Sözsüz ki, hər birimizin oxuduğumuz, izlədiyimiz xarici mənbələr var. Amma öz dilimizdə də oxumağa dəyər, maraqlı, hər dəfə bizə dəyər qatan, faydalı biliklər öyrədən mənbələr çoxdur. Bu dəfə Ana dilimizdə yazan 5 bloqdan bəhs etmək fikrindəyəm. Bu bloqları özüm də mütəmadi olaraq izləyir, yeni şeylər öyrənir, öyrəndiklərimi xatırlamış oluram. Qısası, bu bloqlarda vaxt keçirdiyim zaman sonunda peşman olmuram, qazandığımı hiss edirəm. Yazıda müəlliflər, onların fəaliyyətləri, təhsil və iş həyatları haqqında bəzi məlumatlar yer alır.

Cəbrayıl Vəliyev çoxumuzun bildiyi kimi İqdisadiyyat üzrə fəlsəfə doktoru ünvanına sahibdir (İstanbul Universiteti). Bundan əvvəl isə ali təhsilin bakalavr (İdarəetmə üzrə, Marmara Universiteti) və magistratura (İdarəetmə üzrə, MBA, Yıldız Texniki Universiteti) pillələrini də Türkiyədə tamamlayıb. Hal-hazırda fərqli universitetlərimizdə dərs verir. Eyni zamanda Embawood şirkətinin Strateji İdarəetmə Qrupunda rəhbər vəzifədə işləyir. Cəbrayıl müəllimin iqdisadi analizləri zövqlə oxunası kateqoriyadandır, hər yazısında kifayət qədər yeni anlayış, termin öyrənmək olar, yazıları terminlərlə zəngindir. Marketinq, satış, koçluq, idarəetmə (menecment), təlimlər, innovasiya, iqdisadiyyat, fərdi inkişaf kimi çoxumuzun maraqlandığı sahələrdə çox dəyərli yazıları var. Məncə ən vacib məqam budur ki, müəllifin akademik baxımdan yükəsk səviyyəsi ilə uzun illərə əsaslanan idarəçilik və iş təcrübəsi ideal bir tandem təşkil edir. Ondan öyrənəcəyimiz şeylər çoxdur.

G5 komandasının bloqu əsasən strateji planlaşdırma və idarəetmə, insan resurslarının idarə edilməsi, biznes proseslərin idarə edilməsi, maliyyənin və əməliyyatların idarə edilməsi mövzularında çox dəyərli yazıları ilə tanınır. Oxuya biləcəyiniz müəlliflər arasında Elvin Mahmudov, Orxan İsayev, Asif Sadıqov, Elçin Zeynalov, Taleh Qasımov kimi öz sahəsində kifayət qədər peşəkar olan insanlar var. Bu komanda hal-hazırda ARDNŞ-nin (SOCAR) İnsan Resursları infrastrukturunun yenidən qurulması üzrə layihəni icra edir. Müəlliflər haqqında tək-tək məlumat verib Sizi yormaq istəmirəm, çünki hər bir müəllifin qazandığı uğurlar, elmi dərəcələri, iş təcrübələri, beynəlxalq sertifikatları, akademik fəaliyyətləri kifayət qədər uzun bir yazı tələb edir. Siz onların adını klikləyərək sosial mediya hesablarından daha geniş məlumat əldə edə bilərsiniz. Əsas olan budur ki, müəlliflər yuxarıda qeyd olunan sahələrdə böyük təcrübəyə malikdir. Onların xüsusilə tətbiq etdikləri işlər haqqında yazıları çox dəyərlidir.

Bakalavr və magistr təhsilini Marketinq üzrə alan Rafiq Vəliyev (Rafiq Hunaltay) hal-hazırda da doktorantura pilləsində təhsilini davam etdirir və yaxın zamanda Müştəri münasibətlərinin İdarə Edilməsi üzrə fəlsəfə doktoru ünvanına sahib olacaq. Müəllif eyni zamanda www.facemark.az  portalının təsisçisidir. Rəhbər vəzifələrdə 8 il iş təcrübəsinə malikdir, buna tanınmış bir şirkətdə 6 ildən artıq Marketinq Direktoru vəzifəsi də daxildir. Yazar olaraq mətbuatda da çalışıb. İndi də yazar, bloqer, konsultant, marketinq üzrə təlimçi kimi fəaliyyət göstərir. Rafiq Vəliyevin marketinq, satış, reklam, brendinq, müştəri davranışları, sosial mediya kimi fərqli mövzularda yazılarını böyük zövqlə oxuya bilərsiniz. Öz dilimizdə oxuduğum bloqlar içərisində mənə görə ən yaradıcı yazı tərzi də bu bloqdadır. “Marketer Məhərrəm” marketinq sahəsində karyera qurmağı düşünənlər üçün xüsusilə məsləhətli bir prototipdir. İzləmək məsləhətdir.

Fəxri Ağayev Marmara Universitetində İqdisadiyyat və Biznesin İdarə Edilməsi üzrə ali təhsil alıb, daha sonra da Türkiyədə və Azərbaycanda bir çox tanınmış şirkətdə rəhbər və idarəçi vəzifələrində çalışıb (15 il).  Hal-hazırda ölkəmizdə biznes və şəxsi konsultant, təlimçi, yazar, universitet müəllimi, idmançı və “motivation speaker” olaraq fəaliyyət göstərir. Müəllifin bloqunu izləməklə Siz biznesin fərqli sahələri, fərdi inkişaf, şəxsi motivasiya, zamanın effektiv idarə edilməsi kimi mövzularda dəyərli biliklər əldə edə bilərsiniz. Böyük iş təcrübəsi, eyni zamanda təlim, universitet müəllimliyi, konsultasiyalar vasitəsi ilə çoxlu həmvətənimizlə ünsiyyətdə olması onun yazılarının dəyərini artırır və daha da faydalı edir.

İlkin Manafov İqdisadiyyat üzrə fəlsəfə doktorudur, ölkəmizdən başqa Rusiyada (MBA, Marketinq) və Almaniyada təhsil alıb. Azərbaycanda fərqli şirkətlərdə Marketinq Direktoru, Ölkə və Satış nümayəndəsi kimi 10 ilə yaxın iş təcrübəsi var. Ölkədən kənarda Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Tacikistan və Türkmənistanda Marketinq və Satışın idarə edilməsi sahələrində çalışıb. Hal-hazırda da biznesin inkişafı, marketinq və satış sahələri üzrə konsaltinq xidmətləri verir. Müəllifin bloqunda 800-ə yaxın bloq-post var. Xüsusilə, marketinq, reklam, brendinq, pərakəndəçilik, internet marketinq və mebel sektoru ilə bağlı yazıları əvəzsizdir. Bu yazıları oxumaqla Siz müəllifin geniş, yerli və beynəlxalq iş təcrübəsindən, akademik biliklərindən faydalanmış olursunuz. İzləməyə və oxumağa dəyər.


Qeyd: Mənbə olaraq verilmiş bloqlar və bloq müəlliflərinin sosial mediya hesabları istifadə edilmişdir.

 

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma