İnsan Resurslarının (HR) əsas məqsədlərindən biri təşkilatın bütün əməkdaşlarının həmrəy olması, onların eyni hədəflər üçün bir yerə toplana bilməsi və bu əməkdaşlığı uğurlu bir nəticəyə çevirməsidir. Bunun üçün də menecerlər və bütün işçilər arasında bir ortaqlıq olması hədəflənir. Əslində bütün menecer və işçilər üçün təşkilatın uğurlu olması, hədəflərinə çatması arzu olunandır (istisnalar xaric). Bir yanaşmaya görə bu səbəblə də menecerlər (rəhbərlər) və işçilər bir yerə toplanaraq çalışmağa razı olur. Bununla da ortaq hədəflərin, mükafat və cavabdehliyin yaranmasına, bu ortaqlığın da onları təşviq etməsinə ümid edilir.

Yuxarıda qeyd etdiyim fikirlər işığında insan münasibətləri baxımından iki təməl yanaşma meydana gəlir: unitarist və plüralist insan münasibətləri.

Unitarist yanaşmaya görə bütün işçilər və rəhbərlər eyni hədəflər istiqamətində bir komanda kimi təşkilatın uğurları üçün çalışır. Plüralist yanaşma isə deyir ki, bu reallığı əks etdirmir. Bu cür düşünmək isə saflıqdan başqa bir şey deyil. Heç bir zaman şirkət sahibləri, rəhbər və işçiləri eyni hədəfləri paylaşa bilməz. Dolayısı ilə heç bir zaman həmrəy və ortaq da ola bilməzlər (Əslində bunu siyasi yanaşma da təsdiq edir. Siyasi yanaşmaya görə şirkətlə əlaqəsi olan bütün aktyorlar – sahibkarlar, rəhbərlər, digər menecerlər, işçilər, tədarükçülər, müştərlilər, dövlət, QHT-lər və s. –  öz bazarlıq payını artırmağa, öz şəxsi hədəfləri üçün daha yaxşı mövqe qazanmağa çalışır). Unitarist yanaşma işçilərin əleyhinədir və onları istismar etmək, bu vədlərlə sakitləşdirərək sadəcə işlətmək məqsədi daşıyır.

Əslində plüralist yanaşmanın daha real olduğunu düşünə bilərik. Düşünün ki, biz plüralist baxışa əks olaraq deyirik ki, rəhbərlər və işçilər eyni hədəflər üçün çalışır. Hamımız bir komandayıq, hər tərəf lap elə gül-çiçəkdir. 😉 Amma bir təhlükə yaranan kimi ilk hədəf alınan da elə işçilər olur (yəni “ortaq”lar). Bu günlərdə Twitter-in aldığı qərarı xatırlayın. Gəlirlər istənilən səviyyədə artmadığı üçün ilk olaraq işçilərin 9%-ni işdən çıxarmaq qərarı alındı (təxminən 350 nəfər). Bəs bu öz ortaqlarına xəyanət deyil?

Yaxud, şirkət rəhbərliyi bir anda şirkəti və ya səhmlərin böyük bir hissəsini başqa birinə satır, həm də işçilərin fikrini soruşmadan. Şirkətlər birləşdikdən və ya satın alındıqdan sonra təşkilati mədəniyyət uyğunsuzluqları kimi bir çox səbəbdən kütləvi işdən çıxmalar və ixtisarlar başlayır. Bəs bu ortaqlara xəyanət deyil?

Məncə də plüralist yanaşma daha real görünür, unitarist yanaşma isə daha çox əsl məqsədlərə don geyindirmə mahiyyəti daşıyır.

Təbii ki, insanlar bir yerə toplaşaraq çalışmalıdır. Amma bu zaman öz mövqeyimizin, statusumuzun, bu “ortaq”lıqdakı payımızın da real şəkildə fərqinə varsaq, çox yaxşı olar. Bunu xəyalpərəst bir şəkildə dəyərləndirməyək. Əks halda, xəyal qırıqlığı qaçılmaz ola bilər.


Bənzər yazılar:


İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma