Milena ilə Frans məktəbdən sevgili idi. Məktəbi bitirən kimi ikisi də ali məktəbə qəbul imtahanlarına girdi. Milena tələbə ola bildi, Frans isə yox. Frans oktyabr ayı üçün hərbi xidmətə getməyə hazırlaşır. Nə isə dərs ili başlayandan Frans Milena ilə heç cür əlaqə saxlaya bilmir. Görəsən niyə? Milenaya nə olub? Onların “məktub”larından bəziləri…


Əzizim Milena,

Artıq neçə dəfədir ki, sənə zəng edirəm, mesaj yazıram. Amma heç cür səndən cavab gəlmir. Sənə görə çox narahatam. Sən universitetə başlayandan bu yana doğru düzgün danışa bilməmişik. Daima məşğulsan. Axı nə olub ?

Sevgilin Frans,

19 sentyabr 2016.


Əzizim Milena,

Heç nə anlaya bilmirəm. Facebook və Instagram-da paylaşımlar edirsən, bilirəm ki, sağ-salamatsan. Amma bircə mənə cavab vermirsən. Bu arada şəkillərdə çox gözəl görünürsən, daha əvvəllər heç belə geyinmirdin, amma eybi yox, mən bu cür geyinməyini də qəbul edərəm. Əsas odur ki, mənə cavab ver, danışaq, xahiş edirəm.

Sevgilin Frans,

22 sentyabr 2016.


Əzizim Milena,

Son məktubumdan sonra səni sosial şəbəkələrdən də tapa bilmirəm. Dostum Maksdan soruşdum, deyir ki, ola bilsin Milena səni “block” edib. Amma mən ona inanmıram. Axı biz bir-birimizi sevirik. Bu mümkün deyil. Niyə hələ də cavab vermirsən? Nə vaxta qədər mən bu cür birtərəfli yazacağam?

Sevgilin Frans,

23 sentyabr 2016.


Əzizim Milena,

Oktyabrda əsgər gedirəm. Bir həftə qaldı. Əgər mənimlə danışmamağının, mənə cavab verməməyinin səbəbi nişanlı olmamağımızdırsa, bunu bir kəlmə ilə yaz. Lap istəsən elə günü sabah anamgili sizə göndərərəm.

Sevgilin Frans,

25 sentyabr 2016.


Frans,

Mən sənə layiq deyiləm, sən daha yaxşısına layiqsən. Əslində biz başqa dünyaların insanlarıyıq. Bizdə alınmaz. Yox, tamam qarışdırdım, əslində sən çox yaxşı insansan. Mən sənə layiq deyiləm sadəcə. Daha mənə yazma. Əlvida.

Milena,

26 sentyabr 2016.


Frans Milenanın məktubunu dostu Maksa da oxudu. Maks onu nə qədər inandırmağa çalışsa da ki, Milena səndən ayrılıb, artıq hər şey bitib, Frans yenə də buna inanmaq istəmirdi. Deyirdi ki, sadəcə Milena özünü mənə layiq görmür.

Son avtobusu qaçırmamaq üçün ikisi də görüşdükləri çay evindən çıxdılar. Qarşıdakı karaokenin qabağı hər zamankı kimi xarici marka avtomobillərlə dolu idi. Karaokedə Fransın heç bir zaman tanımadığı və tanımayacağı Green Day-in “Wake me up when September ends” mahnısı oxunurdu. Açığı çox da pis oxunurdu…

Məncə hər şey aydındır. Milena Fransın əvvəllər tanıdığı Milena deyil. O həm daxilən, həm də zahirən dəyişib, həm də əməlli başlı. Fransın anlayacağı dildə desək, “metamorfoz”a məruz qalıb.


Tövsiyə olunan digər yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma