Bloqda arada “qonaq yazar”ların da yazılarına yer vermək istəyirəm. İlk yazı hal-hazırda

İsmayıl Vəliyev
İsmayıl Vəliyev

Harvard Universitetində Biznes və Psixologiya üzrə təhsilini davam etdirən İsmayıl Vəliyev-in yazısı oldu. İsmayıl Vəliyev daha əvvəl də Azərbaycanda Xəzər Universiteti, Türkiyədə Boğaziçi Universiteti, ABŞ-da isə Stanford Universiteti və California Berkeley Universitetində təhsil almış, müxətlif proqramlar bitirmişdir. O, eyni zamanda “Özünü Kəşf Et” adlı bir kitabın müəllifidir. İsmayıl Vəliyev haqqında daha geniş onunla aparılmış bu müsahibədən oxuya bilərsiniz. Onun maraqlı TEDxBakı çıxışını isə bu linkdən izləyə bilərsiniz.

İndi isə İsmayıl Vəliyevin “Daniel Qolemandan öyrəndiyim: güclü liderlərin 3 sirri” yazısını sizinlə paylaşıram.

 

İsmayıl Vəliyev Daniel Goleman
Daniel Qoleman və İsmayıl Vəliyev, ABŞ, 2017

2017-ci ilin sonunda Daniel Qolemanla görüşmək və bir az söhbət etmək imkanım oldu. Qoleman əsasən  duygusal zəka məfhumu və eyni adlı kitabı ilə məşhurdur. Lakin 2017-ci ilin yaz semestrində Harvard-da aldığım dərslərin birində tələb olunan ədəbiyyat siyahısında Qolemanın “Primal Leadership” adlı kitabı da var idi.

Professor bu kitabı, siyahıdakı digər kitabları oxuyub, keçdiyimiz nəzəriyyə və yanaşmalar əsasında müzakirə etmək, tənqid etmək tapşırığını vermişdi. Hər kitab çox maraqlı olması ilə yanaşı, həm də çox öyrədici idi.

Qolemanın kitabı isə deyərdim ki, liderlik mövzusunda bu günə kimi oxuduğum ən yaxşı, ən fərqli kitablardan biridir.

Kitabı çox bəyənmişdim və elə görüşən kimi, ilk tanışlıqdan dərhal sonra bu kitab haqqında danışmağa və suallar verməyə başladım.

İndi isə bir neçə müddətdir düşündüyümü etməyə qərar verdim. Yəni bu çox faydalı olduğunu düşündüyüm yanaşmaları sizinlə qısaca paylaşmaq istədim…  —> ardı bu linkdə

Yazının davamını və İsmayıl Vəliyev-in digər bütün yazılarını buradan oxuya bilərsiniz. Onun bütün yazılarını ilk siz oxumaq istəyirsinizsə, abunə olmağı da unutmayın.


Tövsiyə olunan yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma