Həmçinin: Kiyevdə çəkilən maraqlı və qeyri-adi fotoşəkillərə buradan baxa bilərsiniz.

Əziz dostlar, bu yazıda Sizə faydalı olacağını düşündüyüm üçün Ukraynanın paytaxtı Kiyev şəhərinin turistlər üçün çox əhəmiyyətli olan bəzi strateji nöqtələrinə taksi istifadə etmədən, ən ucuz yollarla, ictimai nəqliyyatı istifadə edərək necə gedə biləcəyinizi izah etməyə çalışdım. Bunun üçün Kiyev şəhərinin əsas nəqliyyat şəbəkəsi xəritəsini də istifadə etdim və hesab edirəm ki, şəkillərlə mövzu daha da başa düşülən olacaq. Beləliklə, “couchsurfing”çilər, “airbnb”çilər, yaxın gəlin…

Julyanı Hava Limanı (IEV) və ya Kiyev Beynəlxalq Hava Limanı

İlk olaraq Kiyev Beynəlxalq Hava Limanı (Julyanı) ilə başlayaq. Nəzər alsaq ki, Buta AirwaysBakı-Kiyev-Bakı uçuşlarını bu hava limanından həyata keçirir, bu ucuz yolu bilmək çoxumuza faydalı olacaq. Təbii ki, ucuz təyyarə bileti alıb, daha sonra da taksilərə 20-30 dollar vermək istəmiriksə (ki, istəmərik).

1924-cü ildən fəaliyyət göstərən bu hava limanı beynəlxalq saytlarda, axtarış sistemlərində daha çox Julyanı / “Zhuliany” (Жуляни) adı ilə bilinir. Amma bu hava limanı əslində adı gedən qəsəbədən daha çox məşhur Sikorski vertolyotlarının da yaradıcısı olan və Kiyevdə doğulmuş İqor Sikorskinin adını daşıyır. Nə isə, indi də şəhərin müxtəlif nöqtələrindən bu hava limanına ən ucuza getməyin yollarına baxaq.

Kiyev eynilə Bakıdakına bənzər (çox təəccüblüdü?) bir metro sisteminə malikdir. Amma təbii ki, bu şəbəkə bizdəkindən daha uzun və əhatəlidir. Üç ayrı metro xətti (M1, M2, M3) var və bunlar üç yerdə mərkəzi stansiyalarda (28 MayCəfər Cabbarlı stansiyaslarında olduğu kimi) kəsişir, keçidlərlə bir-birinə bağlanır. Detalları aşağıdakı xəritədən də görmək mümkündür.

Həmçinin: Kiyevdə çəkilən maraqlı və qeyri-adi fotoşəkillərə buradan baxa bilərsiniz.

kyiv_metro_map - Kopya

Şəhərin bir çox nöqtəsinə bu yolla gedə bilərsiniz və çox ucuzdur (sadəcə 8 UAH/Ukrayna Qrivnası = 0.28 USD/Dollar = 1.80 TL/Türk Lirəsi = 0.48 AZN;  [07.09.2018 üçün]).

Metro və trolleybus xətlərini istifadə edərək (iki vasitə ilə) və 16 UAH xərcələyərək şəhərin bir çox nöqtəsindən Kiyev Beynəlxalq Hava Limanına gedə bilrəsiniz. Sizin üçün xəyali bir istiqamət seçək. Misal üçün, hər hansı bir metro stansiyadan hərəkət edərək M2 xəttində Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz, oradan da 9 nömrəli trolleybusla lap hava limanının qarşısında düşürsünüz (Fedora Andersa dayanacağı, hər dayanacaq əvvəlcədən səsli olaraq elan edilir,  İlon Mask əmi demiş “Don’t panic!”). Əsl kasıb malıdır. 😀

Artıq çox asanlıqla Julyanı (Жуляни) Hava Limanından şəhərin hər hansı bir nöqtəsinə getməyin yolu da müəyyən edilə bilər. Necə? Çox sadə. Eyni şəkildə, hava limanının çıxışının tam qarşısında yerləşən dayanacaqdan (Fedora Andersa) trolleybusa minib M2 metro xəttində yerləşən Ploscha Lva Tolstoho (Площадь Льва Толстого) stansiyasına gəlirsiniz. Buradan da şəhərin istənilən nöqtəsinə metro ilə gedə bilərsiniz.

Borispol Beynəlxalq Hava Limanı (KBP), Vağzal və Avtovağzal

1959-cu ildə Kiyevdən təxminən 30 km şərqdə salınan Borispol (Борисполь) Hava Limanı 2017-ci ildə 10 milyondan çox sərnişinə xidmət göstərib və ölkənin sərnişin hava nəqliyyatının 65%-ni həyata keçirir. Aydın olur ki, əslində Kiyevin ən böyük hava limanı məhz Borispoldur və demək olar ki, əksər beynəlxalq və qitələrarası uçuşlar buradan həyata keçirilir.

Eləcə də Ukraine International Airlines (UIA) da Bakı-Kiyev-Bakı uçuşlarını məhz bu hava limanından həyata keçirir. Bəzən də Bakıdan Buta Airways ilə Julianı Hava Limanına gələn sərnişinlər Avropaya və dünyanın bir çox şəhərinə məhz Borispol Hava Limanından uçur. Bu baxımdan da bu nöqtələr arasındakı ucuz nəqliyyat yollarını bilmək fayadlı olacaq. Yoxsa təyyarə biletindən qənaət edilən pullar taksilərdə xərclənməli olacaq.

Borispol Hava Limanına getmək üçün də metro və avtobus xətti istifadə edilə bilər. Ucuz və sərfəli. 😉 Yenə də xəyali bir istiqamət götürək.

Həmçinin: Kiyevdə çəkilən maraqlı və qeyri-adi fotoşəkillərə buradan baxa bilərsiniz.

kyiv_metro_map - Kopya

Burada da fikrimcə iki yol daha sərfəlidir (lazımi nöqtələr qırmızı ox ilə göstərilib). Birincisi, hər hansı bir metro stansiyasından M3 xətti ilə Kharkivska (Харьковское) stansiyasına gəlirsiniz və daha sonra 322 nömrəli avtobusa minə bilərsiniz. Yaxud da, M1 xətti üzərində yerləşən Vokzalna (Вокзальная) stansiyasına gəlib (ki, AVTOVAĞZALVAĞZAL (DƏMİR YOLU VAĞZALI) da burada yerləşir) oradan birbaşa 322 nömrəli avtobusu istifadə edə bilərsiniz. Bəlkə də şəhəri daha çox görə bilmək üçün bu yol daha yaxşıdır. 😉

Kiyev Çay Limanı (Kiev River Port)

Çay Limanı təbii olaraq möhtəşəm Dnepr çayının qərb sahilində yerləşir. Amma bura sadəcə əhəmiyyətli bir nəqliyyat qovşağı deyil, eyni zamanda şəhərin ən gözəl çay körpü mənzərələrindən biri də buradadır. Qarşısında da funikulyor yerləşir (o da 8 UAH, necə deyərlər, məşhur çizgi filmimizdə olduğu kimi – hər şey bir qapaza). Eyni zamanda buradan çox sayda gəmi Sizi əsrarəngiz Dnepr çayında gəzdirə bilər (puluna minnət 😉 ). Yaxşı, buraya necə gedə bilərsiniz?

kyiv_metro_map - Kopya

Eyni şəkildə, yenə də metro xəttini istifadə edə bilərsiniz. Etməli olduğunuz sadəcə  M2 xəttindəki Poshtova Ploscha (Почтовая площадь) stansiyasında (qırmızı oxla göstərilib) çıxmaqdır. Çıxan kimi bir tərəfinizdə körpüləriKiyev Çay Limanını, digər tərəfinizdə isə funikulyoru görəcəksiniz.

Ümid edirəm ki, ucuz yollarla səyahət etmək istəyən dostlara faydalı oldu. Suallarınız olarsa, aşağıdakı rəylər qisminə yaza bilərsiniz. Bildiklərimi ən qısa zaman içində cavablandırmağa çalışacağam.

Həmçinin: Kiyevdə çəkilən maraqlı və qeyri-adi fotoşəkillərə buradan baxa bilərsiniz.


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma