Nə baş verir, axı müştərilər niyə narazıdır ?

Şəxsən şahidi olduğum bir hadisə haqqında... Bu gün İzmirdə müştəri olaraq iki fərqli şirkətdə oldum. Hər ikisində də çalışanlar arasında mənfi atmosfer, narazılıq, sıxıntı və problem gördüm. Hər iki müəssisədə də mənə normal xidmət göstərildi, yəni şikayət etmirəm, məsələ başqa məsələdir... Sizə birinci iş yeri - karqo/yük firmasından danışmaq istəyirəm. Şirkət çox tanınmış bir şirkətdir. Mənə normal şəkildə … Oxumağa dava et Nə baş verir, axı müştərilər niyə narazıdır ?

“Manat” dramının unutdurduğu “question”

Hər halda son bir neçə günün ən çox müzakirə olunan mövzularından biri telekanallarımızdan birinin əsas simalarından olan xanım jurnalistin ABŞ-ın dövlət rəsmisinə ingiliscə verdiyi sualdır. Hərçənd ki, manat "üzməyə", hətta "boğulmağa" başladığı andan etibarən bu məsələ də tarixə qarışdı, yenə də mən məsələ ilə bağlı subyektiv fikirlərimi bölüşmək istəyirəm. Mən inanmıram ki, telekanallarımızda ingiliscə bilən … Oxumağa dava et “Manat” dramının unutdurduğu “question”

“Özgeleceğiniz ektedir.” – İzmirdə Karyera Görüşü.

Bu gün İzmirdə Karyera Görüşü keçirildi. İlk əvvəl onu qeyd edim ki, Karyera Görüşü sadəcə İzmirdə mövcud olan universitetlərin (9 universitet) tələbə və məzunları üçün nəzərdə tutulmuşdu. Bu fürsətdən mən də yararlanmaq və 60 fərqli şirkətin (bu şirkətlərin adları aşağıdakı afişada verilmişdir) İnsan Resursları mütəxəssisləri ilə eyni zamanda üz-üzə görüşüb danışmaq, onları müşahidə etmək, potensial işçilərlə … Oxumağa dava et “Özgeleceğiniz ektedir.” – İzmirdə Karyera Görüşü.

İnsan Resursları ilə şirkət performansı arasında əlaqə varmı ?

Hər bir şirkət fərqli funksional bölmələrdən, departamentlərdən ibarətdir. Heç şübhəsiz ki, bütün bu funksional bölmələrin mövcud olma səbəbi şirkətin hədəflərinə çatmasında, rəqabətə davam gətirərək bazar payını və gəlirlərini artırmasında və ya ən azından bu göstəriciləri qoruyub saxlamasında rol oynamaq, daha dəqiq desək, bu istiqamətdə dəyər yaratmaqdır. İnsan Resurslarının (İR) da digər bölmələr kimi son məqsədi … Oxumağa dava et İnsan Resursları ilə şirkət performansı arasında əlaqə varmı ?