“Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat

Yeni yazıda son zamanlar oxuduğum və bu qədər bəyənəcəyimi heç düşünmədiyim bir kitab haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Kitab özü də yenidir, 2015-ci ildə nəşr olunub. Kitab Bu Çamuru Beraber Çiğnedik adlanır və bir gecəqondu ("gecekondu") məhəlləsindən bəhs edir. Əslində sadəcə bundanmı? Kitabı oxuduqca anlayırıq ki, əslində kitab çox daha dərin, geniş, detallı bir mövzudadır və siyasət, … Oxumağa dava et “Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat

Tək əldən səs çıxmaz, elə çox əldən də…

Hamımızın bidiyi məşhur bir hekayə var. Günlərin bir günü, sultan əmr edir ki, bu gecə bütün şəhər sakinləri saray həyətindəki böyük hovuza hərəyə bir vedrə süd töksün, səhər şəxsən gəlib yoxlayacaq. Gecənin qaranlığında hamı düşünür ki, əşşi, bir mənimlə problem olmaz, onsuz da qaranlıqdır, mən bir vedrə su töküm, digərlərinin tökdüyü o qədər südün içində … Oxumağa dava et Tək əldən səs çıxmaz, elə çox əldən də…

“Halo” olar dedim, “Horn” oldu

Deməli yağışlı bir gündə bir şirkətə işə qəbul olmaq üçün müsahibəyə yollandım. Flora Kərimovanın “Gün keçdi” filmindən məşhur mahnısında dediyi kimi taksidən düşüb, bilmədim haraya, hayana gedim?  Yəni elə bir yağış yağırdı. Nə isə. Məni imtahandan keçirtdilər, nəticəm yaxşı olduğu üçün əlahəzrət HR-la görüşmək şərəfinə nail oldum. Uzun müddət gözlədikdən sonra sehrli qapılar açıldı və … Oxumağa dava et “Halo” olar dedim, “Horn” oldu

İnsan Resurslarına (HR) bir istehsal prosesi kimi baxmaq olarmı?

Çörək bişirən bir zavod düşünək. Buradakı təməl xammala nələr aiddir (Sadəcə çörəyin tərkibi üçün. Təbii ki, bütün zavod resurslarını da saymaq olar)? Un, su, duz, quru maya və s. Daha sonra bu xammallar bir iş prosesindən keçir (yoğurulur, gözlədilir, hissələrə bölünür, daşınır, sobalara yığılır, bişirilir vs.). Ən son mərhələdə isə hazır məhsul (çörək) əldə olunur. … Oxumağa dava et İnsan Resurslarına (HR) bir istehsal prosesi kimi baxmaq olarmı?

8 sualda İşə Götürən Markası (Employer Brand)

İşə götürən markası nədir? Çox qısa şəkildə desək, hər kəsin işləmək üçün can atdığı, hamının işləmək istədiyi bir şirkət. Misal üçün, ölkəmizdə çox insan BP (bu sizin üçün yanlış da ola bilər, amma ağlıma gələn ilk ad bu oldu və əslində bu şirkətin işə götürən markası olaraq mənim üçün yaratdığı imicin məhsuludur) kimi bir şirkətdə … Oxumağa dava et 8 sualda İşə Götürən Markası (Employer Brand)

Unitarist və plüralist insan münasibətləri

İnsan Resurslarının (HR) əsas məqsədlərindən biri təşkilatın bütün əməkdaşlarının həmrəy olması, onların eyni hədəflər üçün bir yerə toplana bilməsi və bu əməkdaşlığı uğurlu bir nəticəyə çevirməsidir. Bunun üçün də menecerlər və bütün işçilər arasında bir ortaqlıq olması hədəflənir. Əslində bütün menecer və işçilər üçün təşkilatın uğurlu olması, hədəflərinə çatması arzu olunandır (istisnalar xaric). Bir yanaşmaya … Oxumağa dava et Unitarist və plüralist insan münasibətləri