Dəyərli dostlar, əvvəlki yazılardan birində sizinlə John C. Maxwell-in məşhur “İnkar edilməz 21 Liderlik Qanunu” kitabının xülasəsinin birinci hissəsini bölüşmüşdüm. Bu yazıda isə 21 qanundan qalan 11 Liderlik qanununu sizinlə bölüşürəm. Qeyd edim ki, John C. Maxwell liderlik sahəsində dünyadakı ən tanınmış yazar və mütəxəssislərdən biri sayılır. Onun bu kitabı da çox məşhurdur. Kitab 21 Liderlik Qanunu ətrafında yazılıb və 256 səhifədən ibarətdir. Təbii ki, kitabı şəxsən oxumaq daha faydalı olar. Amma zamanı olmayanlar üçün bu xülasənin də çox faydalı olacağına inanıram. Faydalı olması diləyi ilə.

1.  Yaxın Çevrə Qanunu

Heç kim bütün uğurları tək qazanmır, bunun üçün hər bir liderə güclü bir çevrə lazımdır. Bir liderin gücü ona ən yaxın olan insanların gücü ilə ölçülür. Bu insanlar nə qədər güclü olarsa, lider də o qədər güclü olacaq. Doğru insanları seçmək, ən uğurlu insanları işə almaq bizi gücləndirir, potensialımızı da artırır. Bu fikirlər bu günlərdə rast gəldiyim bir sitatı da xatırlatdı mənə. “Ogilvy & Mather” şirkətinin qurucusu və “Reklamın atası” sayılan məşhur biznesmen Devid Makkenzi Oqilvi deyir:
“Əgər hamımız özümüzdən kiçik, daha zəif insanları işə götürsək, şirkətimiz qısa zamanda cücələrin işlədiyi bir şirkətə çevriləcək. Əksinə, əgər özümüzdən daha güclü, daha böyük insanları işə alsaq, o zaman nəhənglərin şirkəti olarıq.”

2. Səlahiyyət Vermə Qanunu

Yalnız özünə inanan, özünə əmin olan liderlər başqalarına səlahiyyət verər. İnsanların uğurlu olma potensialı, bütün qabiliyyət və istedadları məhz onlara səlahiyyətin verilməsi ilə ortaya çıxmış olur. Lider ətrafına keyfiyyətli insanlar cəlb etməlidir ki, onlara etibar etdiyi zaman çətin vəziyyətdə qalmasın. Ətrafımızdakı insanları nə qədər çərçivəyə salsaq, onları sıxsaq, o dərəcədə istedadlarından da məhrum qalacağıq. Bu da ümumi vəziyyətin mənfiyə doğru getməsinə səbəb olacaq.

3. Yenidən Yaratmaq Qanunu

İnsan bir şeyə sahib deyilsə, onu başqaları ilə bölüşə də bilməz. Lider yetişdirməyi sadəcə bir lider bacarar. Güclü və mübariz bir lider başqa güclü liderlər hazırlayar. İnsalar daha çox deyilənlərə deyil, yaşananlara inanır və onları təqlid etməyə, həyatlarına tətbiq etməyə çalışırlar. Yalnız əsl lider bu şəkildə onu izləyənlərə təsir edə bilir.

4. Ortaqlıq Qanunu

İnsanlar liderlərlə ortaq olur, daha sonra liderin hədəflərini, xəyallarını bölüşür. Lider əvvəl xəyal edir, sonra insaları tapır. İnsanlar isə əksinə, əvvəl lideri tapır, daha sonra xəyal qurmağa başlayır. Yəni, liderin nə qədər böyük xəyalları, hədəfləri, bunlar üçün əsaslı səbəbləri olsa da, insanlar bu faktorları deyil, liderin özünü izləyirlər. Lider insanlarla bu ortaqlığı qurduqdan sonra öz hədəf və xəyalları üçün də ortaqlar tapmış olur.

5. Qələbə Qanunu

Liderlər öz komandalarına və izləyicilərinə qələbə qazandırmağın bir yolunu tapar. Liderlər üçün qələbənin alternativi yoxdur, onlar üçün B planı mövcud deyil. Lider qələbə qazanılması üçün nə lazımdırsa onu edər və bunu bütün davranışları ilə də göstərər. Qələbə qanununu tətbiq edən liderlərin lüğətində sadəcə “qələbə” sözü var. Yol nə qədər uzun və yorucu olursa olsun “qələbə”, nə bahasına olursa olsun “qələbə”.

6. Böyük An Qanunu

Qərar anı bir liderin ən yaxın dostudur. Lider o böyük anın gəldiyini, zamanın yetişdiyini hiss edir, sezir. O böyük an liderin normaldakından daha yaxşı görünməsinə səbəb olur. Doğru zaman böyük dəyişikliklərin, nəhəng uğurların da başlanğıcı olur.

Əslində bu qanun bəzi “liderləri zaman yaratdı” düşüncələrinin də kökündə yatan qanundur.

7. Prioritetlər Qanunu

Liderlər uğurlu olmaq üçün edilməsi zəruri olan işlərlə olmayanları ayıra bilir. Lider prioritetlərə köklənir və digər ikinci dərəcəli işlərlə zaman itirmir. Lider meşədəki yüksək ağaca çıxaraq vəziyyəti düzgün qiymətləndirən və “yanlış meşə” deyərək bağıran insandır. Lider bu cür düşünür: “Gözümə bir çox şey dəyir, amma ürəyimə sadəcə bir-iki şey toxunur. Mən ürəyimə toxunanlara zaman ayırıram.”

8. Qurban Vermə Qanunu

Liderlik qurban vermək mənasını verir. Bir insan qurban vermədən lider ola bilməz. Lider olmağa qərar verən insan özünü düşünmək haqqını əsasən ititrər. Liderlik dərəcəsi artdıqca verilən qurbanların, itirilən şeylərin də dərəcəsi və qiyməti artar. Daha yüksək səviyyədə liderlik daha çox məsuliyyət, daha az haqq və hüquq deməkdir. Lider itirdiyi hər şey üçün yeni bir şey qazanar, qazanacağı hər şey üçün də yeni bir şey qurban verər.

9. Doğru Zamanı Seçmə Qanunu

Nə etdiyiniz və hansı istiqamətə getdiyiniz qədər bütün bunları nə zaman etdyiniz də önəmlidir. Doğru liderlə doğru zaman üst-üstə düşərsə, inanılmaz dediyimiz şeylər reallaşır.

Yanlış Fəaliyyətlər + Yanlış Zaman = Fəlakət

Doğru Fəaliyyətlər + Yanlış Zaman = Müqavimət

Yanlış Fəaliyyətlər + Doğru Zaman = Səhv

Doğru Fəaliyyətlər + Doğru Zaman = Uğur

10. Fantastik İnkişaf Qanunu

İnkişaf etmək üçün izləyiciləri idarə etmək kifayətdir. Amma fantastik nəticələr əldə etmək və böyük nəticələrə imza atmaq üçün bu bəs etmir. Bunun üçün sizin lider olaraq liderləri idarə etməyiniz lazımdır. Lider riyaziyyatı ilə izləyici riyaziyyatı arasında ciddi bir fərq var. Misal üçün, bir nəfər 5 insanı idarə edir. Bir lider isə 5 lideri, o liderlər də hər biri onlarla insanı idarə edir. Nəticə etibarı ilə ilk lider daha çox insanı idarə edir.

11. Miras Qanunu

Bir lider öz xəyallarının və hədəflərinin həyata keçirilməsi, daha da irəliyə gedə bilməsi üçün özündən sonrakı zaman üçün də liderlər yetişdirən insandır. Bir lider nə zaman Miras Qanununa əməl etmiş sayılır? O zaman ki, o, olmadan da və ya o bu həyatda olmadığı halda belə onun ideyaları, fikirləri həyata keçirilməyə davam edir. Onun davamçıları hər zaman vardır.


Tövsiyə olunan yazılar:


İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma