Çörək bişirən bir zavod düşünək. Buradakı təməl xammala nələr aiddir (Sadəcə çörəyin tərkibi üçün. Təbii ki, bütün zavod resurslarını da saymaq olar)? Un, su, duz, quru maya və s. Daha sonra bu xammallar bir iş prosesindən keçir (yoğurulur, gözlədilir, hissələrə bölünür, daşınır, sobalara yığılır, bişirilir vs.). Ən son mərhələdə isə hazır məhsul (çörək) əldə olunur.

İnsan Resursları (HR) da bir sistem olaraq bu şəkildə izah edilə bilər. Necə? Bir yanaşmaya görə qabiliyyət və bacarıqlar xammal (input), bütün işçilərin fəaliyyət və davranışları iş prosesi və ya istehsal, ən sonda əldə olunan məhsul (output) isə işçilərin məmnuniyyəti və performansı olur.

hr sistemi, insan resursları sistemi, insan resursları bloqu

İşçi məmnuniyyəti və performansı da təbii olaraq şirkətin performansına və ümumi maliyyə göstəricilərinə (gəlir, qazanc, hissə qiyməti vs.) təsir edir. Bu mövzu haqqında bu linkdən daha ətraflı oxuya bilərsiniz. Deməli bu məhsul (işçi məmnuniyyəti və performansı) hər bir şirkət üçün çox əhəmiyyətlidir. O zaman bu məhsulu yaxşılaşdırmaq, keyfiyyətini arıtrmaq, daima təkmilləşdirmək də əsas hədəflərdən biri olmalıdır.

Çörək istehsalına qayıdacaq olsaq, əgər çörək çox duzlu və ya xəmir olaraq çıxıbsa, bizim bunu son mərhələdə, hazır məhsulun üstündə düzəltmək imkanımız yoxdur. Deməli biz xammal və ya iş prosesində səhvə yol vermişik. Bu səhvi düzəltməyin yolu da adları çəkilən əvvəlki mərhələlərə qayıdaraq düzəlişlər etməkdir (duzu azaltmaq, xammalı yoxlamaq, sobada saxlanılma müddətini və ya temperaturu artırmaq vs.).

Eyni metod insan resursları sistemi üçün də doğrudur. Əgər bizim məhsul (işçi məmnuniyyəti və performansı) istədiyimiz səviyyədə deyilsə, bunu düzəltmək üçün əvvəlki mərhələlərə getmək və səhvlərimizi düzəltmək lazımdır.

Bəs biz nələrə diqqət edərək daha yaxşı bir məhsul (işçi məmnuniyyəti və performansı) əldə edə bilərik?

Sözsüz ki, bəlli insan resursları fəaliyyətlərini həyata keçirərək və ya var olan fəaliyyətləri yaxşılaşdıraraq. Bu fəaliyyətlərdən bəzilərinə iş analizi, insan resurslarının planlaşdırılması, işə qəbul, orientasiya, öyrənmə və inkişaf, xidməti fəaliyyətin idarə edilməsi, əmək haqqı və dərəcələndirmə sistemi kimi fəaliyyətləri misal çəkmək olar.


Tövsiyə olunan digər yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma