Kiçik bir kitab, 202 səhifəlik. Adı belədir – 101 Things I Learnd in Business School (Biznes məktəbində/fakültəsində öyrəndiyim 101 şey). Kitab Michael W. Preis və Matthew Frederick tərəfindən yazılıb. İkinci müəllifin mühəndislik, memarlıq, moda, aşbazlıq, kino sahələrində də oxşar şəkildə “Öyrəndiyim 101 şey” adlı seriyası var (Bu seriyanın yaradıcısı və redaktorudur). Maraqlananlar ikinci müəllifin adına daxil olaraq bu kitabları da araşdıra bilər.

Kitab təbii olaraq, biznes sahəsinə aid olan maraqlı, təməl biliklərlə bağlıdır. Bu biliklər bir az qısa formada, eyni zamanda illüstrasiyaların köməkliyi ilə oxuyuculara çatdırılır. İndi bu kitabdakı 101 maraqlı və dəyərli fikirlər iççərisindən seçdiyim 10 fikirlə sizi tanış etmək istəyirəm:

  1. Stress normal səviyyədə olduğu zaman performansı artırır. Amma stress çox az və ya hədsiz çox olduğu zaman performansa mənfi istiqamətdə təsir edir, yəni zərərlidir. Bunu Yerkes-Dodson qanunu təsdiq edir.
  2. Müştəri şikayəti əslində neqativ bir şey deyil. Bir çox müştəri şikayət etmədən şirkətlə əlaqəsini həmişəlik kəsir, amma şikayət edən müştəri şirkətlə əlaqəsini davam etdirmək isətəyən müştəridir. Onu məmnun etmək və narazılığı aradan qaldırmaq lazımdır. Müştərini məmnun etməyin maliyyəti var, yeni müştəri tapmağın maliyyəti isə daha çoxdur. Bil Qeyts deyir  ki, bizə ən çox şey öyrədən ən çox narazı olan müştərilərimizdir.
  3. Pareto qanununa əsasən nəticələrin 80%-ni məhz 20% səbəblər yaradır. Buna görə də şirkətlər problemlərin 80%-nə səbəb olan 20% faktora yönəlməli, onları həll etməyə çalışmalıdır.
  4. Keyfiyyət, maliyyət və zaman. Bu üçündən ikisini seçə bilərsiniz. Digəri sizin bu iki seçiminizə görə bəlli olacaq. Necə? Misal üçün, çox keyfiyyətli bir məhsulu çox qısa bir zamanda əldə etmək üçün çox pul ödəmək lazımdır. Çox qısa zamanda çox da ucuz bir şəkildə bir işi görmək isətyirsinizsə, bu böyük ehtimalla keyfiyyətsiz bir iş olacaq. Çox keyfiyyətli bir şeyi ucuz əldə etmək istəyirsə, bunun üçün uzun zaman sərf etməli olacaqsınız.
  5. İnflyasiya (pulun dəyər itirməsi) çox da neqativ bir anlayış deyil. İnfilyasiya normal bir səviyyədə olarsa, bu iqdisadi fəaliyyəti təşviq edir. Qiymətlərin artacağını düşünən insanlar satın almaq üçün və ya yatırım etmək üçün təşviq olmuş olurlar. Deflyasiya (pulun dəyər qazanması) ilk baxışdan müsbət bir anlayış kimi görünür. Amma uzun müddət davam edən deflyasiya iqdisadiyyatı inkişafdan geridə qoyur. Qiymətlərin düşəcəyi düşündüldüyü üçün insanlar alış-verişi, yatırım etməyi təxirə salır. Buna görə də dövriyyə düşür.
  6. Nəzəriyyənin gərçək dünyada olmadığını deyənlər nəzəriyyənin nə olduğunu anlamayanlardır. Kurt Levinə görə yaxşı nəzəriyyə qədər praktik olan heç bir şey yoxdur.
  7. Xotkeydə, futbolda oyunçular daha çox topun hərəkət etdiyi yerə doğru gedir, indi olduqları yerdə daim qalmırlar. Şirkətlər də bunun kimi yaranacaq fürsət və təhditlərə görə hərəkət etməlidir.
  8. Bir reklam sadəcə bir mesajdan ibarət olmalıdır. Yəni, bir reklamda müştəriyə bir məhsulun bir çox xüsusiyyətini çatdırmaqdansa, bir xüsusiyyətini çatıdrmaq daha faydalı olur. Bundan başqa fərqli reklamlarla bir məhsulun fərqli tərəflərini göstərmək daha faydalı olur, çünki bir reklamı qaçırdan digərini görür.
  9. Bir rəqibin yeni məhsulu bazara daxil etməsi sizin satışlarınızı azalda bilər. Buna görə də ən yaxşısı odur ki, öz məhsullarınıza alternativləri, rəqib məhsulları da siz özünüz hazırlayın. Yeni məhsulun əvvəlkində olmayan az da olsa yeni xüsusiyyətləri olmalıdır (iPhone seriyaları kimi).
  10. Bir sahədə ən yaxşı olan, performansı ən yüksək olan mütəxəssisi müdirliyə yüksəltmək çox zaman yaxşı nəticə vermir. Çünki ilk olaraq bu mütəxissisin öz sahəsində fəaliyyəti əngəllənir. İkincisi də yaxşı menecer olmaq sadəcə bir sahəni yaxşı bilməklə olmur. Bunun üçün bir çox liderlik və idarəetmə bacarığı da lazımdır.

Tövsiyə olunan digər yazılar:


İsitfadə edilmiş şəkil başqa mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma