Pikasso deyir ki, incəsənətlə maraqlananların (!) hamısı burada yeni, limitsiz, bənzərsiz, biabırçı şeylər axtarar. Mən də kubizmlə birlikdə ağlımdakı bütün təhrikedici şeyləri incəsənətə daşıyaraq bu insnaları ələ saldım, onlarla əyləndim. Onlar da nə qədər az anlasalar, o qədər çox heyran qaldılar, o qədər yüksək dəyər verdilər… [1] Qәrbdә belә fikirlәr tәk-tük deyil. Amma dәyәrlәrdәn qurban vermirlәr. Hansı dәyәrlәr? Kimә vә ya nәyә xidmәt edәn dәyәrlәr? Maraqlıdır. Mәncә Faust vә onun varislәrinә, mәnәvi nәvәlәrinә. Yәni, bugünkü dünyanın maddi olaraq güclülәrinә, qәrblilәrә, Jan Boudriyyarın sözlәri ilә şeytani sistemi quranlara. Pikassonun ələ saldığı insanlar bizik. İncəsənət qalereyasında qəsdən yerə atılmış bir eynəyə sənət əsəri kimi saatlarla mənalı-mənalı baxanlar [2]. Dolayısı ilə Pikassonu, Faustu, bu şeytani sistemi, ən nəhayətində Qərbi gücləndirən, onlara təslim olan, xidmət edən də bizik.

Kənarında oynadığımız, coşduğu zaman dalğalarının sahilə çırpılmasından üzərimizə bir-iki damla su düşən fikir, düşüncə dəryası Dr. Cəlal Fədai bu günlərdə bizi bir kitabla tanış etdi. Kitabın adı belədir: “Bir Katedral İnşa Etmek”. Ad təbii ki, simvolikdir. Kitabda müzakirələrin tərəfləri Avropada tanınan dörd rəssam, heykəltəraşdır (Anselm Kifer, Enzo Kukki, İosif Boys, Yannis Kunellis). Onların dinə münasibəti də müsbət deyil. Dindar olmayan (sekulyar), amma dini bir anlayış (kilsə) vasitəsi ilə ortaqlıq qurulması fikri məncə çox maraqlı və düşündürücüdür. Avropa və Qərblə bağlı ortaqlıq… [3] Bu ortaqlıq vә ortaq dәyәrlәr vasitәsi ilә birlәşmә ideyası, röyası mәşhur Stefan Sveyqi dә ciddi şәkildә düşündürmüş vә mәşğul etmişdir. Onu ideyaları baxımından bugünkü Avropa Birliyinin dә әsas ideoloqlarından saymaq olar. Sveyq “Sabahın Tarixi” kitabında bu “Birlәşmiş Avropa” röyasından bәhs edir. Hәtta, bu yolda o qәdәr hәssas vә qәtiyyәtli idi ki, İkinci Dünya Müharibәsi gedişatında Hitler Almaniyasının qәlәbәlәri fonunda röyasının gerçәk olmayacağı qәrarına vardığı üçün 1942-ci ildә intihar edir.

Dr. Cəlal Fədai deyir ki, İzmir və İstanbulda Türkiyə vətəndaşı üç sekulyar düşüncəli elm və sənət insanı ilə bir panel hazırladıq. Dedim ki, gəlin biz də bir “külliyyə” inşasını müzakirə edək. Ortaq dəyərlər ətrafında necə birləşə bilərik? O burada maraqlı bir reaksiya ilə qarşılaşıb, digər üç nəfər tikiləcək “bina”nın “külliyyə” olmasına razı olmayıb və çox maraqlı bir fikir ortaya atıblar. İnşa ediləcək bu “bina” nə olursa olsun, onun “daşlar”ı (yəni, dəyərlər) Avropadan, Qərbdən gətirilməlidir. Axı Avropalılar “Bir Katedral İnşa Etmek” üçün istifadə olunan bütün “daşlar”ı öz torpaqlarından toplayıblar. Haradan gəlir bu özünü, cəmiyyətini, mədəniyyətini bəyənməmə hissi, bu yadlaşma, bu kompleks, bu utanc? “Çünki mənliyimizi müqəddəs bir külliyyə olaraq qavramaq”dan [4] çox uzaqlaşdığımızı düşünürəm.

Çingiz Aytmatovun “Gün var əsrə bərabər” əsəri ilə populyarlıq qazanan “manqurt” sözünün nə olduğu haqqında uzun-uzun yazmağa ehtiyac yoxdur, hamımız bunu bilirik. Sadəcə bunu xatırladım ki, manqurt keçmişi, dəyərləri, tarixi, əsl kimliyi, kökü ilə əlaqələri kəsilmiş, ən yaxınlarına, doğmalarına, dəyərlərinə, vətən və millətinə istəmədən, fərqində olmadan zərər verə biləcək insandır. Manqurt sadəcə insan olmaz, manqurt siyasət, ədəbiyyat, musiqi, düşüncə də ola bilər. Misal üçün, manqurt xarici siyasətə nümunə olaraq Ahmet Davutoğlunun “Stratejik Derinlik” kitabında Türkiyənin 20-ci əsrin əvvəllərindən başlayaraq tətbiq etməyə başladığı və bir ölkənin gücünü müəyyən edən təməl dəyişkənlərdən sabit olanlara (tarix, coğrafiya, mədəniyyət və əhali) zidd, onlardan qopuq olan strategiyasını göstərmək olar (Bu qopuqluq və Şərqə arxa çevirmənin səbəblərini isə sadəcə Arnold Toynbee-nin “Türkiyə ve Avrupa” kitabının ilk cümləsindən də anlamaq mümkündür: “29 Ekim 1923’te Ankara’da Büyük Millet Meclisi’nin bir kararıyla “doğan” Türkiye Cumhuriyeti, bugünün dünyasında Batı uygarlığının üstünlüğü için dikilmiş anıttır.” [5]).

Yaxşı, manqurtun nə olduğunu bildik. Təhsilli insan necə manqurt ola bilər? Axı oxumuş, bilikli, ziyalı dediyimiz insana təsir etmək, onu istənilən şeyə inandırmaq daha çətin olur. Doğrudur. Lakin bir əmma var. Bizi manqurt edən elə aldığımız təhsildir, öyrəndiklərimizdir. Biz lap elə başdan zəhərlənərək bu manqurtluq dərəcəsinə qədər “yüksəlirik”. Necə? Əli Şəriəti “İslam Sosyolojisi Üzerine” kitabında bir əks nümunə ilə çox gözəl izah etdiyi kimi təhsil, çevrə, ailə, cəmiyyət bizim formalaşmağımızda əsas rolu oynayan amillərdir. Amma düşünün ki, bu təhsil sistemi özlüyündə manqurtuluğu öyrədir, bu çevrə, ailə, cəmiyyət bu təhsildən ciddi mənada təsirlənib. Onda necə? Bizim manqurt olmama ehtimalımız nə qədərdir?

Bəs aldığımız təhsilin bizi manqurt kimi yetişdirdiyinə necə inanaq? Bunu da Şaban Teoman Duralı “Çağdaş Küresel Medeniyet” kitabında belə açıqlayır: Dünyada 250 ildir hökm sürən bir İngiliz-Yəhudi mədəniyyəti və onun təməlini təşkil edən fəlsəfə var ki, bu da maddi münasibətlərə dayanan insani-dünyəvi bir sistemdir (Bu fəlsəfənin əsas nümayəndələri Tomas Hobbs, Devid Yum, Adam Smit və Karl Marksdır). Maddi münasibətlər istehsal-istehlak prinsipinə əsaslanır, bunu da bir iqdisadiyyat həyata keçirir. Ancaq bu bizim bildiyimiz normal iqdisadiyyat (yəni, ehtiyac olan qədər istehsal edən) deyil, bu inqilabi, dəyişdirilmiş, DNA-sı ilə oynanmış, metamorfoz bir iqdisadiyyatdır. Bu iqdisadi sistemdə ilk olaraq məhsul və ya xidmət deyil, ehtiyac, tələbat “istehsal” edilir (Bir lüks avtomobilin reklam mesajına diqqət edək: “Lüks ehtiyacdır.” Lüks hara, ehtiyac hara? Ən azından Maslounun o böyüklükdə Ehtiyaclar Piramidası var. Nə isə, lakin sistem budur). Yəni, daha açıq desək, istehlak təşviq və təhrik olunur (şiddətli bir şəkildə, “qamçılanaraq”). Bununla da dayanmadan yeni məhsullar, yeni növ xidmətlər ortaya çıxır. Əsas məqsəd qazancın, gəlirin dayanmadan artmasıdır. Bu istesal-istehlak, gəlir, qazanc sisteminin sabit olması, qorunması üçün onun möhkəm bir yerə bağlanması, bərkidilməsi lazımdır. Bu yer də valyutadır (puldur) ki, bu da qondarma/süni olan digər bir şeydir. İstehsal üçün lazım olan pul miqdarı isə sərmayədir. Sərmayəni əlində toplayan (İngilis-Yəhudi sistemi) istehlakçıları (bizi) də özünə məhkum edir. Çünki hər şeyi istehsal edən və bizi o şeyləri istehsal etmədən əvvəl o şeylərə möhtac edən odur (yeni iPhone modelinin çıxışı prosesini düşünək, bunun üçün orqanlarını satanlar, günlərlə növbə gözləyənlər olur). Bununla da bizi tək əldən idarə edə bilir. Yəni, uzun sözün qısası, bu sistemə də biz Kapitalizm (Sərmayəçilik) deyirik. Kapitalizmin də həm hazırladığı, həm də doya-doya faydalandığı sistem isə Stiqlitsin bizə “sevə-sevə” izah etdiyi (eyni zamanda, görünən odur ki, tam olaraq izah edə bilmədiyi) qloballaşmadır [6]. Qloballaşma o demək deyil ki, hamı kimə istəsə, nə istəsə, rahatalıqla sata bilər. Xeyr. Qloballaşma sadəcə onların (İngilis-Yəhudi sistemi) bizə (digərlərinə, istehlakçılara) istədiklərini rahat bir şəkildə sata bilməsi üçündür (Əksini düşünənlər isə ABŞ və Böyük Britaniya tərəfindən yenicə qəbul edilmiş və bir məqsədi də THY-ni “vurmaq” ola qeyri-ciddi “təhlükəsizlik” qərarını xatırlaya bilər. Onlar sadəcə özlərinin sata və qazana biləcəyi bir qloballaşma tərəfdarıdırlar. Bunu demokratiya, liberalizm, din, söz azadlığı, insan haqları kimi bir çox sahəyə də aid etmək olar.).

İndi istehlakı vəhşicə, şiddətli bir şəkildə təşviq və təhrik etmək, istehsalı və dolayısı ilə gəlirləri, sərmayəni dayanmadan artırmaq, daha böyük güc əldə etmək üçün daha çox insana, daha böyük kütləyə, yüz milyonlara, milyardlara çatmaq lazımdır. Aha. Bunun üçün də bu “möhtəşəm” sistemin istifadə etdiyi çox sadə bir alət var. Bu hamımızın bildiyi və içindən keçdiyi bir prosesdir. Bəli, təhsil. Hətta, böyük hərflərlə – TƏHSİL. Uzun izah bunun üçün lazım idi. Məhz təhsil yolu ilə, öyrədərək, bizi bu sistemin məhsul və xidmətlərini alacaq “səviyyə”yə gətirirlər, bizi bunlara alışdırırlar. Yəni, bizim o məhsul və xidmətlərin nə qədər “lazımlı” olduğunu, onlara “möhtac” olduğumuzu anlamağımız təmin edilmiş olur… Təhsil… Təhsil önəmlidir…

Bir nəfər bu sözləri deyəndə, çevrəsindəkilər də ona Don Kixot kimi baxır. Ona gülür, onu ələ salmağa, təhqir etməyə çalışır. Deyirlər ki, əşşi bu dindar, mühafizəkar, molla, nə bilim filankəslər də Qərbin istehsal etdyi hər şeyi istifadə edirlər, amma Qərbi bəyənmirlər. Əlindəki telefon, yazı yazdığı komputer, mindiyi nəqliyyat, təyyarə də onlarındı. O zaman istifadə etmə!!!

Haqlıdılar. 😉

O zaman Don Kixot da onlara (razılaşmayan, etiraz edən, məntiqli, əsaslı və nəzakətli şəkildə tənqid edənlərə deyil; ələ salmağa, təhqir etməyə, alçaltmağa çalışanlara) acizanə cavab verməyə çalışır. Onlar ki, məsələləri Qəzali kimi yox İbn Rüşd kimi sadəcə ağılla həll etməyə çalışır,  Don Kixota “Sözcü” qəzeti kimi “beynini götürməyi unutma!” deyir, o zaman ağılı əsas alaraq davam…

Deyir ki…

Birincisi, mən dənizdə boğulduğum halda timsahın belinə çıxdığımın, bu cür üzərək qurtulmağa çalışdığımın fərqindəyəm. Ən azından fərqindəyəm. Fərqində olmaq aramızdakı əsəs fərqdir.

İkincisi, düşünün ki, əsirlikdəsiniz, qaçmaq üçün imkan yarandı, düşməninizin bıçağını alıb, əlinizdən, ayağınızdan ipləri kəsib, düşməninizin binasının qapısını, pilləkənini istifadə edib, həyətə çıxıb düşməninizin avtomobilinə minib qaçmazsınız? Burada məntiqsiz olan nədir?!

Üçüncüsü, bəs Qərb öz Renesansını (yenidən oyanış) İslam, Osmanlı, Türk, Ərəb, Şərq mədəniyyətinin təsiri altında formalaşan Aralıq dənizi (İtaliya) mədəniyyətindən aldığı üçün onları kim qınayır? Kim onlara deyir ki, bəyənmədiyiniz, vəhşi, barbar olaraq gördüyünüz Şərqdən niyə faydalandınız? Yoxsa sadəcə bizə çatanda ədalətli, məntiqli, demokrat və liberal olmaq ağıla gəlir?

Dördüncüsü, hamımızın at eynəyi (at gözlüyü) var. Çünki, məsələlərə hamımız fərqli paradiqmalardan (eynəklərdən) baxırıq. Hamımız fərqli mənbələrdən qidalanaraq bu günlərə gəldik. Qan tərkibimizin tamamilə eyni olmasını gözləmək saflıqdan başqa bir şey olmaz. Fərqli düşünməyimiz, fərqli “baqaj”larla hərəkət etməyimizlə bağlıdır. “Baqaj”sız insan da yoxdur, hamımız arxamızdakı torbanı doldura-doldura gəldik. Bunların eyni olması da mümkün deyil (Hətta, elm insanları belə yayımladıqları elmi araşdırmaların girişində yazırlar ki, burada oxudum, belə bir ailədə böyüdüm, mühafizəkar, sol, sağ və ya filan cəbhədən gəlirəm və sair).

Onların fikirləri (çox zaman da heç bir mənbə və dəlil göstərə bilmədikləri, Fuat Avnivari bir-iki sosial media fenomeninin, onların yerli filiallarının mesajlarından, günlük ucuz mövzulardan ibarət qəzet, sayt yazılarından “bəhrələnərək”, kənardan daxil edilmiş yaddaş kartından əzbərə danışdıqları) ilə razılaşmadığım, məntiqli bir şəkildə, mənbə göstərərək etiraz etdiyim zaman məni təhqir etməyə, alçaltmağa çalışanlar sadəcə bunu deyir: “At eynəyini çıxart, mənim at eynəyimi tax!” Mən ən azından bunun da fərqindəyəm. Yoxsa liberal, demokrat, azad “fırlanıb” bizə çatanda fərqində olmadan ziddiyyətə düşürlər (İsayya Berlinin fərqində olaraq düşdüyü liberalizm müdafiəsi və sionistlik ideologiyası bayraqdarlığı paradoksu kimi)

Sonuncusu, “Oxu!” (“İkra!”) əmri bizədir (formal təhsil və oxumaq fərqlidir). Bu əmri özünə deyilmiş hesab edənlərə. Qərbdən bu gün öyrənməyək demirəm. Təbii ki, öyrənirik və öyrənməliyik də. Amma fərqində olaraq öyrənək, manqurtlaşmadan (ya da Marksın sözləri ilə yadlaşmadan). Bu cümlə də ən birinci, başda mənə xitab edir.

Məni xəyal qırıqlığına uğrmatmasınlar. Eyni tonda bir musiqi dinləməyəcəyiksə, heç dinləməyək, daha yaxşı. Roje Qarodinin idealı və qəhrəmanı olan Don Kixot (Servantes) kimi qılınc, qalxanla boş yerə yorulmuş olmayım.


Tövsiyə olunan yazılar:


Qeydlər:

[1] – Celal Fedai “Picasso’nun İtirafı ve Günün Şiiri”

[2] – NTV, “Müzede yere konulan gözlüğü sanat sandılar.”

[3] – Celal Fedai “Gırtlaklarımızdaki hava sayaçlarına Karşı İnşa Ettiğimiz Külliyeye Sığınmak”

[4] – Celal Fedai “Gırtlaklarımızdaki hava sayaçlarına Karşı İnşa Ettiğimiz Külliyeye Sığınmak”

[5] – Celal Fedai “Avrupa Birliği’nin idealindeki Türkiye”

[6] – Joseph E. Stiglitz, Globalization and Its Discontents.

İstifadə edilmiş şəkillər fərqli mənbələrdən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma