Azərbaycanda valideynlər övladlarının iş və ixtisas seçiminə nə dərəcədə təsir edir? (Anket sorğusu)

Bu dəfə Sizdən kiçik bir anket sorğusunda iştirak etməyinizi xahiş edəcəyəm. Anket sorğusu sadəcə 5 sualdan ibarətdir. Bu suallarla məqsədim valideynlərimizin övladlarının peşə, sahə, iş, ali məktəb, ixtisas seçməsinə nə dərəcədə təsir etdiyini ölçməkdir. Sizdən aşağıda verilmiş suala cavab verməyinizi xahiş edirəm: Anket sorğusunda iştirak etdiyiniz üçün təşəkkür edirəm, zaman ayırdığınız üçün çox sağ olun. … Oxumağa dava et Azərbaycanda valideynlər övladlarının iş və ixtisas seçiminə nə dərəcədə təsir edir? (Anket sorğusu)

Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası nədir? (nümunələrlə)

Bu dəfə Sizinlə Abraham Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası, onun daha sonrakı 8 pilləli variantı haqqında danışmaq istəyirəm. Maslou bu haqqında ilk dəfə 1943-cü ildə çap olunmuş A Theory of Human Motivation məqaləsində məlumat verir. 1954-cü ildə isə Motivation and Personality adlı kitabında detallı şəkildə bu mövzudan bəhs edir. Ehtiyaclar İyerarxiyası digər motivasiya nəzəriyyələrinin də bəziləri üçün təməl olduğu və müasir … Oxumağa dava et Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası nədir? (nümunələrlə)

Öz işini qurmaq istəyənlərə 118 film və 15 TED.com çıxışı

Bu yaxınlarda Türkiyə İnnovasiya Həftəsi 2016 çərçivəsində bir paneldə Halil Erdoğmuş-u dinlədim, daha sonra təklikdə görüşüb bir az söhbət etdik, təbii ki, çox maraqlı müsahibdir. Çox dəyərli məsləhətlər aldım. Halil Erdoğmuş 2001-ci ildə ebebek şirkətini qurub. Şirkət hal-hazırda internet (ebebek.com) və 50-dən artıq mağaza vasitəsi ilə xidmət göstərir, 1100-dən artıq işçiyə və milyonlarla dollarıq dövriyəyə sahibdir. Aramızda keçən söhbətdən və maraqlı … Oxumağa dava et Öz işini qurmaq istəyənlərə 118 film və 15 TED.com çıxışı

İnsan Resursları (HR) üzrə magistratura üçün dünyanın ən yaxşı universitetləri

Tez-tez İnsan Resursları (HR) üzrə magistratura təhsili almaq üçün hansı universitetlərin daha yaxşı olması ilə bağlı suallarla rastlaşıram. Düşündüm ki, bu mövzuda araşdırma aparım və əldə etdiyim məlumatları Sizinlə paylaşım. Araşdırma apararkən bir çox reytinqlərə rast gəldim. Sonunda bu reytinqlərdən birinin araşdırma metordları, qiymətləndirmə kriteriyaları mənə daha ədalətli, əsaslı gəldi. Bu reytinq  Eduniversal tərəfindən hər il … Oxumağa dava et İnsan Resursları (HR) üzrə magistratura üçün dünyanın ən yaxşı universitetləri

“The Blind Side” filmini niyə izləyək?

Yeni kateqoriyamın ilk yazısında Sizinlə The Blind Side (2009) (Görünməyən tərəf) filmi haqqında danışmaq istəyirəm. Film Michael Oher adlı afro-amerikan mənşəli futbol (Amerikan futbolu) oyunçusunun real həyat hekayəsi haqqında çəkilib. Baş rolda oynayan Sandra Bullock bu günə qədər aldığı yeganə Oscar mükafatını da məhz bu filmə görə alıb. Filmin afişasına aşağıdakı video lentdə baxa bilərsiniz: http://www.youtube.com/watch?v=wqlHUpQkfXY Çox qısa olaraq filmin sujeti … Oxumağa dava et “The Blind Side” filmini niyə izləyək?

Zlatan İbrahimoviç HR rolunda

Bu gün bir video ilə rastlaşdım. Zlatan İbrahimoviç marka partnyoru olduğu Vitamin Well üçün bir gənc ilə iş görüşməsinə şəxsən özü gəlir. Düşünün ki, iş axtarırsınız, müraciətlərinizdən birinə müsbət cavab gəlir və Siz müsahibəyə gedirsiniz. Təbii olaraq bir HR-la görüşəcəyinizi düşünürsünüz, amma qarşınıza İbrahimoviç çıxır. Bilmirəm Sizin üçün bunu təsəvvür etmək nə qədər asan oldu, amma həmvətəniniz olaraq mənim … Oxumağa dava et Zlatan İbrahimoviç HR rolunda

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

2-10 Mart 2016 tarixləri arasında bloqum vasitəsilə kiçik bir anket sorğusu keçirməyə və ölkəmizdə iş axtaran namizədləri narahat edən bəzi məqamları araşdırmağa çalışdım. İlk əvvəl bu anket sorğusunda zaman ayıraraq iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Daha sonra da onu bildirmək istəyirəm ki, anket dörd sualdan ibarət idi və iştirakçılar birdən çox (maksimum üç) variant seçərək, … Oxumağa dava et Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

Qadın böyük qüvvədir, yaxud iki qadın bir şirkəti uçuruma necə aparar?

Daha əvvəl yazdığım bir bloq yazısında (CC abreviaturasının dilimizdə 12 fərqli açılışı) Centlmen Casus (10-cu CC) haqqında danışarkən belə bir şey qeyd etmişdim ki, bəzən şirkət daxilində olan problemləri araşdırmaq üçün gizli şəkildə bir konsultant işə qəbul edilir. Bu konsultant qəbul edildiyi formal işi həyata keçirərək əslində maskalanır və işçilərin arasına qarışaraq problemin mənbəyini tapmağa … Oxumağa dava et Qadın böyük qüvvədir, yaxud iki qadın bir şirkəti uçuruma necə aparar?

Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

(Anket sorğusu 10 mart 2016 tarixində başa çatmışdır, nəticələrlə bu linkdən tanış ola bilərsiniz.) Ölkəmizdə işə qəbul prosesində namizdələr nələrdən narazıdır? Namizədlər iş elanlarında, təşkilatlarda, müsahibəni keçirən insan resursları əməkdaşlarında hansı çatışmazlıqların olduğunu düşünür? Bu suallara bir az da olsa aydınlıq gətirmək və ümumi vəziyyəti görə bilmək üçün kiçik bir sorğu keçirmək qərarına gəldim. Düşünürəm ki, bu … Oxumağa dava et Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu