Bu dəfə Sizinlə Abraham Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası, onun daha sonrakı 8 pilləli variantı haqqında danışmaq istəyirəm. Maslou bu haqqında ilk dəfə 1943-cü ildə çap olunmuş A Theory of Human Motivation məqaləsində məlumat verir. 1954-cü ildə isə Motivation and Personality adlı kitabında detallı şəkildə bu mövzudan bəhs edir. Ehtiyaclar İyerarxiyası digər motivasiya nəzəriyyələrinin də bəziləri üçün təməl olduğu və müasir dövrdə də öz təsirini saxladığı üçün önəmlidir.

Piramida ilk varinatda 5 pilləli olub və bəsitdən mürəkkəbə doğru bu şəkildə açıqlanır:

  1. Fizioloji (physiological) ehtiyaclar: Hava, su, qida, istilik, sığınacaq, yuxu, və s.
  2. Təhlükəsizlik (security) ehtiyacları: Təhlükəsizlik, sağ qalma, sağlamlıq, iş, sığınacaq, haqq və hüquqlar və s.
  3. Aid olma, sevgi (belonging, love/social) ehtiyacı: Dostluq, ailə, ünsiyyət, aid olma, sevgi, yaxınlıq, və s.
  4. Hörmət (esteem) ehtiyacı: Özünə hörmət, özünə inam, hörmət edilmək, uğur qazanmaq, tanınmaq, status sahibi olmaq, və s.
  5. Özünü reallaşdırma (self-actualization) ehtiyacı: Şəxsi inkişaf, şəxsi potensialını reallaşdırma, istedadının fərqinə varma və onu istifadə etmə, yaradıcılıq, həqiqətləri qəbul etmə, qərəzsiz olma və s.
Maslou (Maslow). Ehtiyaclar İyerarxiyası/Piramidası
Maslou (Maslow). Ehtiyaclar İyerarxiyası/Piramidası

Ehtiyaclar Piramidasına görə bir insan bu 5 pillənin hansına aid ehtiyaclarla bağlı daha güclü təzyiq hiss edir və bu kateqoriyadakı ehtiyacları qarşılamağa çalışırsa, onun şəxsiyyəti də o kateqoriyaya aiddir. İnsan alt pillədəki ehtiyaclar qarşılanmadığı təqdirdə bir üst mərtəbəyə qalxa bilmir. Yəni, ac, susuz olan insandan müsiqi tarixi və ya hər hansı bir roman oxuyaraq zaman keçirməyə ehtiyac duymasını gözləmək məntiqli deyil. Bir binanın mərtəbələri kimi, əvvəl birinci, sonra ikinci və digər mərtəbələr sıra ilə qət edilir.

Yaxşı, bəs bu nəzəri biliklərin praktikadakı qarşılığı nədir? Ehtiyaclar Piramidası gündəlik həyatın hansı məqamlarından qarşımıza çıxır?

Misal üçün fizioloji ehtiyaclar – hal-hazırda Türkiyədə təxminən 3 milyon Suriya vətəndaşı məcburi köçgün var. Bu insanların çoxu elə acınacaqlı haldadır ki, onlar üçün sığınacaqlar, qida və su, istilik təmin olnumasa məhv olarlar. Bu ən zəruri ehtiyacları əhatə edən bir mərhələdir. Yalnız bundan sonra digər məsələlər haqqında düşünmək olar.

Bir çox hallarda qadınlara və uşaqlara qarşı dünyanın hər yerində fərqli səviyyələrdə də olsa zorakılıq tətbiq olunur, onların hüquqları pozulur, hətta onlar insan alverinin qurbanları olurlar. Bütün bunların qarşısını almaq üçün qaynar xəttlər xidmət göstərir, dövlətlər və fərqli beynəlxalq qurumlar fəaliyyət göstərir. Bu da onların ən təməl ehtiyacı olan fizioloji ehtiyacları ödəmək üçündür.

İnsanlar sağ qalmaq, sağlam həyat yaşamaq üçün tibb sahəsinə, o cümlədən tibbi sığortaya hər il çox ciddi vəsait xərcləyirlər. Evlərin, şəxslərin qorunması və təhlükəsizliyi üçün də hər il fərqli şirkətlərə milyonlar ödənilir. Bu da insanlar üçün ikinci pillədə olan təhlükəsizlik ehtiyaclarının nə qədər vacib olduğunu göstərir.

Aid olma, sevgi ehtiyacını ödəmək üçün insanlar (sizə gülməli gələ bilər, amma…) evlənmək və tanışlıq üçün TV proqramlara, şirkətlərə müraciət edir, “çat” və bu səpgili tanışlıq vasitələrinə belə üz tutur. Eyni zamanda müxtəlif cəmiyyət, təşkilat, dərnək və klublara üzv olurlar. Təbii ki, bir çox şirkət də Maslounun bu nəzəriyyəsini reklam siyasətlərində uğurla istifadə edir. Ailə, dostluq, sevgi vurğusu çox zaman ön plana çıxır və insanlara bu duyğular daha asan satılır. Coca-Cola, Turkcell kimi bir çox şirkətin reklamlarını xatırlamaq kifayətdir.

Hörmət ehtiyacının ödəniləməsi üçün insanlar çox bahalı avtomobillər, mebellər, geyimlər ala bilər, hətta kosmetik əməliyyatlar keçirə bilər. Kosmetika şirkətləri də bu pilləyə daxil olan ehtiyacın ödənilməsində ən qazanclılardandır. İnsanların çox tanınmış yerlərdə işləməsi, status sahibi olması, çox məşhur bir universitetdə oxuması da onlara hörmət hissi yaradır. Bu ehtiyac hər zaman bahalı olmaq məcburiyyətində deyil. Bir şirkətdə sadə IT mütəxəssisi də ona olan ciddi ehtiyacdan dolayı bu ehtiyacını artıqlaması ilə ödəyə bilər. 🙂

Fərqli mənbələrdə özünü reallaşdıran insanların bütün insanların sadəcə 2%-ni təşkil etdiyi deyilir. Burada da sadəcə miyarderləri düşünmək və “yalnız onlar bu həddə çata bilər” deyə fikir irəli sürmək yanlış olar. Misal üçün, adi bir idmançı öz istedadını inkişaf etdirərək bu sahədə dünyanın ən yaxşılarından biri ola bilər, hətta Olimpiya qızılı qazana bilər, eyni zamanda insan olaraq da mükəmməl biri ola bilər. O insan illərlə hədəflədiyi, xəyalını quraraq yaşadığı zirvəyə çatdığı zaman özünü və öz potensialını reallaşdırmış olur. Buna usta bir heykəltaraş, aktyor və müəllimi, daha minlərlə peşə sahibini əlavə etmək olar.

Təbii ki, bu nümunələri çox sadə şəkildə verməyə çalışdım, buradakı hər kateqoriyanı daha geniş və detallı bir şəkildə də ifadə etmək mümkündür.

Son olaraq məlumat üçün bildirmək istəyirəm ki, sonrakı dövrlərdə (1990-cı illərdə) bu 5 pilləli piramidaya 3 pillə də əlavə edilmişdir:

Maslou (Maslow). Ehtiyaclar İyerarxiyası/Piramidası
Maslou (Maslow). Ehtiyaclar İyerarxiyası/Piramidası

Növbəti yazılardan birində də iş mühitində Ehtiyaclar İyerarxiyasının praktiki misalları barədə danışacağam.


Tövsiyə olunan bəzi yazılar:


Qeyd: İstifadə edilmiş mənbələr hiperlinklər vasitəsi ilə verilmişdir.

4 thoughts on “Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası nədir? (nümunələrlə)

    1. Men bu Maslow-un piramidasinda merheleleri tam deqiq izzah etmek isteyirem oxuyucular ucun. Maslow-un 5 merheleli piramidasi duzgun heyat formasi kimi nezerde tutulub. Yeni kimse 1-ci ve 2-ci merheleni oz hesabina deyil bawqasinin hesabina elde edib ve 3cu merheleni yawamaq isteirse demeli hemin insanda problemler olacaq. 1ci merhelede olan ehtiyac Maslow-un izzahina gore bu iw ehtiyacidir (yeniki pul qazanmaq) 2ci merheles ise Tehlukesizlik – gelirini , qazancini daimi etmekdir , bu iki merhelesi insan kecenden sonra 3cu merheleni yawamalidir Aid olmaq (yeniki kimlerden olmagini bildirmek) tebiiki kimlerden oldugunu deyende yalniz nesilde olan ugurlu insanlar nezerde tutulur. Meselen ( Men Haciyev doktorun nevesiyem ve ya men Aliyevlerdenem ) 4cu merhele ise Sayilmaq ve Hormet edilmek 5ci merhele ise bu 4 merheleni tam yawayan insanlar ucundur merhele Yaradiciliq adlanir, bu merhele ucun misal cekim , Azerbaycanda bu merheleleri tam yawamiw bir biznesman var adini cekmeyi artiq bilirem. Ugurlu biznesman-dir coxlu pulu ve hormeti var . Hal hazirdi 5ci merheleni yawayir (weir ve mahni yazir) kitab yazir. Yeniki bu metheleleri oz hesabina yawayan insanlar ugurlu olurlar. Her hansi bir cumlenin menasini tam catdira bilmedimse uzurlu hesab edin )

      Bəyən

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma