Düşünün ki, İngiltərədə turistsiniz, bir antik əşya dükanında doğmalarınıza hədiyyə axtarırsınız və birdən həqiqi insan kəlləsinin satıldığını görürsünüz, reaksiyanız nə olar? Çox maraqlı deyil? İnsan kəlləsi antik əşya olaraq satılır.

Yaxşı, gəlin sizə kiçik bir hekayə danışım. Mart ayından etibarən Türkiyədə bir idman kanalının yerinə yeni bir kanal quruldu. Daha çox National Geographic, History ve Discovery Channel tərzində bir kanaldır. Bir verilişdə bir antik əşya taciri İngiltərədə böyük, kiçik malikanə və evləri dolaşır, antik əşyaları alır, daha sonra da normal olaraq satır. Bazarlıqlar, gedilən evlər çox maraqlıdır. Amma mən sizə bir az fərqli və mənim üçün daha əhəmiyyətli bir məqamdan danışmaq istəyirəm.

Bir proqramda növbəti tarixi ingilis malikanəsinə gəlirlər, ev antik əşyalarla dolub daşır. Birdən tacirin gözünə masanın üstündəki insan kəlləsi sataşır. Tacir və malikanə sahibi ingilis arasında keçən söhbəti icazənizlə sizə nəql etmək istəyirəm:

Tacir: Bu həqiqi insan kəlləsidir?

Ev sahibi: Mmm, bəli. Babalarımız çox keçmişdə Xaçlı Yürüşlərində (Səlib Yürüşləri) iştirak edib və onlardan biri kralımızın gözləri qabağında bir barbarın (burada “barbar” dediklərinin kim olduğunu siz təxmin edin 😉 ) başını kəsib. Daha sonra da onu xatirə olaraq buraya – İngiltərəyə – gətirib.

Mən çoxmu təəccübləndim? Açığı yox. Doğrudur və haqlısınız ki, keçmiş zamanlarda bir çox xalq və dövlətlər müharibələr edib, qarşılıqlı olaraq bir çox vəhşiliklər edilib. Amma bu dövrdə belə bu tərz bir dünya görüşü və baxış bucağı məncə qəribədir. Bir də bunları dünyanın ən mədəni cəmiyyətləri olduqlarını iddia edənlərdən görmək ziddiyyətli daha da artırır. Əgər bunun bizim mədəniyyətlərdə bənzəri varsa, olubsa, ona da da şiddəttlə qarşıyam və əsla bu ingilis kimi fəxrlə sahiblənmərəm.

Əslində ingilislərin bu cür “mədəni” təcrübələri az deyil. Bu nə birincidir, nə də sonuncu. Daha əvvəl də bu haqda məlumat verməyə çalışmışdım. Misal üçün, burada (İzmir, Türkiyə) doktorantura təhsili alan bir tələbə var və qədim türk dillərindən biri haqqında dissertasiya hazırlayır. Təbii olaraq o dildəki qədim və orijinal mətnlər lazımdır. Maraqlısı budur ki, bu dildə olan qədim mətnlərin orijinalları aid olduğu və olmalı olduğu yerdə (Türküstan, Orta Asiya) deyil, məhz İngiltərədə London muzeylərindədir. Daha maraqlısı isə o muzeyrlərin bu qədim mətnlərin nüsxəsini (“kserekopya”) pulla satmasıdır. Yəni, vaxtilə bu əsərlər, yazılar ingilislər tərəfindən oğurlanıb, indi əsl sahiblərinə qaytarılmır və bu azmış kimi bir də pulla satılır, həm də əsl sahiblərinə.

Başqa bir təcrübə daha. İngilislər vaxtilə Avstraliyanın yerlilərini (aborigen) öldürüblər və daha sonra bəzilərinin sümüklərini ölkədən çıxardaraq İngiltərəyə gətiriblər. Aradan illər keçib, Avstraliya da hər nə də olsa, özünə gəlib və yerli (?) alimlər, fəallar etiraz etməyə başlayıblar ki, bəs əcdadlarımızın sümüklərini geri qaytarın, bizim adət-ənənələrimiz var, babalarımızın ruhunun şad olması üçün o sümüklərin burada dəfn edilməsi lazımdır. Yaxşı, bəs ingilislər buna nə cavab veriblər? Onlar da deyiblər ki, xeyr, bu sümüklər elmi araşdırmalarda istifadə edilir, çox lazımlıdır, verə bilmərik. Bilmirsən güləsən, ya ağlayasan ?!

Belə, daha da uzatmaq və sizi daha da yormaq istəmirəm. Acizanə bir nəticə: bir az mədəni, çox yox, bir az da modern olaq, yoldaşlar. Amma əsla ingilislər kimi deyil, sözün əsl mənasında mədəni və modern. Uzun sözün qısası, sadəcə haqlı deyil, eyni zamanda da güclü olmaq lazımdır. Yoxsa, haqlı olmayan güclülər hər zaman haqlı olmağa davam edəcək. Bizə də mənasız “ah”, “vah” qalacaq.

Hamınıza xeyirli ömür və məhsuldar zaman diləyirəm


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma