“Bütün böyüklər uşaq olublar, gəl ki, bunu hamısı xatırlamır”

Bu günə qədər oxumuş olduğum ən emosional (“duyğusal”) əsər sizə qəribə görünsə də Qabriel Qarsiya Markesin özünün ən dəyərli əsəri hesab etdiyi “Polkovnikə məkub yoxdur” povesti idi. Artıq deyil… O pillənin yeni sahibi ilə sizi tanış edirəm… Çox kiçik, əslində isə çox böyük alleqorik novella ilə…

“Balaca Şahzadə”

Balaca Şahzadə
Balaca Şahzadənin mənə görə ən gözəl şəkli… Dayanmadan sual verən o ağıllı uşaq budur.

Açığını deyim ki, kiçik yaşlarımda oxusam da, sanki unutmuşdum. Kitabı yenidən oxumağıma çox dəyər verdiyim bir hocamla idarəetmə fəlsəfəsi haqqında müzakirə edərkən “Bu kitabı oxumusan?” sualı səbəb oldu. Anladım ki, kitab sadəcə bir uşaq novellası deyil.

Əsərin məzmunu

Kitabda Balaca Şahzadənin gözü ilə böyüklərin, yetkin insanların həyatı, düşüncələri, həyat fəlsəfələri, sevgi mövzularına toxunulur. Kitabda qarşılaşılan personajlara uyğun olaraq oxuyucuya dərin mənası olan fəlsəfi mesajlar verilir.

Balaca Şahzadə bir planetdə yaşayır. Onun yaşadığı planeti – B612 – kəşf edənin bir türk astronavt olduğu yazılır. Bu türk astronavt da Osmanlı geyimi geyindiyi üçün elm aləmi tərəfindən qəbul edilmir. Sonradan Türkiyədə geyim tərzi məcburi olaraq dəyişdirilir və bu alim də bu səbəblə qəbul edilir. Kitabda Ekzüperi Atatürkü geyim inqilabı (Şapka Devrimi) və digər  səbəblərdən diktator adlandırır.

Əsər Balaca Şahzadənin Böyük Səhrada (Sahara)  pilotla rastlaşması ilə başlayır. Pilot qəzaya uğramış təyyarəsini təmir etməyə çalışır. Pilotla danışır, dayanmadan suallar verərək öyrənmək istəyir. Beləcə dostlaşırlar.

Mənə görə əsərin ən maraqlı qismi Balaca Şahzadənin öz planetini tərk edib, sıra ilə 6 fərqli planeti gəzməsi oldu. Hər planetdə böyüklərin, yetişkin insanların bir tipi təhlil olunur. Misal üçün, sərxoş çox ümidsiz, məyusdur, uğursuzluqlarını unutmaq üçün dayanmadan içir. İncəsənət adamı çox özündən razıdır. Kral sadəcə hökm etmək istəyir, tam bir diktatordur, və sair. Ən sonda bizim planetə – Yerə gəlir. Bura daha fərqlidir, burada insanlar bir-birlərinə geyimlərinə, görünüşlərinə görə dəyər verir. Yəni bura da heç də ideal bir yer deyil. Bu kiçik uşağın tənqid etdiyi insanlar arasında mən özümü görürəm, düşünrəm ki, hamı özünü bu böyüklər arasında görə bilər. Təbii ki, özümüzü mühakimə edə bilsək.

Bütün bu planetləri gəzməkdə Balaca Şahzadənin məqsədi öz çiçəyinə daha yaxşı necə davrana, qulluq edə biləcəyini öyrənməkdir. Hamısından çox məyus olaraq ayrılır. Kitabın sonlarına doğru pilot təyyarəsini təmir edir və ölkəsinə qayıdır, Balaca Şahzadə də öz planetinə.

Əsərdəki xarakterlər:

  • Pilot: Təyyarəsi Böyük Səhraya qəza enişi etmiş və onu təmir etməyə çalışan insan.
  • Balaca Şahzadə: Öz planetində tək yaşayan, fərqli planetləri gəzən, bir çiçəyi olan uşaq.
  • Kral: Hər şeyə hökm etdiyini düşünən, tam bir diktator xarakteri.
  • İş adamı: Ancaq rəqəmlər, hesablarla məşğul olan, işinin başından ayrılmayan şəxs.
  • Qarovulçu: Öz planetində fənəri gecə yandırıb, səhər söndürən, sadəcə qanuna tabe olan insan.
  • Coğrafiyaçı: Masasından ayrılmayan və sadəcə digərlərinin etdiyi kəşfləri qeyd etməklə məşğul olan insan.
  • İncəsənət adamı: Bir planetdə qarşılaşılan özünü bəyənmiş, digərlərini saymayan insan.
  • Satıcı: İnsanlara zaman qazanmaq üçün susuzluğu yatıran dərman satır.
  • Sərxoş: Utandığı şeyləri, uğursuzluqlarını unutmaq üçün içən insan.
  • Dəmir yolu işçisi: Qatarları gah sağa, gah sola göndərən insan.
  • Digər xarakterlər: İlan, çiçək, tülkü, güllər.

Ekzüperi və onun “Balaca Şahzadə”si ilə bağlı çox bilinməyən 12 məlumat:

  1. “Balaca Şahzadə” (“Le Petit Prince”) Antuan de Sent-Ekzüperinin ölümündən bir il əvvəl (1943) nəşr olunmuşdur. Maraqlıdır ki, əslində hərbi pilot olan Ekzüperi əsərdəki kimi 1935-ci ildə Afrikadakı Böyük Səhraya təyyarəsi ilə qəza edərək düşmüş və sağ qalmışdı.
  2. İkinci Dünya Müharibəsində Marsel (Fransa) yaxınlığında Ezüperinin təyyarəsi vurulur və dənizə düşür. Təyyarənin qalıqları bir də 2000-ci ildə tapılır. Onun təyyarəsini vuran alman pilot 2009-cu ildə Ekzüperinin təyyarəsini vurduğunu etiraf edir və deyir ki, əgər pilotun kim olduğunu bilsəydim atəş açmazdım.
  3. 2000-ci ildə Ekzüperinin doğulduğu Lion şəhərindəki hava limanına onun adı verilmişdir.
  4. Razılaşmamaq da olar, amma bəzi mənbələrdə “Balaca Şahzadə” tərz və yanaşma olaraq Herman Hessenin “Siddhartha”, Paulo Koelyonun “Kimyagər”Riçard Baxın “Qağayı Conatan Livinqston” əsərləri ilə müqayisə edilir.
  5. “Balaca Şahzadə” dünyada 250-dən çox dil və ləhcəyə tərcümə edilib ki, bu da fantastik bir göstəricidir.
  6. Dünyada 4 müqaddəs dini kitab və Marksın “Kapital”ından sonra ən çox satılan kitablardan biri hesab edilir. Hər il təxminən 2 milyon ədəd satılır. Bu günə qədər təxminən 150 milyon civarında satıldığı bilinir.
  7. Kitabdakı bütün şəkillər Ekzüperi tərəfindən şəxsən çəkilib.
  8. Kitab əvvəl 1000 səhifə olub, daha sonra Ekzüperi tərəfindən qısaldılaraq 70-80 səhifəlik bir hal alıb. Ekzüperi özü də deyir ki, mükəmməl yazı bir şey daha əlavə edilə bilməyəcək deyil, çıxarılacaq başqa bir hissəsi olmayan yazıdır.
  9. Yaponiyada Balaca Şahzadə adında bir muzey, Cənubi Koreyada isə eyni ad və mövzulu bir kənd var.
  10. Ayın bir asteroidi məhz Balaca Şahzadənin adını daşıyır.
  11. Əsər çox kiçik olsa, uşaq hekayəsi kimi görünəsə də, əslində dərin və fəlsəfi məna daşımaqdadır. Eyni zamanda “hər uğurlu kişinin arxasında bir qadın var” fikri burada da özünü təsdiq edir. Belə ki, Ekzüperiyə bütün dünyada məşhurluq gətirən bu əsərini yazmağa da həyat yoldaşı Kansuela ilham mənbəyi olub.
  12. Düşünün ki, bu əsər və şəxsiyyət fransızlar üçün nə dərəcədə dəyərlidir ki, EkzüperiBalaca Şahzadənin şəkilləri Fransada 50 Franklıq əskinazların üzərindədir. Sol yuxarı küncdə fil udmuş ilanın şəkli də var. 😉
Balaca Şahzadə
50 Frank

“Balaca Şahzadə” əsərindəki ən gözəl ve emosional cümlələr.

  • Böyüklər bir şeyi tək başına anlamırlar, onlara hər şeyi izah etmək də çox cansıxıcı bir şeydir.
  • “İnsanlar haradadır?” deyərək sükutu pozdu Balaca Şahzadə. “Səhrada insan özünü yalnız hiss edir.” “İnsanların arasında da yalnız ola bilir insan” dedi ilan.
  • Həqiqəti gözlər görə bilməz. İnsan ürəyi ilə anlamağa çalışmalıdır.
  • Sənin gülünün digərlərindən daha dəyərli olmasının səbəbi sənin ona daha çox vaxt ayırmağındır.
  • İnsanın özünü mühakimə etməsi başqalarını mühakimə etməsindən daha çətindir. Özünü mühakimə edə bilən insan əsl müdrik insandır.
  • Bir gün günün batmasını düz 43 dəfə izlədim. Günün batmasını izləmək daha çox üzgün və dərdli olduğumuz zaman xoşumuza gəlir.
  • Özünü bəyənən insanlar tərifdən başqa heç nə eşitmirlər. Onların gözündə digər insanlar sadəcə bir “heyvan”dır.
  • Tülkü: İnsanların artıq heç bir şeyi anlamağa zamanları yoxdur. Onlar buna görə də hər şeyi satın alır. Amma dost satan satıcı yoxdur, buna görə də insanlar dostsuz qalıb. Əgər sənə bir dost lazımdırsa, məni sahiblən.
  • Sən günortadan sonra saat dörddə gələcəksənsə, mən saat üçdən etibarən sevinməyə başlayacağam.
  • İnsanlar olduqları yerdən əsla məmnun qalmazlar.
  • Balaca Şahzadə: Mənim bir çiçəyim var.                                                                                           Coğrafiyaçı: Biz çiçəkləri qeydiyyata almırıq.                                                                                   Balaca Şahzadə: Niyə axı? Axı o çox gözəldir.                                                                                 Coğrafiyaçı: Çiçəklər gəldi gedərdi.                                                                                                     Balaca Şahzadə: Gəldi gedər nə deməkdir axı?

Son olaraq Sizinlə bir karikatura paylaşmaq istəyirəm. 😀

Balaca Şahzadə


Tövsiyə olunan bəzi yazılar:


İstifadə edilmiş mənbələr:


İstifadə edilmiş şəkillər başqa mənbədən götürülüb.

5 thoughts on “Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr

  1. Salam,təşəkkür edirəm.
    İndi gedib bu əsəri oxuyacağam.Bu əsər hazırda əlimdədir,mən onu oxumamışdan əvvəl internetdə bu əsərin məzmununu necə qeyd ediblər deyə baxdım,sizin yazınız qarşıma çıxdı.Gözəl yazıbsınız,təşəkkür edirəm.
    Həqiqətən də kaş insanlar hər biri bir vaxtlar balaca olduğunu,uşaq olduğunu anlaya bilələr.Və onlara verilən bu kiçik ömürdə,həyatlarında özlərinin qurduğu o çərçivələrdən kənara çıxa bilələr.Kaş anlayalar ki,həyat bizə sadəcə bizim yeməyimiz,yatmağımız,dayanmadan işləməyiniz üçün verilməyib.Biz bir maşın deyilik,bir qurğu deyilik,əti,qanı olan bir canlıyıq.Biz bir-birimizi və ətraf aləmi öyrənməyə,tanımağa,kəşf etməyə çalışmalıyıq.Sevib-sevilməyə çalışmalıyıq.Düşünürəm ki,həyat detaylarda gizlidir,onlara fikir verməliyik.
    Hər birimiz bir uşaq olmalıyıq,ən azından biz həyata uşaqların baxdığı kimi baxmalıyıq.Biz yaşayırıq,amma sual vermirik,çəkinirik.Biz sual verməliyik,cavab axtarmalıyıq,biz dünyanı,həyatı anlamağa çalışmalıyıq.Bu cür xüsusiyyətlərə malik olanlar uşaqlar və filosoflardır,biz də onlar kimi olmalıyıq.

    tərəfindən bəyənildi 1 şəxs

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma