Tehran Abdurrahimov
“Qərbin dəyişməyən metodları: Af(ə)rin!”
İrfan İctimai Fikir Jurnalı, 136-cı sayı, Mart 2018
… Afrində bir terror bölgəsi yaradıldı və bu terrorçular açıq şəkildə Qərb tərəfindən dəstəkləndi. Qərb dünyası bu terror qruplaşmalarını hamının gözü qarşısında guya terrorla mübarizə adı altında ən müasir silahlarla təchiz etdi. Bu cür “fərqli don geydirmə” üsulu Qərb üçün heç də yeni deyil. Eyni metodun Əfqanıstanda 1970-80-ci illərdə istifadə edildiyini görürük. Hətta o dövrdə mətbuatın ABŞ prezidenti Ronald Reyqanla bir qrup “mücahid”in görüşünü işıqlandırması, Böyük Britaniya baş naziri “Dəmir Ledi” ləqəbli Marqaret Tetçerin Əfqanıstanda “mücahid”lərə xitabı və təkbir sədaları altında sərf etdiyi “Bütün azad dünyanın qəlbi sizinlədir” cümləsi, ABŞ xarici siyasətinin əsas memarlarından biri olan Zbiqnev Brzejinskinin Əfqanıstanda Taliban döyüşçülərinə “Biz Allaha inanırıq və O sizin tərəfinizdədir” deyərək hər cür dəstək vəd etməsi kimi bir çox məşhur tarixi faktı yaxşı xatırlayırıq. Son olaraq ABŞ Xarici İşlər nazirlərindən Hillari Klinton açıq-aydın Pakistan və Əfqanıstanda Əl-Qaidəni yaradıb hər cür dəstəyi verdiklərini etiraf etdi. Bəlli bir zaman sonra bu “mücahid”lər, bu “azadlıq döyüşçüləri”öz funksiyalarını başa vurduqdan sonra terror qrupları adlandırılmağa, beləliklə, yeni rollarını ifa etməyə başladılar…
Tövsiyə olunan yazılar:
- Öz işini qurmaq istəyənlərə 118 film və 15 TED.com çıxışı
- Qərarlarımızı formalaşdıran gizli qüvvə nədir?
- Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri
- Türkiyədə ödənişsiz, təqaüdlə təhsil imkanı – 2018: Türkiye Bursları
- Harvarddan İsmayıl Vəliyevlə müsahibə
- “Azad, tərəfsiz, qərəzsiz” mətbuat və “intellektual fahişəlik” haqqında
- Stefan Sveyq ilə “Şahmat” oynamaq üçün 8 səbəb
- Ekzüperi və “Balaca Şahzadə”: 12 maraqlı, çox bilinməyən fakt, qısa məzmun, seçilmiş cümlələr