Aliya İzzetbeqoviç

Düşünürəm ki, Aliya İzzetbeqoviç cəmiyyətdəki fərqli ideologiyalara məxsus şəxslərin birlikdə necə yaşaya biləcəyi, bunun ideal həll yolları barəsində oxuna biləcək fikir insanlarının ən önündə gəlir. Bu gün qısa olaraq onun haqqında və onun “İslam Deklarasiyası” kitabı haqqında məlumat vermək istəyirəm.

Əvvəlcə onun qeyd etmək istəyirəm ki, Aliya İzzetbeqoviç haqqında “Bilge Kral” kimi ləqəblərin işlədilməsini bir qrup insan kimi mən də bəyənmirəm, çünki onun belə dar və məqsədli bir tərif çərçivəsinə sığmadığı düşüncəsindəyəm (niyə? daha ətraflı oxumaq üçün). Aliya bir çox mühafizəkar çevrədə mənfi mənada müasir (modern), islahatçı (reformist) insan olaraq tanınıb, belə qələmə verilib və elə çox güman bu səbəbdəndir ki, mühafizəkar, dindar insanlar onu çox da tanımır, çünki “təhlükəli fikir insanı” olaraq görülür. Xüsusən bizim ölkədə Aliya çox da tanınmır və böyük ehtimal bu səbəb əsas amillərdən biridir. Digər tərəfdən Qərb də onu sahiblənməyib, çünki onların gözündə də Aliya bir müsəlman fikir insanı, İslami hərəkət lideri olub. Qısası Bosniya və Hersoqovinanın taleyi kimi o da ortada, arada qalmışlığın acısını, sıxıntısını yaşayıb, düşünürəm ki, əsər və fikirləri hələ də bunu yaşayır.

Aliya İzzetbeqoviç

Aliya haqqında tarxi məlumatlarla sizi yormaq istəmirəm, bunlar internetdən rahatlıqla tapıla bilər. Sadəcə bunu qeyd edim ki, daha gənc yaşlarında Qərb fəlsəfəsi, dünya ədəbiyyatı ilə bağlı çox ciddi mütaliələri olmuş Aliya elə o illərdən etibarən bir aktivist olaraq da fəaliyyət göstərib. Bosniya və Hersoqovina dövlətinin ilk prezidenti olan Aliya Bosniya müharibəsində də ölkənin lideri olaraq tarixə düşüb. Dəfələrlə fikirlərinə görə həbs olunub. Həyatı ilə bağlı çox detallı və axıcı bir sənədli film və bir də kiçik bir serial tövsiyə edə bilərəm.

Aliyanın “İslam Deklarasiyası” kitabı ilə yanaşı “Qərb və Şərq arasında İslam”, “Azadlığa qaçışım: Həbsdən qeydlər”,  “Tarixə şahidliyim” kimi əsərləri mövcuddur. İndi də çox qısa bir şəkildə “İslam Deklarasiyası” kitabına toxunmaq istəyirəm. Bu əsərdəki fikirlərindən dolayı onun həbs edildiyini də qeyd etmək lazımdır. Əsərdəki fikirləri ilə Aliya daha əvvəl də qeyd etdiyim kimi fərqli ideologiyalardan olan insanların eyni cəmiyyətdə, eyni ölkənin sərhədləri çərçivəsində necə yaşaya biləcəyinə dair gözəl bir yol xəritəsi təqdim edir. Bu baxımdan onun Bosniya və Hersoqovinada liderliyini etdiyi cəmiyyət modeli Əndəlüs cəmiyyəti ilə müqayisə edilmişdir.

Aliya İzzetbeqoviç və Nəcməddin Ərbakan (solda)

Fikirlərə diqqət yetirdiyimiz zaman Aliyanın alışılmış, klassikləşmiş mühafizəkar, dindar çərçivəsinə sığmadığını görə bilirik. Amma onun tam bir qərbyönümlü, modernist biri olduğunu demək də haqsızlıq olar. Kitab Aliyanın cəmiyyət, din və dövlət ilə bağlı əsas fikirlərini özündə ehtiva etdirir. Aliya qeyd edir ki, İslam sadəcə dua və ibadətdən ibarət olan bir həyat deyil, məscid ilə zavod, fabrik yan-yana olduğu zaman İslami sistem sözün əsl mənasında yaranmağa başyalaycaq.

Əsər çox qısa və axıcıdır. Kitabın adındakı “deklarasiya, bəyannamə” ifadəsi əslində çox mənalıdır. Sadəcə 100 səhifədən ibarət olan əsər əsas etibarilə üç hissədən ibarətdir: Müsəlman xalqların geridə qalmışlıq problemi, İslami sistem və İslami sistemin müasir problemləri. Əsəri oxuduğumuz zaman üstündən on illər keçməsinə baxmayaraq təsbit edilmiş problemlərin bu gün də var olduğunu görürük. Bu da Aliyanın nə qədər böyük bir fikir insanı olduğundan xəbər verir.

Aliya İzzetbeqoviç və Muhamməd Əli

O, İslamın sadəcə bir din (religion) olmadığını qeyd edir və bunun üçün Xristianlıq və Yəhudilik ilə paralel müqayisələr aparır, kilsə və məscidin funksiyaları vasitəsilə fikirlərini əsaslandırmağa çalışır. Ona görə müasir dövrdə İslama ən çox zərər vuran şəxslərin hədsiz dərəcədə mühafizəkar olanlarla, ağına-bozuna baxmadan qərbyönümlü və modernist olanlardır. Aliya dinimizin də bir çox yerdə vurğuladığı kimi orta yol tərəfdarıdır. Onun həyat fəlsəfəsində orta yol, 3-cü yol hər zaman ən vacib məsələ olub.

Gücsüzlüyümüzün əsas səbəblərini təhsilsizlikdə, əsir vəziyyətində olmağımızda və eyni zamanda iqdisadi olaraq da zəif olmağımızda görən Aliya, bunları düzəltmək üçün əzbərçilik və şəklə əhəmiyyət verməyin deyil, ilahi mesajları doğru anlamağın və onlara əməl etməyin vacib olduğunu deyir.

Qadınların təhsiln almasının zəruri olduğunu, yalnız bu cəmiyyət və ailələrin xoşbəxt ola biləcəyini qeyd edir. Kitabda dəfələrlə, fərqli hissələrdə təhsilin, elmin nə qədər əhəmiyyətli olduğuna, cəmiyyətlərin yalnız bu metodla inkişaf edə biləcəyinə diqqət çəkilir.

Əsərlə bağlı fikirlərinizi burada paylaşmağı unutmayın.


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma