Tehran Abdurrahimov
“Azərbaycan Xalq Cümhuriyyətindən sonra”
İrfan İctimai Fikir Jurnalı, 138-ci sayı, May 2018

Hamımızın bildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1920-ci il 28 aprel tarixində rus-bolşevik qoşunları tərəfindən işğal edildi. Bununla da Şərqin ilk demokratik respublikasının 23 aylıq çox qısa, amma bizim üçün bir o qədər əhəmiyyətli olan müstəqillik yolunun sonuna gəlinmiş oldu.

Maraqlıdır, müstəqilliyimizi itirdiyimiz o illərdən sonra Azərbaycan ərazisində yaşayan əhalinin rifah halı necə idi?

Bu mövzunu, təbii ki, bir çox mənbədən araşdırmaq olar. Ancaq biz sizinlə sadəcə bir mənbə haqqında məlumat bölüşmək istəyirik. Bu, 1923-1927-ci illər arasında Türkiyənin İstanbul şəhərində AXC-nin qurucularından biri olan M.Ə.Rəsulzadə tərəfindən 15 gündə bir dəfə nəşr edilən Yeni Kafkasya (Yeni Qafqaz) siyasi, sosial və ədəbi jurnal idi. Yeni Kafkasya ümumilikdə Türk Dünyasından Rusiyada qurulan kommunizmə qarşı çıxan ilk jurnal idi. Jurnalın bu dörd il ərzində 95 sayı nəşr edilib və əslində Azərbaycan mühacirət mətbuatının da başlanğıcı sayılır.

Bunu da qeyd etmək lazımdır ki, o illərdə Bakıda da rus-bolşevik rejiminin bir çox qəzeti nəşr edilirdi. Təbii ki, reallığı əks etdirmək baxımında da İstanbulda çap olunan Yeni Kafkasya jurnalının daha etibarlı olacağını düşünə bilərik.

Jurnal ilə bağlı əlamətdar hadisələrdən biri də budur ki, bu il (yəni, AXC-nin 100-cü ilində) bütün sayılar latın əlifbasına keçirilərək və müasir Türkiyə türkcəsinə uyğunlaşdırılaraq ilk dəfə dörd cild halında nəşr edildi. Türkiyənin dəyərli alimlərindən Yavuz Akpınar, Selçuk Türkyılmaz və Yılmaz Özkaya tərəfindən hazırlanan bu dörd cild ümumilikdə 1660 səhifədən ibarətdir.

İndi də bu dörd cildin sadəcə birinci cildində keçən bəzi xəbərlərdən Azərbaycanda AXC sonrası dövrdə insanların rifah halının necə olduğuna xülasə şəklində baxaq.

Yazının davamını oxu…


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma