Dəyərli dostlar, bu dəfə sizə yaxın günlərdə baş tutacaq iki çox önəmli İnsan Resursları (HR) forumu haqqında qısa məlumat vermək istəyirəm. Bu tədbirlər MİRF 2016 və İR Forumu Bakı 2016-dır.
Bir qrup dəyərli dostumuz bu iki tədbiri bir-birinə alternativ, hətta rəqib olaraq görə bilər (bəlkə də elədir 😉 ). Amma mənim bu iki möhtəşəm foruma yanaşmam bir qədər fərqlidir. Düşünürəm ki, bu sadəcə bir rəqabətdir və bu rəqabətin sadəcə bir qazananı var, o da İnsan Resurslarıdır. Bu tədbirlərin hər ikisi Azərbaycanda İnsan Resurslarının inkişafına, bu sahədəki mütəxəssislərin təkmilləşməsinə, şirkətlərin bir-birinin təcrübələrini öyrənməsinə xidmət edir. Bu səbəblə də yazıya İnsan Resurslarında “qızıl payız” adını verdim.
Tədbirlərə keçirilmə zamanı sırası ilə nəzər salaq.
İlk əvvəl MİRF 2016 (Milli İnsan Resursları Forumu 2016) baş tutacaq. Deviz “İnsana dəyər”dir. Tədbir oktyabrın 22-si Park Inn otelində keçiriləcək. MİRF 2016-nın bütün spikerləri haqqında buradan məlumat ala bilərsiniz. Haqqında danışılacaq mövzular arasında bu cür maraqlı məsələlər var:
- İR-da avtomatlaşdırma
- Personalın inkişaf etdirilməsi üzrə SWOT analizi
- İR strategitasının qurulmasında əngəllər
- Psixoloji müqavilə
- İR-da koçinq
- Personal brendinq
- Dəyişikliklərin idarə edilməsi (change management)
- Dizayn düşüncəsi (Design thinking)
- Əmək haqqının idarə edilməsi
Tədbirdə iştirak etmək üçün saytda qeydiyyatdan keçmək və ya 0124800944 / 0502545694 telefon nömrələri ilə əlaqə saxlamaq olar.
İkinci HR tədbiri isə İnsan Resursları Forumu Bakı 2016-dır. Bu tədbirin devizi isə “Beynəlxalq təcrübə, yerli yanaşma”dır. Bu maraqlı forum 11 noyabrda Bulvar Oteldə keçiriləcək. Qeydiyyat artıq başlayıb və 28 oktyabr 2016-cı il tarixində saat 23:59-da başa çatacaq. Qeydiyyat şərtləri ilə bağlı məlumatı www.hrforum.az saytında “Haqqımızda” menüsündəki “İştirakçıların seçimi” bölməsindən əldə etmək mümkündür. Tədbirdə kifayət qədər dəyərli spikerlər çıxış edəcək. Forumda haqqında danışılacaq bəzi mövzular:
- Talantların saxlanılması və avtomatlaşdırılmış HR həlləri
- İnsan resursları proseslərinin avtomatlaşdırılması və HR riskləri
- Nəhəng şirkətlərdə HR proseslərinin avtomatlaşdırılması zamanı rastlaşılan problemlər və onların praktiki həlli yolları
- Müasir şirkətlərdə “coach” üslublu liderlik
- İntellektual sərmayənin avtomatlaşdırılmış idarəetmə həlləri
- Avtomatlaşdırmanın performansa təsirləri
- Strateji rəhbərliyin insan resursları idarəçilərindən tələbləri
Hər iki forumun kifayət qədər maraqlı və faydalı keçəcəyinə inanıram. Əvvəlcədən bütün təşkilatçılara, əməyi keçən hər kəsə və spikerlərə təşəkkür edir, uğurlar arzulayıram.
Tövsiyə olunan digər yazılar:
- HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə
- SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.
- İnsan Resursları ilə şirkət performansı arasında əlaqə varmı ?
- 2016 üçün İşə Qəbul Trendləri
- Öz dilimizdə izlədiyim faydalı bloqlardan bəziləri haqqında.
- CC abreviaturasının dilimizdə 12 fərqli açılışı.
- Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?
İstifadə edilmiş şəkillər fərqli mənbələrdən götürülüb.