Türkiye Bursları proqramı ilə gələn məzunlar içərisində ilk 20 yerdən birini tutduğunuz halda Sizi qiymətli hədiyyələrlə şəxsən Türkiyənin Prezidenti mükafatlandırır. 🙂 Daha sonra Fələstindən olan əziz qardaşım Najar Mohamed kimi belə bir selfie çəkmək şansınız da ola bilər. 😉

Xaricdə təhsil, təqaüd proqramı

Türkiyədə təhsil, xaricdə təhsil, pulsuz təhsil, təqaüd proqramı

Bütün bu üstünlüklərdən faydalanmaq və Türkiyənin ən müxtəlif universitetlərində ödənişsiz, təqaüdlə təhsil almaq istəyirsinizsə, bu fürsəti qaçırmayın. 29 Fevral – 31 Mart 2016 tarixləri arasında Türkiye Bursları saytına daxil olaraq qeydiyyatdan keçməyi də unutmayın. Təqaüd proqramının bu ilki fəaliyyət təqvimini buradan yükləyə bilərsiniz. Bu proqram vasitəsi ilə kimlərin Türkiyədə təhsil ala biləcəyini öyrənmək üçün bu linkə daxil ola bilərsiniz.

Uğurlar!


Qeyd: İstifadə edilmiş şəkillər fərqli mənbələrdən götürülüb.


Tövsiyə olunan digər yazılar:

39 thoughts on ““Türkiye Bursları” ilə Türkiyənin fərqli universitetlərində pulsuz təhsil imkanı

  1. Mən İzmir Ekonomiksin Univrrsitetində oxumağ istəyirəm .Bakalavr diplomu ilə gedib Magistr təhsili Türkiyyədə ala bilərəm ? Akademik Balim yuxaridir.Özümdə Rus dilini gözəl bilirəm.iqtisadiyyat və idarəetmə üzrə magistr təhsil almağ istəyirəm.Bilmək olarmı oranın ödənişi nə qədərdir.Ora necə gedə bilərəm və ora nə vaxdan qəbul başlayır

    tərəfindən bəyənildi 1 şəxs

    1. Tәbii ki, müraciәt edә bilәrsiniz. Amma mәn sadәcә Türkiye Bursları ilә bağlı mәlumat verә bilәrәm. Fәrdi şәkildә müraciәt etmәk istәyirsinizsә, universitetin saytından baxa baxa bilәrsiniz.

      Bəyən

  2. İzmir Ekonomiksin və ya 9 Eylül Universitetlərini dahada məqsədə uyğun bilirəəm..Ama əsasən istəyim Dövlət universitetlərində magistr təhsili almağ istəyirəm.Ama həm bu universitetlərin həmdə əgər digər məsləhətli universitetlərin ödəniş haqqin bilmək istəyirəm.Bir zəhmət mənə kömək edə bilsəz Mimmətdar olaram sizə..Onida qeyd edimki .Mən türkcə imtahana girsəm və sertifikat alsam onun Türkiyyəyə getməkdə nə dərəcədə üstünlükləri olacağ.?Orda ümumi anlayişim olsa necə olar..İmtahandan keçsəm.Yada ki mən özüm İzmirə gedib orda sənədlərimi verib oxuya bilərəmmi ?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Tәbii ki, müraciәt edә bilәrsiniz. Amma mәn sadәcә Türkiye Bursları ilә bağlı mәlumat verә bilәrәm. Fәrdi şәkildә müraciәt etmәk istәyirsinizsә, universitetin saytından baxa baxa bilәrsiniz.
      Türkcә sertifikat ala bilsәniz, qәbul olduğunuz halda burada türkcә imtahanında keçmiş sayılırsınız.

      Bəyən

      1. Bəli onda bir zəhmət olmasa məni o buruslarla xəbərdar edərdiz…və Mən Universiteti bitirməy üzrəyəm.Mən ora necə müraciət edə biləcəyim yoluda göstərsəniz şad olaram

        tərəfindən bəyənildi 1 şəxs

    1. Salam
      Bəli
      ALES, TOEFL, YDS kimi imtahan nətiocələri istənilə bilər və ya bəzi ixtisaslara görə mütləq istənəcək. Hətta ən axırıncı elanda ALESi olmayanın alınmayacağını yazmışdılar rəsmi facebook səhifəsindən.
      İkinci sualınızala bağlı məlumatım tam deyil təəssüf ki, yanlış cavab vermək istəmirəm. Uğurlar.

      Bəyən

      1. mən hal hazıra burs üçün qeydiyyat olmaq isteyirem ama alesim yoxdu ..alesi ne vaxt vermek olar? ve harda? bu il üçün gecikmişem ales almaq üçün?

        tərəfindən bəyənildi 1 şəxs

  3. Salam,men BDU unisinde magsitra qebul olmuwam ama orani yarida qoyub turkiyede magistr oxumaq istiyirem.bizden tam olaraq ne teleb olunacaq?birdeki sertificat yazilmiwdi.eger hec yoxdusa sertificat onda qebul etmirler?

    Bəyən

    1. Salam,men BDU magsitra qebul olmuwam ama orani yarida qoyub turkiyede magistr oxumaq istiyirem.bizden tam olaraq ne teleb olunacaq?birdeki sertificat yazilmiwdi.eger hec yoxdusa sertificat onda qebul etmirler?

      tərəfindən bəyənildi 1 şəxs

  4. Salam Tehran Müəllim,
    Türkiyədə təqaüdlü təhsil üçün imtahanla keçmək mütləqdir? İmtahan olacaqsa mənim xarici dil biliyim yoxdur amma kollec diplomum var onunla keçmək şansım varmı? Dil biliyi olmayanlar üçün imtahan var? Zəhmət olmasa məlumatlandıra bilərsiniz?
    Təşəkkürlər

    tərəfindən bəyənildi 1 şəxs

  5. salam Tehran bəy.mənim sualim da Ləman xanimin suali ilə eynidir.Mən də Kollec bitirmişəm və bakalavr təhsili üçün müraciət etmək istəyirəm.Dil biliyim yoxdur mənim qəbul olunmaq şansım var?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam.
      Bunu yoxlamaq lazımdı, onsuz da müraciət pulsuzdur. Dil biliyi tələb etməyən ixtisaslar varsa, onlara daha çox üstünlük verə bilərsiniz. Şansınız nə qədərdir, onu düzü bilmirəm, heç kim bilmir. Məncə yoxlamağa dəyər. Uğurlar.

      Bəyən

  6. SALAM MEN HAL HAZIRDA TÜRKİYEDE ŞİRKETDE İŞLEYİREM İŞ VİZASI İLE . MARMARA ÜNİVERSİTETİNE BURSLA QEBUL OLA BİLEREM?MALİYE İXTİSASI ÜZRE İSTEYİREM. ORDA RESMİ SAYTINDA YAZIBLARKİ MÜLAKAT OLACAQ ÖZ İXTİSASI İLE BAĞLI VE TEZSİZ YÜKSEK LİSANS ÜÇÜN YABANCI DİL İMTAHANI ŞERT DEYİL MENİ BU HAQQDA BİRAZ MELUMATLANDIRA BİLERSİZ?DİPLOM DENKLİYİ VE YA TANINMASI İSTEYECEKLER?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      Mən daha çox Türkiye Bursları sistemi haqqında məlumat verə bilirəm. TB ilə müraciət edə bilərsiniz, bir problem yoxdu.
      Birbaşa universitetlərə müraciətlə bağlə ən doğru məlumatı universitetlərə yazaraq və ya zəng edərək öyrənə bilərsiniz.
      Uğurlar.

      Bəyən

  7. Salam..Men Azerbaycan Dovlet Iqtisad Universtetinde -dunya iqtisadiyyatinda oxuyuram..Turkiye burslarina basvurmag istiyirem..Orda cedvelde Bogazici universteti isletme fakultesi variydi ora qebul olmag istiyirem bu mumkundu?Burda umumi balim 88.34 ilin sonu ucun ise 94.45.Birde inglis,rus ve turk dillerin bilirem..Ora qebul olmag ve burs almag sansim var?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam, təbii ki mümkündür. Onsuz da 12 universitet və ya ixtsas seçə bilirsiniz. İlk sıraya Boğaziçini yaza bilərsiniz. Mümkünsə, şansınızı artırmaq üçün növbəti müraciətə qədər ALES və dil sertifikatı da alın. Uğurlar.

      Bəyən

  8. Salam mən həm bakalavr həm də magistr təhsili almışam qırmızı diplomla bitirmişəm. Magistrantlarin respublika konfransında birinci yerə layiq görülmüşəm. Bunları ona görə yazdım ki, orda doktorantura üçün bu üstünlüklər nəzərə alınırmı. Və ikinci sualım necə qeydiyyat olmaq lazımdır? Saytda qeyd ola bilmirəm.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      Saytı izləməyiniz və qəbul zamanı müraciə etmyiniz lazımdır. Təxminən dekabr, yanvar, fevral aylarından birinə düşəcək qəbul vaxtı.
      Təbii ki, sizin o uğurlarınız müsbət haldır və şansınızı arıtracaq. Uğurlar.

      Bəyən

  9. Salam mənim qızım 11 ci sinifdə oxuyur. Burslar üçün müraciət edəcək. Sadəcə bir yardımlnza ehtyacım var. 2019-2020 ci tədris ili zamanı Türkiyə burları üçün keçərli olan universitetlər və fakultələr hansılardır. Bir qədər də konkret desəm hüquq və psixologiya üzrə YTB nin burs proqramı hansı universitetlərdə keçərlidir? Öncədən təşəkkür edirəm.

    Bəyən

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma