Öz dilimizdə izlədiyim faydalı bloqlardan bəziləri haqqında.

Sözsüz ki, hər birimizin oxuduğumuz, izlədiyimiz xarici mənbələr var. Amma öz dilimizdə də oxumağa dəyər, maraqlı, hər dəfə bizə dəyər qatan, faydalı biliklər öyrədən mənbələr çoxdur. Bu dəfə Ana dilimizdə yazan 5 bloqdan bəhs etmək fikrindəyəm. Bu bloqları özüm də mütəmadi olaraq izləyir, yeni şeylər öyrənir, öyrəndiklərimi xatırlamış oluram. Qısası, bu bloqlarda vaxt keçirdiyim zaman … Oxumağa dava et Öz dilimizdə izlədiyim faydalı bloqlardan bəziləri haqqında.

CC abreviaturasının dilimizdə 12 fərqli açılışı.

CC – bu duet iş mühitində bəlkə də CV-dən daha çox işlənir. CC abreviaturasının açılışı hamının bildiyi kimi “carbon copy”- dir. “Carbon copy” budur ki, qələmlə ağ kağıza yazırıq və onun altındakı rəngli kağız vasitəsi ilə üçüncü bir kağıza da eyni yazı yazılır (Şəkil 1). Qısası, yazının ikinci bir nüsxəsi yaranmış olur, həm də tam … Oxumağa dava et CC abreviaturasının dilimizdə 12 fərqli açılışı.

HR kimi olma, Əhməd kimi ol.

Həftəyə yaxındır bir mövzuda düşünürəm, amma bunu necə açıqlayacağıma qərar verə bilmirəm. Sağ olsun Əhmədi və eyni zamanda Orxan Razyevi, mənə qərar verməkdə dəstək olub ilham verdilər. İndi düşündüklərimi Sizinlə paylaşmağa çalışacağam. Bir düşüncəyə görə (Emil Durkhaym və ya Maks Veberin ola bilər, dəqiq xatırlaya bilmədim) dövlətlə insanlar arasında bir sistem, bir struktur var. Yəni insanlar … Oxumağa dava et HR kimi olma, Əhməd kimi ol.

Bloqum vasitəsi ilə ən çox baxılan 26 Bloq

Bir müddətdir ki, İnsan Resursları ilə bağlı yazan bloqları (və saytları) “İRİ” HR BLOQLAR adlı səhifədə toplamağa çalışıram. İR (HR) ilə bağlı daha geniş məlumat yığmaq istəyən, biliklərini artırmaq istəyən, bu sahədə yazmaq istəyən (müstəqil araşdırma və ya elmi fəaliyyətin müxtəlif səviyyələri üçün), eyni zamanda HR ilə bağlı ən son yanaşmaları öyrənmək istəyən hər kəs üçün bu … Oxumağa dava et Bloqum vasitəsi ilə ən çox baxılan 26 Bloq

Sosial mediyanın 7 qaydası

SHRM-in son anket araşdırmasını təhlil etdikdən və bu haqda bloq yazısı yazdıqdan sonra xeyli düşündüm. Bu düşüncələr içində bir namizəd kimi yenə də “Molla HR Consultancy” şirkətinə üz tutdum. Bu dəfə Molladan məsləhət almaq istəyirəm ki, bir namizəd kimi sosial mediyada nələrə diqqət edim? Mollanın çox peşəkar konsultant komandası var və mən gələnə qədər mənim bütün sosial mediya hesablarımı … Oxumağa dava et Sosial mediyanın 7 qaydası

SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.

Bir neçə gün əvvəl SHRM (Society for Human Resource Management) işə qəbul proseslərində sosial mediyadan istifadə haqqında 19 Noyabr - 4 Dekabr 2015 tarixləri arasında keçirdiyi anket araşdırmasının nəticələrini açıqladı. Sizinlə bu nəticələrlə bağlı bəzi maraqlı məqamları paylaşmaq istəyirəm. İlk olaraq, nəticələr daha çox ABŞ üçün olsa da, onu göstərir ki, sosial mediya işə qəbul prosesləri … Oxumağa dava et SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.

Sən “döyərsən”, yoxsa CV-in ?

Çingiz Abdullayev ölkəmizdə ən çox bəyəndiyim yazıçıdır. Bəlkə də yazdığı janrı bəyəndiyim üçündür. Bunu da deyim ki, 20-yə yaxın romanını oxuduğum yeganə yazıçıdır, yəni o dərəcədə bəyənirəm. Çingiz Abdullayev: "Qızım 14-15 yaşlarında olarkən əsərlərimdən bir neçəsini oxuyub məndən soruşdu: - Ata, Dronqo kimdir? Dedim ki, səncə kim ola bilər? Qızım cavabında dedi: - Başa düşürəm, … Oxumağa dava et Sən “döyərsən”, yoxsa CV-in ?

Nə baş verir, axı müştərilər niyə narazıdır ?

Şəxsən şahidi olduğum bir hadisə haqqında... Bu gün İzmirdə müştəri olaraq iki fərqli şirkətdə oldum. Hər ikisində də çalışanlar arasında mənfi atmosfer, narazılıq, sıxıntı və problem gördüm. Hər iki müəssisədə də mənə normal xidmət göstərildi, yəni şikayət etmirəm, məsələ başqa məsələdir... Sizə birinci iş yeri - karqo/yük firmasından danışmaq istəyirəm. Şirkət çox tanınmış bir şirkətdir. Mənə normal şəkildə … Oxumağa dava et Nə baş verir, axı müştərilər niyə narazıdır ?

3ü 1 Arada çox bahalıdır, böhran var, siz 2si 1 Arada ilə davam edin !

(Türkiye türkçesinde okumak için İK Paylaşım'ı ziyaret edebilirsiniz) Molladan ağlamalı məsləhət aldıq... Böhrandan əvvəl də işlərimiz yaxşı getmirdi. Onsuz da işçilərimiz həm bizdən, həm işlərindən, həm də maaşlarından narazı idi. Böhran da artıq işçilərin səbrini daşıran son damla oldu (damla? bəlkə sunami demək istədin?). Hamı HR-ın qapısına yığıldı, artıq qapını ele hirsli şəkildə döyürlər ki, adam qorxusundan … Oxumağa dava et 3ü 1 Arada çox bahalıdır, böhran var, siz 2si 1 Arada ilə davam edin !