8 sualda İşə Götürən Markası (Employer Brand)

İşə götürən markası nədir? Çox qısa şəkildə desək, hər kəsin işləmək üçün can atdığı, hamının işləmək istədiyi bir şirkət. Misal üçün, ölkəmizdə çox insan BP (bu sizin üçün yanlış da ola bilər, amma ağlıma gələn ilk ad bu oldu və əslində bu şirkətin işə götürən markası olaraq mənim üçün yaratdığı imicin məhsuludur) kimi bir şirkətdə … Oxumağa dava et 8 sualda İşə Götürən Markası (Employer Brand)

Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Employer Brand Summit (İşə Götürən Markası Zirvəsi) 4 oktyabr 2016-da İstanbulda keçirildi. Tədbirdə əvvəlcədən də elan edildiyi kimi üst səviyyəli rəhbərliyin (top management) insan resurslarını (HR) necə görməsi; HR-ın necə daha strateji ola biləcəyi; güclü korporativ mədəniyyətin yaradılması; şirkətlərin reputasiyası, cəzb etmə gücü və HR analitiklər haqqında maraqlı çıxışlar, panel müzakirələr oldu. Mən bir çıxış haqqında … Oxumağa dava et Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Zlatan İbrahimoviç HR rolunda

Bu gün bir video ilə rastlaşdım. Zlatan İbrahimoviç marka partnyoru olduğu Vitamin Well üçün bir gənc ilə iş görüşməsinə şəxsən özü gəlir. Düşünün ki, iş axtarırsınız, müraciətlərinizdən birinə müsbət cavab gəlir və Siz müsahibəyə gedirsiniz. Təbii olaraq bir HR-la görüşəcəyinizi düşünürsünüz, amma qarşınıza İbrahimoviç çıxır. Bilmirəm Sizin üçün bunu təsəvvür etmək nə qədər asan oldu, amma həmvətəniniz olaraq mənim … Oxumağa dava et Zlatan İbrahimoviç HR rolunda

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

2-10 Mart 2016 tarixləri arasında bloqum vasitəsilə kiçik bir anket sorğusu keçirməyə və ölkəmizdə iş axtaran namizədləri narahat edən bəzi məqamları araşdırmağa çalışdım. İlk əvvəl bu anket sorğusunda zaman ayıraraq iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Daha sonra da onu bildirmək istəyirəm ki, anket dörd sualdan ibarət idi və iştirakçılar birdən çox (maksimum üç) variant seçərək, … Oxumağa dava et Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

(Anket sorğusu 10 mart 2016 tarixində başa çatmışdır, nəticələrlə bu linkdən tanış ola bilərsiniz.) Ölkəmizdə işə qəbul prosesində namizdələr nələrdən narazıdır? Namizədlər iş elanlarında, təşkilatlarda, müsahibəni keçirən insan resursları əməkdaşlarında hansı çatışmazlıqların olduğunu düşünür? Bu suallara bir az da olsa aydınlıq gətirmək və ümumi vəziyyəti görə bilmək üçün kiçik bir sorğu keçirmək qərarına gəldim. Düşünürəm ki, bu … Oxumağa dava et Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri

HR-larımızın iş məmnuniyyəti ilə bağlı anket araşdırmasını ilk əvvəl universitetimizdə Araşdırma Metodları dərsi üçün final tapşırığı olaraq etməyi düşünürdüm. Daha sonra bu dərs üçün final tapşırığı dəyişdi, amma mən araşdırmanı aparmağa qərar verdim. Çünki, çalışanlarımızın iş məmnuniyyəti ilə maraqlanan, bunu artırmağın yolları haqqında baş sındıran HR-larımızın öz iş məmnuniyyətlərinin hansı səviyyədə olması mənə maraqlı gəlirdi. … Oxumağa dava et Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri

İşimizi görək. İnsan Resursları nəyimizə lazımdır axı?

Aparılan araşdırma zamanı müştərilərə sual verilir ki, "müştəri olaraq şirkəti hansı səbəbdən tərk edirsiniz?" İndi gəlin bu səbəblərə nəzər salaq:             Deməli sadəcə uyğun qiymətlər, keyfiyyətli məhsullar, bahalı reklamlar hər şeyi həll etmir. Təbii ki, şirkətin izlədiyi strategiyaya uyğun olaraq fərqli qiymət, keyfiyyət üstünlükləri əldə etməsi, bunları reklamlarla müştərilərinə çatdırması … Oxumağa dava et İşimizi görək. İnsan Resursları nəyimizə lazımdır axı?

2016 üçün İşə Qəbul Trendləri

Bu yazımda Sizinlə 2016-cı il üçün LinkedIn Talent Solutions tərəfində hazırlanmış işə qəbul trendləri haqqında bəhs etmək istəyirəm. Mövzunu detallı bir şəkildə araşdırmaq üçün təşkilat tərəfindən dünyanın bir çox ölkəsindən 4000-ə yaxın işə qəbul peşəkarı anket sorğusuna cəlb edilib (Şəkil 1). Bunun üçün ele LinkedIn istifadə edilib, yəni bu şəbəkə vasitəsi ilə HR-lar tapılıb, profil … Oxumağa dava et 2016 üçün İşə Qəbul Trendləri

SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.

Bir neçə gün əvvəl SHRM (Society for Human Resource Management) işə qəbul proseslərində sosial mediyadan istifadə haqqında 19 Noyabr - 4 Dekabr 2015 tarixləri arasında keçirdiyi anket araşdırmasının nəticələrini açıqladı. Sizinlə bu nəticələrlə bağlı bəzi maraqlı məqamları paylaşmaq istəyirəm. İlk olaraq, nəticələr daha çox ABŞ üçün olsa da, onu göstərir ki, sosial mediya işə qəbul prosesləri … Oxumağa dava et SHRM-in Sosial Mediya və HR-larla bağlı anket araşdırmasının nəticələri.