Qərb və Şərq (Türk-İslam dünyası) münasibətləri. Niyə qərblilər bu cür düşünür? Necə oldu ki, onlar bu cür inkişaf etdi? Qərb həyat tərzi, dövlət quruluşları, fikir  və düşüncə xəttlərinin yaranmasına ən çox kimlər təsir etdi? Niyə bəzi şeylər onlarda var, amma bizdə yoxdur (“Bəyin oğurlanması” filmindəki əjdaha kimi)? Dinin Qərb dünyasındakı yeri nədir?

Bu kimi yüzlərlə sualın cavabı Sizin də maraq dairənizdədirsə, bu yazı tam olaraq Sizin üçündür.

Alev Alatlı (d. 1944)

Sizi Alev Alatlının 4 cildlik “Qərbə İstiqamət Verən Mətnlər” (“Batı’ya Yön Veren Metinler“) əsəri ilə tanış etmək istəyirəm. “Alev Alatlı kimdir?” sualına 5 dəqiqəlik qısa bir video ile cavab tapa biləcəyiniz üçün burada Sizi o məlumatlarla yormaq istəmirəm.

Alev Alatlının iki çox əhəmiyyətli layihəsi var ki, bizim mövzumuzla birbaşa əlaqəsi var. Bunlardan birincisi “Batı’ya Yön Veren Metinler” layihəsidir ki, daha əvvəl də vurğulandığı kimi 4 cilddən ibarətdir. Burada eramızdan əvvəl 1400-cü illərdən başlayaraq eramızın 1970-ci illərinə qədər gələn və hardasa 3500 illik bir zamanı əhatə edən təxminən 1000 mətn var. Alev Alatlı düşünür ki, XVI əsrdə Osmanlı ziyalılarının Kopernik, Bruno, Qaliley kimi bir çox düşüncə insanının radikal fikirlərindən xəbəri yox idi. Hansı ki, bu fikirlərin bir çoxu Avropa Aydınlanması (Enlightenment) üçün bir cığır açdı, bünövrə təşkil etdi. Daha sonrakı dövrlərdə də bir çox avropalı elm və fikir insanı türkcəyə tərcümə edilsə də, bir çox əhəmiyyətli fikir və düşüncə insanı da göz ardı edildi. Bu da Avropa və ümumilikdə Qərb düşüncə tərzinin tam olaraq anlaşılmamasına gətirib çıxartdı. Nəticələri isə göz qabağındadır, çox yazmağa və ya danışmağa ehtiyac belə yoxdur. (Bu 4 cildi istəyən hər kəsə pdf formatında göndərə bilərəm. Bunun üçün elektron poçt ünvanınızı yazının sonunda rəy yerinə yazmağınız kifayətdir. Müəllif öz saytında bu kitabı açıq şəkildə paylaşdığı üçün burada etik bir problem yoxdur.)

İkincisi isə “Bizə Yön Veren Metinler” əsəridir ki, bu da 6 cilddən ibarət olması planlaşdırılıb və hal-hazırda 2 cildi nəşr edilib. Bu əsərlər bizi Türk-İslam dünyasının düşüncə tərzini şəkilləndirən təməl mətnlər və insanlarla tanış edir. “Bize Yön Veren Metinler” haqqında əsəri oxuduqdan sonra daha detallı məlumat verməyi düşünürəm.

İndi gəlin görək “Batı’ya Yön Veren Metinler“in ilk cildində hansı mövzular var və biz bu əsərdən nələr öyrənə bilərik?

İlk olaraq bunu deyim ki, kitab eramızdan əvvəl 1400-cü illərdən bizim eranın 1350-ci illərinə qədər olan dövrü əhatə edir. Bu dövrdə meydana çıxmış, Qərb fikir və düşüncəsinə ciddi mənada təsir edən bir çox maraqlı mətnlə burada tanış ola bilərsiniz. Kitabda bu mətnlər haqqında ümumi məlumatla yanaşı mətnlərdən bəlli, əhəmiyyətli parçalar da verilmişdir.

Bu cilddə Qərb mədəniyyəti, həyat və düşüncə tərzininin formalaşmasında çox əhəmiyyətli bir yerə sahib olan Yəhudi-Xristiyan dinləri təməlli, eyni zamanda Yaxın ŞərqYunan-Roma mənbəli bir çox mətnə yer verilmişdir. Kitabın əvvəlində Yəhudilik və Xristiyanlıqda var olan dünya təsəvvürü ilə tanış oluruq. Daha sonra Yaxın Şərq mənbələrinə keçilir. Burada Şumer, Babil dövründən, Hammurapi Qanunlarından o dövrün sənət və memarlığına qədər xülasə məumat ala bilərik. Bundan sonra isə Qərbin daha Klassik mənbələri və mətnləri oxuyucuya təqdim edilir. Burada da Sokratdan Platona, Aristoteldən Senekaya, Roma dövrünü də əhatə edəcək şəkildə bir çox filosofun təməl fikirləri ilə tanış oluruq. Bu ardıcıllığı Yəhudi-Xristiyan düşüncə tərzi ilə Yunan-Roma düşüncə tərzinin bir-biri ilə mübarizəsiylə əlaqəli mətnlər davam etdirir. Dəyərli məlumatlar alacağınız növbəti bölmələr isə Orta Əsrlər (və ya Qaranlıq Dövr) ilə bağlıdır və 1350-ci illərə qədər olan dövrü əhatə edir.

Kitab haqqında çox qısa olaraq bu qədər. Ümid edirəm ki, faydalı oldu.


Tövsiyə olunan yazılar:

 

8 thoughts on “Qərb düşüncə tərzini formalaşdıran əsərlər (1)

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma