İnsan Resurslarında “qızıl payız”

Dəyərli dostlar, bu dəfə sizə yaxın günlərdə baş tutacaq iki çox önəmli İnsan Resursları (HR) forumu haqqında qısa məlumat vermək istəyirəm. Bu tədbirlər MİRF 2016 və İR Forumu Bakı 2016-dır. Bir qrup dəyərli dostumuz bu iki tədbiri bir-birinə alternativ, hətta rəqib olaraq görə bilər (bəlkə də elədir 😉 ). Amma mənim bu iki möhtəşəm foruma yanaşmam bir qədər … Oxumağa dava et İnsan Resurslarında “qızıl payız”

İnsan Resursları (HR) siyasətinin hədəfləri nələrdir?

İlk əvvəl qısa olaraq İnsan Resursları (HR) siyasəti haqqında. Sadə bir şəkildə deməyə çalışsaq, hər bir şirkətin hədəfləri, məqsədləri olur. Bu hədəflərə çatmaq üçün bütün əməkdaşların hansı istiqamətdə, necə hərəkət etməli olduqlarını göstərən ümumi qaydalar, məlumatlar toplusu şirkət siyasətidir. İR (HR) siyasəti də bu şirkət siyasətinin bir hissəsidir və üst rəhbərlik tərəfindən İR (HR) menecerlər, … Oxumağa dava et İnsan Resursları (HR) siyasətinin hədəfləri nələrdir?

Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Employer Brand Summit (İşə Götürən Markası Zirvəsi) 4 oktyabr 2016-da İstanbulda keçirildi. Tədbirdə əvvəlcədən də elan edildiyi kimi üst səviyyəli rəhbərliyin (top management) insan resurslarını (HR) necə görməsi; HR-ın necə daha strateji ola biləcəyi; güclü korporativ mədəniyyətin yaradılması; şirkətlərin reputasiyası, cəzb etmə gücü və HR analitiklər haqqında maraqlı çıxışlar, panel müzakirələr oldu. Mən bir çıxış haqqında … Oxumağa dava et Employer Brand Summit / İşə Götürən Markası Zirvəsi İstanbul 2016-da nələr danışıldı?

Harvarddan İsmayıl Vəliyevlə müsahibə

Dəyərli oxuyucular, bu dəfə sizinlə daha bir maraqlı və öz sahəsində uğurlu insanla müsahibəni təqdim etmək istəyirik (Digər müsahibələri buradan oxuya bilərsiniz). Sözü çox uzatmadan İsmayıl Vəliyevlə müsahibənin tam mətnini sizinlə bölüşürük. Buyurun. - İlk olaraq İsmayıl Vəliyev kimdir? - İlk olaraq İngilis dili müəllimi və tərcüməçi kimi işləmişəm. İş həyatına tələbə olarkən başlamışam. Daha sonra … Oxumağa dava et Harvarddan İsmayıl Vəliyevlə müsahibə

Kazino prinsipi ilə işləyən şirkət necə olur?

“101 Things I Learnd in Business School“ kitabı ilə bağlı yazdığım bloq yazısı bir çox insanın marağına səbəb oldu. Yazıda qeyd etdiyim və kitabdan seçilmiş olan 10 maraqlı fikir haqqında sosial mediyada maraqlı müzakirələr apardıq. Təbii olaraq bu müddəalarla razılaşan və razılaşmayanlar oldu. Müzakirələrə qatılan, fikir bildirən hər kəsə təşəkkür edirəm. Müzakirə olunan bu maraqlı … Oxumağa dava et Kazino prinsipi ilə işləyən şirkət necə olur?

İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı

"Mobbing" - latınca "mobile vulgus"dan gəlir. İngiliscə "mob" hücum etmək, narahat etmək mənasınadadır. "Mobbing" termin olaraq dilimizə psixoloji terror, şiddət və ya zorakılıq olaraq tərcümə edilir. Bu yazıda psixoloji şiddət "mobbing" sözünün dilimizdəki qarşılığı olaraq qəbul edilmişdir. Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Qısa olaraq bu şəkildə izah edilə bilər: … Oxumağa dava et İş həyatında “mobbing” və Barselonanın “Tiki-taka”sı

Aktiv Ətalət/İnersiya nədir? (Active Inertia)

Bir çox uğurlu şirkət bazarda, fəaliyyət göstərdikləri sektorda baş verən dəyişikliklərin fərqinə vara bilməməkdə və zamanında reaksiya göstərməməkdə günahlandırılır. Hər halda buna ən yaxşı nümunə Nokia olar. Artıq bu bazarda liderlər çoxdandır ki, hamımızın tanıdığı çox fərqli məşhur markalardır. Amma aparılan araşdırmalar göstərir ki, bunun tək səbəbi bu şirkətlərin çevrədə olan yeniliklərə, təhdidlərə zamanında reaksiya … Oxumağa dava et Aktiv Ətalət/İnersiya nədir? (Active Inertia)

İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

İnsan Resursları (HR) mövcud olduğu təşkilatda/şirkətdə öz öhdəliklərini yerinə yetirmək üçün ənənəvi olaraq bu 3 rolu oynayır: Xidmət (Service): HR başlıca olaraq təşkilat üçün bir qrup müştəriyə xidmət verir. Bu müştərilər kimlərdir? Üst səviyyəli menecerlər, xətt menecerləri, işçilər, eyni səviyyəli menecerlər, müxtəlif departamentlər, müxtəlif hüquqi qurumlar, işçilərin ailələri bu müştəri qrupuna daxildir. Misal üçün, HR … Oxumağa dava et İnsan Resurslarının 3 ənənəvi və 3 müasir rolu

Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Uzun müddətdir ki, sosial mediyada bizim də üzərində müzakirələr etdiyimiz bəzi mövzularda Türkiyə bir addım atdı. Artıq şirkətlər iş elanlarında etdikləri bəzi ayrı-seçkiliklərə görə 15000 TL (7977 AZN) məbləğində cərimə olunacaq. Bunlar hansı ayrı-seçkiliklərdir? Gəlin baxaq: "Ancaq Boğaziçi, ODTÜ, İTÜ və s. universitetlərin məzunları müraciət edə bilər." Qadınlara hamilə olduğu, körpəsi, baxıma ehtiyacı olan uşağı … Oxumağa dava et Türkiyədə şirkətlər iş elanlarındakı hansı ayrı-seçkiliklərə görə ciddi məbləğdə cərimə olunacaq?

Motivasiyanızı artıracaq, Sizi xəyal və hədəflərinizə kökləyəcək mükəmməl bir film

Bu dəfə Sizə motivasiyanızı artıracaq, Sizi hədəfləriniz və xəyallarınız üçün savaşmağa ruhlandıracaq bir film haqqında danışmaq istəyirəm. Filmin adı "October Sky"-dır və bir NASA mühəndisi olan Homer Hikem tərəfindən yazılmış avtobioqrafik əsər ("Rocket Boys") əsasında çəkilib, real hadisələrə dayanır. Film 1957-ci ildə o zamankı SSRİ tərəfindən hazırlanaraq 4 Oktyabrda kosmosa buraxılan Yerin ilk süni peyki Sputnik 1-dən … Oxumağa dava et Motivasiyanızı artıracaq, Sizi xəyal və hədəflərinizə kökləyəcək mükəmməl bir film