Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Employer Brand Summit (İşə Götürən Markası Zirvəsi) 4 oktyabr 2016-da İstanbulda keçirildi. Tədbirdə əvvəlcədən də elan edildiyi kimi üst səviyyəli rəhbərliyin (top management) insan resurslarını (HR) necə görməsi; HR-ın necə daha strateji ola biləcəyi; güclü korporativ mədəniyyətin yaradılması; şirkətlərin reputasiyası, cəzb etmə gücü və HR analitiklər haqqında maraqlı çıxışlar, panel müzakirələr oldu. Mən bir çıxış haqqında … Oxumağa dava et Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı

"Mobbing" - latınca "mobile vulgus"dan gəlir. İngiliscə "mob" hücum etmək, narahat etmək mənasınadadır. "Mobbing" termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Bu yazıda psixoloji şiddət "mobbing" sözünün dilimizdəki qarşılığı olaraq qəbul edilmişdir. Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Qısa olaraq bu şəkildə izah edilə bilər: … Oxumağa dava et İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı

İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

İnsan Resursları (HR) mövcud olduğu təşkilatda/şirkətdə öz öhdəliklərini yerinə yetirmək üçün ənənəvi olaraq bu 3 rolu oynayır: Xidmət (Service): HR başlıca olaraq təşkilat üçün bir qrup müştəriyə xidmət verir. Bu müştərilər kimlərdir? Üst səviyyəli menecerlər, xətt menecerləri, işçilər, eyni səviyyəli menecerlər, müxtəlif departamentlər, müxtəlif hüquqi qurumlar, işçilərin ailələri bu müştəri qrupuna daxildir. Misal üçün, HR … Oxumağa dava et İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Uzun müddətdir ki, sosial mediyada bizim də üzərində müzakirələr etdiyimiz bəzi mövzularda Türkiyə bir addım atdı. Artıq şirkətlər iş elanlarında etdikləri bəzi ayrı-seçkiliklərə görə 15000 TL (7977 AZN) məbləğində cərimə olunacaq. Bunlar hansı ayrı-seçkiliklərdir? Gəlin baxaq: "Ancaq Boğaziçi, ODTÜ, İTÜ və s. universitetlərin məzunları müraciət edə bilər." Qadınlara hamilə olduğu, körpəsi, baxıma ehtiyacı olan uşağı … Oxumağa dava et Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Ehtiyaclar İyerarxiyası ilə iş mühitində qarşılaşdığımız bəzi anlar

Ehtiyaclar İyerarxiyası ilə bağlı yazının sonunda bu nəzəriyyənin iş mühitində praktiki misalları haqqında danışacağımı yazmışdım. İndi bəzi nümunələr, yaşanmış hadisələr vasitəsi ilə fikirlərimi paylaşmaq istəyirəm. Bəlli təcrübə qazandıqdan sonra işə qəbul üçün gələn namizədlərin maddi imkan səviyyəsini, ailədəki vəziyyətini (onun işləməsinə ehtiyacın olmamasını) müəyyən etmək mümkün olur. Hətta, bəzən namizəd özü də bunu etiraf edir ki, darıxdığı, … Oxumağa dava et Ehtiyaclar İyerarxiyası ilə iş mühitində qarşılaşdığımız bəzi anlar

Zlatan İbrahimoviç HR rolunda

Bu gün bir video ilə rastlaşdım. Zlatan İbrahimoviç marka partnyoru olduğu Vitamin Well üçün bir gənc ilə iş görüşməsinə şəxsən özü gəlir. Düşünün ki, iş axtarırsınız, müraciətlərinizdən birinə müsbət cavab gəlir və Siz müsahibəyə gedirsiniz. Təbii olaraq bir HR-la görüşəcəyinizi düşünürsünüz, amma qarşınıza İbrahimoviç çıxır. Bilmirəm Sizin üçün bunu təsəvvür etmək nə qədər asan oldu, amma həmvətəniniz olaraq mənim … Oxumağa dava et Zlatan İbrahimoviç HR rolunda

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

2-10 Mart 2016 tarixləri arasında bloqum vasitəsilə kiçik bir anket sorğusu keçirməyə və ölkəmizdə iş axtaran namizədləri narahat edən bəzi məqamları araşdırmağa çalışdım. İlk əvvəl bu anket sorğusunda zaman ayıraraq iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Daha sonra da onu bildirmək istəyirəm ki, anket dörd sualdan ibarət idi və iştirakçılar birdən çox (maksimum üç) variant seçərək, … Oxumağa dava et Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

Qadın böyük qüvvədir, yaxud iki qadın bir şirkəti uçuruma necə aparar?

Daha əvvəl yazdığım bir bloq yazısında (CC abreviaturasının dilimizdə 12 fərqli açılışı) Centlmen Casus (10-cu CC) haqqında danışarkən belə bir şey qeyd etmişdim ki, bəzən şirkət daxilində olan problemləri araşdırmaq üçün gizli şəkildə bir konsultant işə qəbul edilir. Bu konsultant qəbul edildiyi formal işi həyata keçirərək əslində maskalanır və işçilərin arasına qarışaraq problemin mənbəyini tapmağa … Oxumağa dava et Qadın böyük qüvvədir, yaxud iki qadın bir şirkəti uçuruma necə aparar?

Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

(Anket sorğusu 10 mart 2016 tarixində başa çatmışdır, nəticələrlə bu linkdən tanış ola bilərsiniz.) Ölkəmizdə işə qəbul prosesində namizdələr nələrdən narazıdır? Namizədlər iş elanlarında, təşkilatlarda, müsahibəni keçirən insan resursları əməkdaşlarında hansı çatışmazlıqların olduğunu düşünür? Bu suallara bir az da olsa aydınlıq gətirmək və ümumi vəziyyəti görə bilmək üçün kiçik bir sorğu keçirmək qərarına gəldim. Düşünürəm ki, bu … Oxumağa dava et Ölkəmizdə namizədlərin işə qəbul ilə əlaqəli narazılıqları haqqında anket sorğusu

İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam

Bu mövzuda çox yazılar var. İstər xarici mənbələrdə, istərsə də yerli mənbələrdə CV hazırlanması, bu zaman yol verilən xətalar haqqında oxumaq olar. Bu dəfə Sizinlə İşə Qəbul üzrə iş təcrübəsi olan, yüzlərlə CV ilə tanış olan, eyni zamanda müəyyən dövrlərdə də təbii olaraq iş üçün müraciət etmiş namizəd olaraq təcrübə və təəssüratlarımı bölüşmək istəyirəm. Bu … Oxumağa dava et İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam