İnsan Resurslarına (HR) bir istehsal prosesi kimi baxmaq olarmı?

Çörək bişirən bir zavod düşünək. Buradakı təməl xammala nələr aiddir (Sadəcə çörəyin tərkibi üçün. Təbii ki, bütün zavod resurslarını da saymaq olar)? Un, su, duz, quru maya və s. Daha sonra bu xammallar bir iş prosesindən keçir (yoğurulur, gözlədilir, hissələrə bölünür, daşınır, sobalara yığılır, bişirilir vs.). Ən son mərhələdə isə hazır məhsul (çörək) əldə olunur. … Oxumağa dava et İnsan Resurslarına (HR) bir istehsal prosesi kimi baxmaq olarmı?

İşçilər rəhblərindən nə gözləyirlər ? (Anket sorğusunun nəticələri)

Bu dəfə Sizi HR Peşəkarlar qrupunda keçirilən bir anket sorğusunun nəticələri ilə tanış etmək istəyirəm. Anket sorğusu işçilərin rəhbərlərindən və ya xətti menecerlərdən nə gözlədiyi haqqında idi. Bu sorğu 14 May - 19 Avqust 2016 tarixləri arasında keçirilib. Sorğuda iştirak edənlərin birdən çox cavab variantını seçmək və düşündükləri cavab variantını da əlavə etmək fürsətləri olub. Anket sorğusunun giriş qismində işçilərin … Oxumağa dava et İşçilər rəhblərindən nə gözləyirlər ? (Anket sorğusunun nəticələri)

İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

İnsan Resursları (HR) mövcud olduğu təşkilatda/şirkətdə öz öhdəliklərini yerinə yetirmək üçün ənənəvi olaraq bu 3 rolu oynayır: Xidmət (Service): HR başlıca olaraq təşkilat üçün bir qrup müştəriyə xidmət verir. Bu müştərilər kimlərdir? Üst səviyyəli menecerlər, xətt menecerləri, işçilər, eyni səviyyəli menecerlər, müxtəlif departamentlər, müxtəlif hüquqi qurumlar, işçilərin ailələri bu müştəri qrupuna daxildir. Misal üçün, HR … Oxumağa dava et İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

Valideynlərin bizim ixtisas, ali məktəb və iş seçimlərimizə təsiri (Azərbaycan üçün anket araşdırmasının nəticələri)

Azərbaycanda valideynlərin övladlarının ali məktəb, ixtisas və iş seçimlərinə təsirini öyrənmək məqsədi ilə 31 Mart - 17 Aprel 2016 tarixləri arasında sosial mediyada anket sorğusu keçirildi. Anket 5 sualdan ibarət idi və hər bir suala 300 nəfərdən artıq insan "Bəli" və ya "Xeyr" variantlarından birini seçərək cavab verdi. Anket sorğusunun nəticələrinə keçməzdən əvvəl bir daha zaman ayıraraq bu … Oxumağa dava et Valideynlərin bizim ixtisas, ali məktəb və iş seçimlərimizə təsiri (Azərbaycan üçün anket araşdırmasının nəticələri)

Ehtiyaclar İyerarxiyası ilə iş mühitində qarşılaşdığımız bəzi anlar

Ehtiyaclar İyerarxiyası ilə bağlı yazının sonunda bu nəzəriyyənin iş mühitində praktiki misalları haqqında danışacağımı yazmışdım. İndi bəzi nümunələr, yaşanmış hadisələr vasitəsi ilə fikirlərimi paylaşmaq istəyirəm. Bəlli təcrübə qazandıqdan sonra işə qəbul üçün gələn namizədlərin maddi imkan səviyyəsini, ailədəki vəziyyətini (onun işləməsinə ehtiyacın olmamasını) müəyyən etmək mümkün olur. Hətta, bəzən namizəd özü də bunu etiraf edir ki, darıxdığı, … Oxumağa dava et Ehtiyaclar İyerarxiyası ilə iş mühitində qarşılaşdığımız bəzi anlar

Azərbaycanda valideynlər övladlarının iş və ixtisas seçiminə nə dərəcədə təsir edir? (Anket sorğusu)

Bu dəfə Sizdən kiçik bir anket sorğusunda iştirak etməyinizi xahiş edəcəyəm. Anket sorğusu sadəcə 5 sualdan ibarətdir. Bu suallarla məqsədim valideynlərimizin övladlarının peşə, sahə, iş, ali məktəb, ixtisas seçməsinə nə dərəcədə təsir etdiyini ölçməkdir. Sizdən aşağıda verilmiş suala cavab verməyinizi xahiş edirəm: Anket sorğusunda iştirak etdiyiniz üçün təşəkkür edirəm, zaman ayırdığınız üçün çox sağ olun. … Oxumağa dava et Azərbaycanda valideynlər övladlarının iş və ixtisas seçiminə nə dərəcədə təsir edir? (Anket sorğusu)

Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri

HR-larımızın iş məmnuniyyəti ilə bağlı anket araşdırmasını ilk əvvəl universitetimizdə Araşdırma Metodları dərsi üçün final tapşırığı olaraq etməyi düşünürdüm. Daha sonra bu dərs üçün final tapşırığı dəyişdi, amma mən araşdırmanı aparmağa qərar verdim. Çünki, çalışanlarımızın iş məmnuniyyəti ilə maraqlanan, bunu artırmağın yolları haqqında baş sındıran HR-larımızın öz iş məmnuniyyətlərinin hansı səviyyədə olması mənə maraqlı gəlirdi. … Oxumağa dava et Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri

İşimizi görək. İnsan Resursları nəyimizə lazımdır axı?

Aparılan araşdırma zamanı müştərilərə sual verilir ki, "müştəri olaraq şirkəti hansı səbəbdən tərk edirsiniz?" İndi gəlin bu səbəblərə nəzər salaq:             Deməli sadəcə uyğun qiymətlər, keyfiyyətli məhsullar, bahalı reklamlar hər şeyi həll etmir. Təbii ki, şirkətin izlədiyi strategiyaya uyğun olaraq fərqli qiymət, keyfiyyət üstünlükləri əldə etməsi, bunları reklamlarla müştərilərinə çatdırması … Oxumağa dava et İşimizi görək. İnsan Resursları nəyimizə lazımdır axı?

Nə baş verir, axı müştərilər niyə narazıdır ?

Şəxsən şahidi olduğum bir hadisə haqqında... Bu gün İzmirdə müştəri olaraq iki fərqli şirkətdə oldum. Hər ikisində də çalışanlar arasında mənfi atmosfer, narazılıq, sıxıntı və problem gördüm. Hər iki müəssisədə də mənə normal xidmət göstərildi, yəni şikayət etmirəm, məsələ başqa məsələdir... Sizə birinci iş yeri - karqo/yük firmasından danışmaq istəyirəm. Şirkət çox tanınmış bir şirkətdir. Mənə normal şəkildə … Oxumağa dava et Nə baş verir, axı müştərilər niyə narazıdır ?

3ü 1 Arada çox bahalıdır, böhran var, siz 2si 1 Arada ilə davam edin !

(Türkiye türkçesinde okumak için İK Paylaşım'ı ziyaret edebilirsiniz) Molladan ağlamalı məsləhət aldıq... Böhrandan əvvəl də işlərimiz yaxşı getmirdi. Onsuz da işçilərimiz həm bizdən, həm işlərindən, həm də maaşlarından narazı idi. Böhran da artıq işçilərin səbrini daşıran son damla oldu (damla? bəlkə sunami demək istədin?). Hamı HR-ın qapısına yığıldı, artıq qapını ele hirsli şəkildə döyürlər ki, adam qorxusundan … Oxumağa dava et 3ü 1 Arada çox bahalıdır, böhran var, siz 2si 1 Arada ilə davam edin !