Məlum virusla əlaqədar olaraq bir çox şirkət və qurumun iş rejimində dəyişikliklər oldu. Bəzi müəssisələr ümumiyyətlə bağlandı, bəzi şirkətlər (xüsusilə də xarici sərmayəli olanlar) öz işçilərinə evdən işləmək fürsəti verdi. Universitet, məktəb və kurslar müvəqqəti olaraq bağlandı və sairə.
Bütün bunların fonunda insanlar alternativ edə biləcəklərinə fokuslanmağa çalışır. Kimi online edə biləcəkləri, kimisi bu fasilədən sonra edəcəkləri haqqında düşünür. Məsələyə bu cür pozitiv də baxmaq olar.

Bu dünyadakı ilk böyük fasilə deyil. Daha əvvəl də bir çox yoluxucu xəstəlik, böyük müharibələr olub. Həyat dayanıb. Amma…

Amma bəzi məşhurlar ən böyük əsərlərini, uğurlarını məhz bu fasilələrdə, bu izolyasiya günlərdində ortaya qoyublar. Ən azında buna gedən yolda böyük addımlar atıblar. Kimlər?
Misal üçün, İsaak Nyuton. O, 22 yaşlarında olarkən o zamankı İngiltərədə vəba xəstəliyi yayılırdı. Vəziyyət çox ciddi olduğu üçün təhsil ocaqları bağlanır. Ortalıqda qalan Nyuton da məcburən Woolsthorpe Manora gedir, amma çalışmalarına davam edir. Nəticə etibarilə Yerin cazibə qüvvəsini tapır. Məhz bu məşhur alma ağacının altında:

Digər bir nümunə də Uilyam Şekspir ilə bağlıdır. O, “Kral Lir” və “Macbeth” əsərlərini məhz vəba xəstəliyi ilə əlaqədar teatrların bağlandığı o illərdə yazmışdır. Əslində deyilir ki, onun faciə janrına üstünlük verməsi və bu janrdakı əsərləri ilə daha çox anılması da məhz bununla bağlıdır.

Başqa bir nümunə isə məşhur Türk alimi Fuat Sezgin ilə bağlıdır. O, II Dünya Müharibəsi illərində universitetlər keçici olaraq bağlandığı zaman 6 ay ərzində ərəb dilini öyrənir. Həm də bunu kifayət qədər çətin mətn quruluşuna sahib olan Təbərinin Quran təfsiri və onun Türkcə məalı vasitəsilə edir.
Uzun sözün qısası, bu müddəti özümüzü inkişaf etdirmək, hal-hazırda edə biləcəklərimizi etmək və fasilədən sonrası üçün planlaşdırma etməklə keçirə bilərik.
Tövsiyə olunan digər yazılar:
- Bakı sakinləri hansı kitabları oxuyur ? (Anket sorğusunun nəticələri)
- Aliya İzzetbeqoviç “İslam Deklarasiyası”
- Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
- Qərb düşüncə tərzini formalaşdıran əsərlər (1)
- 10 başlıqda İbn Xəldun (İbn Haldun)
- Trend filmlər, populyar ədəbiyyat, “junk fiction” haqqında
- Bir romandan maksimum necə faydalanmaq olar?
- “Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat