Həsən Hənəfi (1935)

Əsər iki tanınmış fikir insanının Şərq və Qərb (Məşriq və Məğrib) arasındakı oxşarlıq və ziddiyyətlər haqqında müzakirəsi, bəzən də kitabın adındakı kimi, elə mübahisəsindən bəhs edir. “Bəhs edir” dedim, əslində kitab Həsən Hənəfi (Misir/Məşriq) və Muhamməd Abid əl-Cabirinin (Qərb/Məğrib) 8 mövzu ətrafında bir-birinə yazdıqları məktublardan ibarətdir. Burada Şərq və Qərb ayrımına yazıçılar kimi mən də çox qarşıyam, çünki bunun Ahmet DavutoğluEduard Səid kimi fikir insanlarının da izah etdiyi kimi müstəmləkəçilik (kolonializm) və Avropamərkəzli bir dünya baxışı tərəfindən bizə “hədiyyə edildiyini” anlaya bilərik (mövzu genişdir və yazını fərqli istiqamətə çəkə bilər. Sadəcə bu sualları vermək istəyirəm: Cənubi Amerika bizim cənubumuzdadırmı? Biz kimin şərqindəyik? Yaxın Şərq niyə bizim cənubumuzdadır? və sair).

Kitab 1990-cı illərdə nəşr edilib, yəni düşüncələrin 1980-ci illərdə yaşayan iki filosofa aid olduğunu desəm, yanılmış olmaram. Düşünürəm ki, hər kitab öz dövrü çərçivəsində, o kontekstdə daha rahat anlaşıla bilər. Nəzərə alsaq ki, o dövrlərdə hələ də dünyada SSRİ deyilən bir imperiya var və sosializm hələ də öz təsirini itirməyib, Ərəb ölkələri dediyimiz coğrafiyada da kifayət qədər bilinir, Fələstin problemi var, bir tərəfdə Əfqanıstan müharibəsi davam edir, İranda baş verən inqilabın tozu-dumanı bir tərəfdən, Ərəb Baharına daha 20 il var və sair, kitab daha real bir çərçivədə qiymətləndirilə bilər.

Əvvəla onu deyim ki, kitabdakı 8 başlıq və dolayısyla, müzakirə-mübahisə mövzusu aşağıdakılardır:

  1. Dialoqun mənası və məqsədi
  2. Fundamentalizm və modern dövr
  3. İslam və dünyəvilik (laiklik)
  4. Liberalizm
  5. Modernlik və təqlid
  6. Dialoqu nəzərdən keçirmək
  7. Fransız inqilabı və ərəblər
  8. Fələstin mübarizəsi

Açığı mövzu ilə maraqlan bir oxucu-araşdırmaçı üçün sadəcə bu başlıqları oxumaq belə kitabı bir-iki gündə oxuyub

Muhamməd Abid el-Cabiri (1935-2010)

bitirmək üçün ciddi motivasiya mənbəyi ola bilər. Mənim üçün belə olmuşdu, misal üçün.

Hər şey bir yana, Hənəfi və Cabirinin üslubu, bir-birinə xitabı, müzakirə ədəbi, yeri gələndə mübahisədə həddi aşmamaq üçün riayət etdiyi nəzakət çərçivəsi mənə çox təsir etdi. Məncə bu iki böyük fikir insanı bu əsərlə sadəcə müzakirə ədəbini öyrətməklə belə ciddi şəkildə faydalı olublar.

Əsərin bəzi bölümlərində Hənəfi, bəzilərində isə Cabiri hədsiz dərəcədə detallara enir, xırdalıqlara vaqif olduğunu çox incəliklə nümayiş etdirir. Bu, təbii ki, hər filosofun öz maraq dairəsinə daha yaxın olan mövzularda daha da qabarıq bir şəkildə hiss edilir.

Əsər o qədər zəngin bir məzmuna sahibdir ki, hər səhifəsində öyrədici, oxucunu düşünməyə,

Kitabın üz qabığı (Türk dilində, Mana Yayınları)

hadisələr, fikirlər, fərqli yanaşmalar arasında əlaqələr qurmağa məcbur edir. Kitab daha çox İslam dünyasının (?!) siyasi, fikri və ictimai problemlərini əhatə edir, amma bunu o qədər əhatəli bir şəkildə və elmi-fəlsəfi üslubla edir ki, özünü əsla “həə, bacıoğlu, elə dünyanı massonlar idarə edir”, “hamısı Amerikanın oyunlarıdır” kimi frazaların havada bir-birinə dəydiyi çayxana mühitində hiss etmirsiniz.

Məktublar şəklində, qarşılıqlı yazıldığı üçün eyni zamanda çox da sadə bir dili var. Yəni, o adını xatırlamadığım bir Türk professorun da dediyi kimi, Aristotel kimi düşünsələr də, biz oxucuları da nəzərə alıb mövzuları nənə-babalarımızın dilində izah etməyə çalışıblar. “Çalışıblar” dedim, çünki o sürətlə düşünən fikir insanları bizə yaxınlaşmaq üçün ancaq bu qədər aşağıya enə biliblər.

Əsərdə ərəb ölkələri arasındakı süni sərhədlərdən, vaxtaşırı baş verən çevriliş (adamına görə inqilablardan), liberalizm, sosializm, kapitalizm kimi yanaşma və axımların uğurlu olub olmamasından və bunun səbəblərindən, İbn-Rüşd, İmam Qəzzali, İbn Haldundan və onların fikirlərindən tutmuş, Fransız inqilabı ilə ərəb ölkələri arasındakı səbəb-nəticə əlaqələrinə qədər çox çeşidli və an azı bir o qədər də rəngli mövzulara toxunulub.

Kitabla bağlı fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Qeyd: Kitabı Türk dilində pdf formatında oxumaq istəyənlərlə paylaşa bilərəm. Bunun üçün rəydə elektron poçt ünvanı və ya WhatsApp nömrəsi qeyd etməyiniz kifayətdir.


Tövsiyə olunan digər yazılar:

  1. Bakı sakinləri hansı kitabları oxuyur ? (Anket sorğusunun nəticələri)
  2. Aliya İzzetbeqoviç “İslam Deklarasiyası”
  3. Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
  4. Qərb düşüncə tərzini formalaşdıran əsərlər (1)
  5. 10 başlıqda İbn Xəldun (İbn Haldun)
  6. Trend filmlər, populyar ədəbiyyat, “junk fiction” haqqında
  7. Bir romandan maksimum necə faydalanmaq olar?
  8. “Bu Çamuru Beraber Çiğnedik” kitabı haqqında 10 maraqlı məlumat

2 thoughts on ““Şərq-Qərb mübahisələri”: Hənəfi və Cabiri

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma