Bu yazı Türkiyədə təqaüdlə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən bütün həmvətənlərimiz üçün maraqlı ola bilər. Sizə bu arzunuzu reallaşdırmaq üçün Türkiye Bursları adlı çox faydalı və bir çoxumuzun bildiyi bir proqramdan bəhs etmək istəyirəm.

Hal-hazırda bu proqram vasitəsi ilə Biznesin İdarə Edilməsi üzrə doktorantura (PhD) təhsili alıram (Ege Universiteti, İzmir, Türkiyə). Magistratura təhsilimi də eyni proqram vasitəsi ilə adı çəkilən universitetdə tamamladım. Bu səbəblə də siz dəyərli oxuyuculara bu proqram haqqında əsaslı və dəqiq məlumatlar verə biləcəyimi düşünürəm.

İlk olaraq bunu deyim ki, Azərbaycan vətəndaşları üçün bütün səviyyələr üzrə (bakalavr, magistratura və doktorantura) təqaüd proqramına müraciət 5 Fevral – 5 Mart 2018 tarixləri arasında olacaq. Nəticələr isə 15 May 2018-də elan ediləcək. Bütün ölkələr və səviyyələr üzrə müraciət və nəticələrin elanı tarixlərinə buradan baxa bilərsiniz. Müraciət şərtləri ilə buraya daxil olaraq geniş məlumat ala bilərsiniz.

Yaxşı, bəs bu Türkiye Bursları proqramı sizin üçün nələr vəd edir? Bu proqramla oxumağın faydaları nələrdir? Ümumiyyətlə, Türkiye Burslarının fərdi şəkildə təhsil almaqdan üstünlükləri nələrdir?

  1. İlk əvvəl qeyd etmək lazımdır ki, bu təqaüd proqramına müraciət etmək üçün heç bir ödəniş tələb edilmir. Bunun üçün diqqətli olmaq və aldanmamaq lazımdır. Müraciət üçün lazım olan bütün addımlar sizin tərəfinizdən və internet vasitəsi ilə həyata keçirilir.
  2. Qəbul olduğunuz universitetin təhsil haqqından azad olursunuz və ödənişsiz/pulsuz təhsil alırsınız.
  3. Bu proqramla təhsil almaq haqqı qazandığınız zaman Türkiyəyə ilk dəfə gəlişiniz və məzun olduqdan sonra ölkədən son çıxışınız üçün sizə Türkiye Bursları tərəfindən təyyarə biletləri alınır.
  4. Ən əsas məsələlərdən biri – sizə təhsil müddətiniz boyunca təqaüd verilir. Bu təqaüdün miqdarı hal-hazırda bakalavr pilləsi üçün 700 TL (Türk Lirəsi), magistratura pilləsi üçün 950 TL və nəhayət doktorantura pilləsi üçün isə 1400 TL olaraq müəyyən edilib. Demək olar ki, hər il təqaüd miqdarında artış olur.
  5. Siz pulsuz/ödənişsiz yataqxana və qidalanma ilə də təmin edilirsiniz. İnternet həm yataqxanalarda, həm də universitetlərinizdə mövcuddur.
  6. Türkiye Bursları eyni zamanda sizi tibbi sığorta ilə təmin edir.
  7. Əgər türkcə imtahanından keçə bilməsəniz, akademik türkcəniz kifayət etməsə, bir il müddətində türkcə öyrənəcəksiniz. Bu müddət ərzində Türkiye Burslarının bütün imkanlarından eyni şəkildə yararlanacaq və təqaüd almağa davam edəcəksiniz.

Sizin üçün maraqlı olan digər sualları isə yazının sonunda rəy/şərh bölümünə yaza bilərsiniz. Bu suallara ən qısa zamanda cavab verməyə çalışacağam.


Tövsiyə olunan yazılar:

283 thoughts on “Türkiyədə ödənişsiz, təqaüdlə təhsil imkanı – 2018: Türkiye Bursları

  1. Salam.
    Mən hal hazirda 4cu kursda təhsil aliram. sərhlərdən aldigim məlumatlara gorə AlES imtahani burs qazanmaq ucun vacibdi.
    mənim hal hazirda ALES sertifikatim yoxdur. saytlardan aldigim məlumata gorə ales imtahani ildə 2 dəfə noyabr və mart aylarinda olur. Və mənim ucun hal hazirda imtahanda istirak etmək gecdir(hazirlasmadigma görə). məcburamki 2019 cu ildəki mart ayinda olan imtahanda itirak edəm. lakin ortada bir problem varki turkye burslarina muraciətdə elə mart aylarinda bitir.
    mən indi bilmək isdərdimki 2019cu ildə mart ayinda ales imtahani verib həmin ilki turkiye burslarina basvuru edə bilərəm ? yəni ales nəticəsi elan olunanadək burslarin son qeydiyat tarixi bitməz? yoxe uje ales ucun gecdirmi?
    öncədən təsəkkurlər

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      Vəziyyətinizi anlayıram. Yoxlamaqdan başqa yolunuz yoxdur məncə. İmtahan verib, müraciət edib yoxlaya bilərsiniz. Bəzən ALES istənməyən ixtisasların çıxma şansı da olur. Uğurlar.

      Bəyən

  2. Salam.Men istanbulda doktoranturani oxumaq isteyirem.Senetshunaslig fakultesi,Bakida Ressamliq Akademiyasini bakalavr,magistri bitirmishem.Mene meslehet vere bilersiz nece ve hara muraciyyet edim.Sechdiyim Istanbul sheheri Mimar Sinan guzel sanatlar universitedir.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      məqalədə qeyd olunan saytları izləməyiniz lazımdır. Qıbul vaxtı “başvuru” bölməsindən müraciət üçün lazımi yerləri doldurmalısınız. Bir az saman alır, səbrli olmaq lazımdır. Hamı bənzər çətinlikləri çəkir. Bunlar indi mənasız sözlər kimi görünə bilər, amma lazım olacaq. 😉 YDS, ALES kimi imtahan nəticələriniz olsa, yaxşı olar. Uğurlar.

      Bəyən

    1. Salam,
      TOEFL (və ya YDS kimi ingilis dili imtahanları), ALES. Çünki bir çox doktorantura proqramı üçün bu imtahanlar qəbul şərti olur. Amma bunları tələb etməyən bölgə universitetləri də tapmaq mümkün ola bilər. Uğurlar.

      Bəyən

  3. Salam.Men magistrin 2-ci kursunda oxuyuram,qiymetlerim yaxwidi, ortalama 90 ve ustu olacaq duwunurem.Amma Ales ve s serfikatim yoxdu, bakalavirda hemkar sedr muavini olmuwam.Bu barede arayiw olsa qebul wansim olur?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      ALES, YDS kimi imtahan nəticələri bəzi ixtisas və uniersitetlər üçün qəbul şərti olaraq müəyyən edilir. Amma yenə də yoxlaya bilərsiniz və ya digər ixtisasları seçə bilərsiniz.
      Sosyal fəaliyyətləriniz, liderlik qabiliyyətinizlə bağlı dediyiniz kimi arayış və ya referans məktubunuzun olması sizin üçün müsbət haldır, şansınızı artırar.
      Uğurlar.

      Bəyən

  4. Salam. Zehmet olmasa, cavablandirardiniz. Doktorantura tehsili ucun muraciet etmek isteyirem. Magistraturani ferqlenme ile bitirmisem. Ali mektebe qebul balini qeyd edin dedikde bakalavra qebul nezerde tutulur, ya magistaraturaya?
    Bir de zehmet olmasa yazardiniz, ilk qeydiyyatdan kecende hansisa qurumdan meselen tqdk-dan her hansi bir sened lazimdirmir? qebul bali ve ya universitetden diplom bali kimi. cox sag olun.

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      Bu daha çox bakalavra qəbul da istifadə etdiyiniz TQDK balına aiddir.
      Bəli, TQDK-dan yığdığınız bal ilə bağlı arayış alırsınız, nə qədər tez alsanız, o qədər yaxşı olar.
      Universitetdən diplom, transkript (bal, qiymət cədvəli) də istəyirlər.
      Uğurlar.

      Bəyən

  5. Salam, men sorushmaq isteyirdim, bu burs ixtisas deyismek isteyen telebelere de aiddir? Men hal hazirda bakalavr Beynelxalq Munasibetler ixtisasinda oxuyuram, amma magistraturada Reklamciliqi secmey isteyirem. Bele halda burs vermey sansi olur? Yoxsa sadece oz ixtisasin uzerinde magistraturada oxumalisan?

    tərəfindən bəyənildi 1 şəxs

    1. Salam,
      İxtisasını dəyişdirən tələbələr də var. Sizin istədiyiniz qədər dəyişikliyə icazə verilərmi, düzü bilmirəm. Amma öz ixtisasının üzrə müraciət etsəniz, şansınız daha çox olar.
      Bir də bunu da deyim ki, onsuz da siz özünüz haqqında məlumatları doldurduqdan sonra sizə bəlli ixtisas və universitetlər açılacaq, müracət üçün. Sizin dolduracağınız məlumatlar burada önəmlidir.
      Uğurlar.

      Bəyən

  6. Salam. Mən bakalavr təhsili texniki istiqamətdə bursla təhsil almaq istəyirəm.YÖS hazırlığına gedirəm
    .Mənə nə lazımdır ki Yıldız Texnikdə bursla oxuya bilim

    Bəyən

  7. Salam men hal hazirda Qərb Universitetinde bakalavrin I kursunda ödenişli tehsil aliram. Türkiyede tehsil üçün hansı imtahanlari vermeliyem? Ve ne vaxt?

    Bəyən

  8. Salam. Men ibtidai tehsil fakultesinin 2ci kursunda oxuyuram. Magistrla ixtisasimi tehsil menecmentliyine deyismek isteyirem. Turkiyede bu sahe uzre odenissiz magistr tehsili ala bileremmi? Bunun ucun hansi imtahanlar teleb olunur?

    Bəyən

  9. Salam ! Bes bakalavrin 1.kursunda oxuyaraq muraciet etmek olar yeni burda univeristeti bitirmemis ora muraciet edib gedib orda eyni ixtisasi yeniden oxuya bilerem? Turkiye burslari buna icaze veriri yoxsa bakalavri
    Bitirmeliyem?

    Bəyən

  10. “Araştırma konusu önerisi ve yapmış olduğunuz çalışmalara dair yazılı bir örnek (sadece doktora başvuruları için)”
    Salam yuxaridaki tələbdə araşdırma konusu önerisi dedikde nəyi soruşur? bu deyəsən müraciet edececeyim uni.de tədqiqat aparacağım mövzunun adıdı elədi?

    Bəyən

      1. Bu sizin maraq dairәnizlә bağlıdır. Yәni siz bir araşdırmaçı olaraq hansı suala cavab axtarırsınız? Sahәni müәyyәn etmisiniz, amma spesifik mövzu tapa bilmirsinizsә, Google Scholar kimi akademik resurslardan mәqalәlәr endirib oxuya bilәrsiniz. Bir dә son illәrdә bәnzәr mövzularda necә dissertasiyalar yazıldığını YÖK Tez mәrkәzindәn yüklәyәrәk baxa bilәrsiniz. Uğurlar.

        tərəfindən bəyənildi 1 şəxs

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma