Hamımızın bidiyi məşhur bir hekayə var. Günlərin bir günü, sultan əmr edir ki, bu gecə bütün şəhər sakinləri saray həyətindəki böyük hovuza hərəyə bir vedrə süd töksün, səhər şəxsən gəlib yoxlayacaq. Gecənin qaranlığında hamı düşünür ki, əşşi, bir mənimlə problem olmaz, onsuz da qaranlıqdır, mən bir vedrə su töküm, digərlərinin tökdüyü o qədər südün içində qarışıb gedər, heç bilinməz, mən də bir vedrə süd tökmüş kimi görünərəm. Dərd ondandır ki, hamı belə düşündüyü üçün səhər hər tərəf işıqlanandan sonra aydın olur ki, hovuz tamamilə su ilə dolub, hovuzda bir qram da olsun süd yoxdur.

Bu və buna bənzər təcrübələri yəqin ki, hamımız iş mühiti, məktəb, universitet, tələbə yataqxanasında, hətta futbol oynayarkən və ya ailədə uşaqlara birlikdə bir iş tapşırılarkən də yaşamışıq.

Hansı ki, bir çox atalar sözü var, bu sözlərin hamısı birlikdə, komanda halında bütün işlərin öhdəsindən gəlməyin mümkün olduğunu deyir. Misal üçün, “El gücü, sel gücü”, “El bir olsa, dağ oynadar yerindən”, “Tək əldən səs çıxmaz” və sair. Əminəm ki, sizin ağlınıza daha çox ata sözü gəlir.

Bəzən biz elə düşünürük ki, bir işi bir nəfər 5 günə edirsə, bu işi 10 nəfərə tapşırsaq, yarım gündə həll olar. Belə də edirik. Amma baxırıq ki, yox, nəticə bizim düşündüyümüz kimi olmadı. İş uzandı, yarım gün deyil, 2 gün çəkdi. Yaxşı, bunun səbəbi nədir? Bunu necə izah etmək olar?

Bunu ən yaxşı izah edən Rinqelman effektidir. Yanaşma 1913-cü ildə bir aqronom olan Maksimilian Rinqelman tərəfindən elmə gəitirilib.

Rinqelman effektinə görə insanlar birlikdə tək halda gördükləri qədər iş görmür. Hətta, qrup içində say artdıqca, effektivlik bunun əksi olaraq düşür. İşçilər qrup içində daha zəif işləyir, hətta işləməmək üçün gözdən itməyə çalışır. Burada işçilərin işi bir-birinin üstünə atması, digərindən “hərəkət” gözləməsi təməl məsələ olaraq görülə bilər.  Bu videoda Rinqelman effekti daha gözəl izah edilir.

Deməli, işçilər toplu halda iş gördüyü zaman effektivlik artsın deyirik, amma bunun əksi də ola bilər. Bunun qarşısını almaq üçün nələr etmək olar?

– İlk əvvəl qrup içində yaxşı çalışan insanlar digərlərindən fərqləndirilməli, təqdir edilməldir. Bunun üçün də ədalətli və normal bir performans sisteminin olması mütləqdir. İşçi mütləq onun fəaliyyətinə diqqət edildiyinin və sonda ədalətli şəkildə bunun qarşılığını (mükafat və ya cəza) alacağını bilməlidir.

– Hədəflər çox konkret, ölçülə bilən, zamanla limitlənmiş, əldə oluna bilən olmalıdır. Yəni, artıq klassik deyimlə desək, SMART(L) hədəflər olmalıdır.

– İş bölgüsü dəqiq aparılmalıdır, hamı öz vəzifə öhdəliklərinə görə hərəkət etməldir. Bu cavabdehlik hissi olmasa, kimin nədən məsul olduğu bilinməz. Bu eyni zamanda iş yoldaşları aransında problem, psixoloji şiddət (mobbing) ehtimalı və anlaşılmazlıqları da aradan qaldırır.

– Qrupları mümkün qədər az işçidən təşkil etmək lazımdır. Yəni, bir rəhbərin birbaşa 20-30 nəfərlik bir qrupu effektiv və ədalətli bir şəkildə idarə etməsi çox çətindir. Bunun üçün də artıq klassikləşmiş 8 (və ya buna yaxın bir say) nəzərə alına bilər (span of control).

Sonda bunu da qeyd edim ki, Rinqelman effekti komanda işini rədd etmir, sadəcə bu məqamları da diqqətə almağın lazım olduğunu deyir. Bu məqamda bir az da maraqlı olması üçün insanların toplaşaraq (bir az da Rinqelmanı səhv çıxararaq 😉 ) bir traktoru necə çəkdiyinə baxaq.


Tövsiyə olunan yazılar:


İstifadə edilmiş şəkil və videolar başqa mənbələrdən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma