Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Employer Brand Summit (İşə Götürən Markası Zirvəsi) 4 oktyabr 2016-da İstanbulda keçirildi. Tədbirdə əvvəlcədən də elan edildiyi kimi üst səviyyəli rəhbərliyin (top management) insan resurslarını (HR) necə görməsi; HR-ın necə daha strateji ola biləcəyi; güclü korporativ mədəniyyətin yaradılması; şirkətlərin reputasiyası, cəzb etmə gücü və HR analitiklər haqqında maraqlı çıxışlar, panel müzakirələr oldu. Mən bir çıxış haqqında … Oxumağa dava et Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Harvarddan İsmayıl Vəliyevlə müsahibə

Dəyərli oxuyucular, bu dəfə sizinlə daha bir maraqlı və öz sahəsində uğurlu insanla müsahibəni təqdim etmək istəyirik (Digər müsahibələri buradan oxuya bilərsiniz). Sözü çox uzatmadan İsmayıl Vəliyevlə müsahibənin tam mətnini sizinlə bölüşürük. Buyurun. - İlk olaraq İsmayıl Vəliyev kimdir? - İlk olaraq İngilis dili müəllimi və tərcüməçi kimi işləmişəm. İş həyatına tələbə olarkən başlamışam. Daha sonra … Oxumağa dava et Harvarddan İsmayıl Vəliyevlə müsahibə

Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Uzun müddətdir ki, sosial mediyada bizim də üzərində müzakirələr etdiyimiz bəzi mövzularda Türkiyə bir addım atdı. Artıq şirkətlər iş elanlarında etdikləri bəzi ayrı-seçkiliklərə görə 15000 TL (7977 AZN) məbləğində cərimə olunacaq. Bunlar hansı ayrı-seçkiliklərdir? Gəlin baxaq: "Ancaq Boğaziçi, ODTÜ, İTÜ və s. universitetlərin məzunları müraciət edə bilər." Qadınlara hamilə olduğu, körpəsi, baxıma ehtiyacı olan uşağı … Oxumağa dava et Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Zlatan İbrahimoviç HR rolunda

Bu gün bir video ilə rastlaşdım. Zlatan İbrahimoviç marka partnyoru olduğu Vitamin Well üçün bir gənc ilə iş görüşməsinə şəxsən özü gəlir. Düşünün ki, iş axtarırsınız, müraciətlərinizdən birinə müsbət cavab gəlir və Siz müsahibəyə gedirsiniz. Təbii olaraq bir HR-la görüşəcəyinizi düşünürsünüz, amma qarşınıza İbrahimoviç çıxır. Bilmirəm Sizin üçün bunu təsəvvür etmək nə qədər asan oldu, amma həmvətəniniz olaraq mənim … Oxumağa dava et Zlatan İbrahimoviç HR rolunda

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

2-10 Mart 2016 tarixləri arasında bloqum vasitəsilə kiçik bir anket sorğusu keçirməyə və ölkəmizdə iş axtaran namizədləri narahat edən bəzi məqamları araşdırmağa çalışdım. İlk əvvəl bu anket sorğusunda zaman ayıraraq iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Daha sonra da onu bildirmək istəyirəm ki, anket dörd sualdan ibarət idi və iştirakçılar birdən çox (maksimum üç) variant seçərək, … Oxumağa dava et Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

(Anket sorğusu 10 mart 2016 tarixində başa çatmışdır, nəticələrlə bu linkdən tanış ola bilərsiniz.) Ölkəmizdə işə qəbul prosesində namizdələr nələrdən narazıdır? Namizədlər iş elanlarında, təşkilatlarda, müsahibəni keçirən insan resursları əməkdaşlarında hansı çatışmazlıqların olduğunu düşünür? Bu suallara bir az da olsa aydınlıq gətirmək və ümumi vəziyyəti görə bilmək üçün kiçik bir sorğu keçirmək qərarına gəldim. Düşünürəm ki, bu … Oxumağa dava et Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam

Bu mövzuda çox yazılar var. İstər xarici mənbələrdə, istərsə də yerli mənbələrdə CV hazırlanması, bu zaman yol verilən xətalar haqqında oxumaq olar. Bu dəfə Sizinlə İşə Qəbul üzrə iş təcrübəsi olan, yüzlərlə CV ilə tanış olan, eyni zamanda müəyyən dövrlərdə də təbii olaraq iş üçün müraciət etmiş namizəd olaraq təcrübə və təəssüratlarımı bölüşmək istəyirəm. Bu … Oxumağa dava et İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam

HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə

Bloqun 20-ci yazısı İnsan Resursları (İR/HR) Konsultant Orxan İsayev ilə reportaj olaraq hazırlandı. Əvvəlcədən dəyərli zamanı və gözəl müsahibə üçün Orxan İsayevə təşəkkür edirəm. Onu da qeyd edim ki, bu bloqda ilk müsahibədir. Beləliklə, çox uzatmadan müsahibəyə keçək. Buyurun. – İlk əvvəl Sizi daha yaxından tanıyaq. Orxan İsayev kimdir? Mümkünsə özünüzü bir qədər təqdim edərdiniz. – Millətinə faydalı olmaq istəyən və dəyişiklik … Oxumağa dava et HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə

Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?

Regina Hartley-in TED.com-da  Why the best hire might not have the perfect resume  adlı çıxışının baxılma sayı iki milyona çatır. (Yəqin ki, mənim kimi çox adamın yarasının üstünə su səpir 😉 ). Çünki mən də "gümüş qaşıq" deyiləm, "döyüşkən" insan tipiyəm, xanım Hartley-ə görə. "Gümüş qaşıq" kimdir? Çox yaxşı bir universitet bitirmiş namizəd düşünün, elit bir … Oxumağa dava et Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?

SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.

Bir neçə gün əvvəl SHRM (Society for Human Resource Management) işə qəbul proseslərində sosial mediyadan istifadə haqqında 19 Noyabr - 4 Dekabr 2015 tarixləri arasında keçirdiyi anket araşdırmasının nəticələrini açıqladı. Sizinlə bu nəticələrlə bağlı bəzi maraqlı məqamları paylaşmaq istəyirəm. İlk olaraq, nəticələr daha çox ABŞ üçün olsa da, onu göstərir ki, sosial mediya işə qəbul prosesləri … Oxumağa dava et SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.