Çoxumuz İbn Xəldunu (1332-1406) Müqəddimə (“Giriş”) kitabının müəllifi olaraq tanıyırıq. Bu yazı da məhz Müqəddimə əsasında yazılıb və daha çox İbn Xəldunun həyatı, tərzi və fikirləri ilə bağlı Müqəddimədən seçilmiş maraqlı məlumatlara əsaslanır. Bu məlumatlarla tanış olduğumuz halda sadəcə İslam dünyasının deyil, eyni zamanda bütün dünyanın ən böyük elm insanlarından, mütəfəkkirlərindən biri hesab edilən İbn Xəldun haqqında bir çox şeyi qısa zamanda öyrənmiş olacağıq.

  1. İbn Xəldun (1332-1406)

    İslam fikri baxımdan 13-cü əsrdə çox güclü nümayəndələrə sahib idi. Bir-biri ilə çox yaxın zamanlarda yaşayıb yaratmış İbn Ərəbi, İbn Teymiyə Fəxrəddin Razi kimi insanlar məhz bu dövrə aiddir. Bu elm insanlarının arxasınca da İbn Xəldun gəldi. Bu baxımdan İbn Xəldunu çox güclü bir bünövrəyə sahib gözəl bir memarlıq abidəsi olaraq da görmək olar. Təəssüf ki, İbn Xəldun İslam elm və fikir səmasının son ulduzudur, onun yaşadığı dövrlərdən etibarən (14-cü əsr) İslam aləmi geriləməyə və əvəzində Avropa sürətlə inkişaf etməyə başlamışdır.

2. İbn Xəldun adı onun əcdadlarından Əndəlus (indiki İspaniya ərazisində) torpaqlarına ilk gedən Xalid b. Osman ilə bağlıdır. Əndəlus mədəniyyətində hörmət edilən şəxslərin adının sonuna “vav” (و) və “nun” (ن) əlavə edilirdi (yəni, Xaldun (خلدون) – “Xalidgil”, “Xalidoğulları” mənasında).

3. İbn Xəldunun ərəb olduğu deyilsə də onun və ailəsinin ərəb əsilli olduğunu göstərən dəqiq tarixi fakt yoxdur. Onun yaşadığı dövrdə ərəb əsilli bir ailədən gəlmək şan, şöhrət və etibar qazandıran faktorlardan biri idi. Müqəddimə kitabında da onun ərəblərin bacarıqsızlıqlarını tənqid etdiyi görülür. Amma Tunisdə doğulduğu ev hələ də bilinməkdədir.

İbn Xəldunun doğulduğu ev (Tunis)

4. O, fərqli zamanlarda Əndəlus, indiki Mərakeş, Tunis, Misir kimi bir sıra ölkələrin ərazisində o zamanlar mövcud olan dövlətlərdə çox yüksək vəzifələr tutmuş, siyasətlə uzun illər məşğul olmuşdur.

5. İbn Xəldun bəzi mənbələrdə çox fürsətçi, etibarsız, çətin vəziyyətdə dostlarını belə qoyub qaça bilən, şöhrətpərəst və acgöz bir insan kimi təsvir edilir. O, dəfələrlə saray (dövlət) çevrilişlərinə qarışmış, bəzən isə bu çevrilişlərin əsas təşkilatçısı olmuşdur. Maraqlısı budur ki, bəzən Müqəddimə səhifələrində müəllifin bu xüsusiyyətlərinə haqq qazandırmağa çalışdığını da görmək mümkündür. Bu xüsusiyyətləri ilə İbn Xəldunu da Pol Consonun “İntellektuallar” kitabında adları keçən, yazdıqları və yaşadıqları arasında təzadlar olan dahilərin siyahısına əlavə etmək olar. Eyni zamanda o, Nikkolo Makiavellinin “Şahzadə” əsərində təsvir edilən tərzə də ən gözəl nümunə kimi göstərilir.

İbn Xəldunun dərs dediyi məscid

6. İbn Xəldun bir çox yerdə şair olaraq da bilinir. Onun yazdığı ilk şeir isə çox qəribə bir hadisə ilə bağlıdır. Padşaha qarşı dövlət çevrililişi hazırlayan İbn Xəldun bu səbəblə həbs edilir və həbsxanadan padşaha yalvarmaq, həbsdən qurtulmaq üçün ilk şerini yazmış olur.

7. Kitabul İbər adlı bir tarix kitabı üçün giriş mahiyyətində yazılan Müqəddimə kitabı zaman içərisində Kitabul İbərdən daha məşhur oldu və bir çox dilə tərcümə edildi. Əslində bu təəccüblü bir şeydir: kitabın giriş qismi özündən çox daha məşhur olub. Bunu o dövrlərdə binaların, memarlıq abidələrinin xarici görünüşünə və girişinə çox böyük əhəmiyyət verilməsi kimi bir mədəniyyət ilə əlaqələndiririlər.

8. Müqəddimə sadəcə 5 ay içində yazılıb. Bu qədər qiymətli və dünyada tanınan, hörmətlə yanaşılan kitabın bu cür qısa bir müddətdə yazılması insanı təəccübləndirir. Açığı İbn Xəldun özü də bunu gözləmədiyini qeyd edir. Amma unutmamaq lazımdır ki, kitabın müəllifi (İbn Xəldun) burada 55 illik elmi, siyasi, ictimai və idarəetmə təcrübəsini bizimlə paylaşmışdır. Yəni, kitabın sadəcə yazılması 5 ay vaxt almışdır, amma bunun üçün 55 il araşdırma aparılmışdır.

9. İbn Xəldun haqqında maraqlı məlumatlardan biri də budur ki, Osmanlı padşahı II Abdülhəmid dövründə onun Müqəddimə kitabı xilafət və mülk mövzusunda bəzi fikirlərinə görə qadağan edilmişdir.

10. İbn Xəldun fəlsəfəyə qarşı olması ilə bilinir. Bu mənada Aristotel, İbn Rüşd, İbn Sina, Fərabi kimi alimləri və onları təqib edənləri rədd etmişdir.


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma