Bir neçə gün əvvəl SHRM (Society for Human Resource Management) işə qəbul proseslərində sosial mediyadan istifadə haqqında 19 Noyabr – 4 Dekabr 2015 tarixləri arasında keçirdiyi anket araşdırmasının nəticələrini açıqladı. Sizinlə bu nəticələrlə bağlı bəzi maraqlı məqamları paylaşmaq istəyirəm.

İlk olaraq, nəticələr daha çox ABŞ üçün olsa da, onu göstərir ki, sosial mediya işə qəbul prosesləri üçün olduqca əhəmiyyətli bir vasitədir. Sadəcə bunu qeyd etmək yerinə düşər ki, sorğuda iştirak edən şirkətlərin 84%-i hal-hazırda sosial mediyadan işə qəbul üçün aktiv şəkildə istfadə edir, 9%-i isə bunu etməyi planlaşdırır.

Sorğuda 410 HR peşəkar iştirak edib və onların 69%-i sadəcə ABŞ-da fəaliyyət göstərən şirkətlərdə, 31%-i isə eyni zamanda fərqli ölkələrdə fəaliyyət göstərən şirkətlərdə çalışır. Aşağıda hazırladığım iki cədvəl vasitəsi ilə anket araşdırmasında iştirak edən HR-ların çalışdıqları şirkətlər haqqında ümumi təsəvvür yarada bilərik:

Şirkətlərin çaışan sayı aralıqları
Cədvəl 1. Şirkətlərin çalışan sayı aralıqları

 

 

 

 

 

 

Şirkətlərin aid olduğu sektorlar
Cədvəl 2. Şirkətlərin aid olduğu sektorlar*

İşə qəbul üçün şirkətlərin ən çox istifadə etdiyi saytlara LinkedIn liderlik edir. Digər sosial şəbəkələr isə onu bu şəkildə izləyir:

Ən çox istifadə edilən saytlar
Cədvəl 3. Ən çox istifadə edilən saytlar*

Maraqlısı odru ki, YouTube işə qəbul üçün daha çox 25000 və daha artıq işçisi olan nəhəng şirkətlər tərəfindən istifadə edilir. Eyni zamanda LinkedIn işə qəbul üçün ən effektiv sayt hesab edilir (73%), onu 14%-lik nəticə ilə Facebook izləyir.* Bununla bərabər şirkətlərin 66%-i mobil telefon istifadəçiləri üçün öz saytlarını yeniləyir və bu istiqamətdə addımlar atırlar.

Bəs şirkətlər sosial mediyadan ən çox hansı məqsədlərlə istifadə edir? Gəlin baxaq.

Cedvel_4
Cədvəl 4. Şirkətlər nə üçün işə qəbulda sosial mediyanı istifadə edir?*

Şirkətlərin əksəriyyəti daha çox menecer (82%) və menecer olmayan (87%) çalışanları işə götürmək üçün sosial mediya istifadə edir. CEO, CFO kimi daha üst səviyyəli idarəçilər üçün bu göstərici sadəcə 45%-dir. Sosial mediya daha çox menecer olmayan işçilər üçün istifadə zamanı səmərəlidir (71%).*

Maraqlıdır, bəs şirkətlər işə qəbul üçün sosial mediyadan daha çox necə istifadə edirlər?

Cedvel_5
Cədvəl 5. Şirkətlər işə qəbulda sosial mediyanı necə istifadə edir?*

İşə qəbul üçün sosial mediyanı istifadə etməyən şirkətlərin isə fərqli səbəbləri var. Onlardan bəziləri qanuni risklərdən ehtiyat edir (46%), bəziləri HR çalışanların digər metodlarla yanaşı bu metodu da istifadə etməyə kifayət qədər zamanının olmadığını deyir (46%), bəziləri sosial mediyada olan məlumatların doğruluğunun sual altında olduğunu düşünürn (21%), bəziləri bu metodla işə qəbulu həyata keçirmək üçün HR çalışanlarının kifayət qədər bacarığının olmadığını bildirir (18%), digərləri isə şirkətləri üçün lazım olan namizədlərin sosial şəbəkələrdə olmadığını deyir (18%).

Şirkətlər işə qəbul prosesində sosial mediyanı ən çox bu səbəblərdən istifadə edir: Namizəd haqqında CV-dəkindən daha çox məlumat toplamaq üçün (61%), namizədlə bağlı məlumatların doğruluğunu yoxlamaq üçün (50%), sadəcə namizəd öz sosial mediya hesablarını göstərdiyi üçün (41%).* Bu səbəblərdən istifadə edilən sosial mediya vasitələrinə yenə də LinkedIn başçılıq edir (93%), onu Facebook (63%) və Twitter (29%) izləyir.* Namizədlərin çoxu (54%) sosial mediya hesablarını CV-lərində tez-tez və ya bəzən qeyd edir. Şirkətlər xüsusilə üst səviyyəli idarəçilər (CEO, CFO və s.) və digər menecerlərin sosial mediya hesablarına hər zaman və ya sıxlıqla diqqət edirlər: müvafiq olaraq – 58% və 54%.

Mənim ən çox diqqətimi çəkən hissələrdən biri də şirkətlərin namizədlərə bəzi hallarda sosial mediya hesablarındakı məlumatları izah etmək fürsəti verməsi oldu (39%), amma şirkətlərin çoxu bu fürsəti vermir (47%). 4 il əvvəl – 2011-ci ildə şirkətlərin 73%-i bu fürsəti vermirdi, yəni bu mövzuda şirkətlər xeyli mülayimləşib. Bir pis xəbər də odur ki, sosial mediya hesablarındakı bəzi məlumatlardan dolayı 36% namizəd işə qəbul prosesindən kənarlaşdırılıb.

SHRM-in anket araşdırması nəticələrini təhlil etdikdən sonra sosial mediya ilə bağlı bəzi məqamlar haqqında düşündüm və bu düşüncələrimi bir yazı halına salıb növbəti dəfə Sizinlə paylaşacağam.


* Bir iştirakçı üçün birdən artıq cavab seçmə haqqı olduğu üçün faizlərin cəmi 100% olmaya da bilər.


MƏNBƏLƏR:

 

 

One thought on “SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma