Bu dəfə sizinlə John C. Maxwell-in məşhur “İnkar edilməz 21 Liderlik Qanunu” kitabının xülasəsini bölüşmək istəyirəm. Müəllif liderlik sahəsində dünyadakı ən tanınmış yazar və mütəxəssislərdən biri sayılır. Onun bu kitabı da çox məşhurdur. Kitab 21 Liderlik Qanunu ətrafında yazılıb və 256 səhifədən ibarətdir. Təbii ki, kitabı şəxsən oxumaq daha faydalı olar. Amma zamanı olmayanlar üçün bu xülasənin də çox faydalı olacağına inanıram.

Yazı çox uzun olmasın deyə bu 21 Liderlik Qanununu 10+11 Qanun şəklində iki bloq yazısı halında sizinlə bölüşməyə qərar verdim. Buyurun 1-ci hissə və ilk 10 Liderlik Qanunu ilə tanış olun (İkinci hissəni buradan oxuya bilərsiniz). Faydalı olması diləyi ilə.

1. Geniş Üfüq Qanunu

Liderlik bacarığı nə qədər yüksək səviyyədə olarsa, bu fərdi effektivliyə, uğur göstəricisinə də o dərəcədə müsbət təsir edəcək. Buna görə də liderlik bacarığını inkişaf etdirmək şərtdir.

İnsan Resursları bloqu
2-ci dərəcə (şərti olaraq) bir liderin effektivliyi və uğur göstəricisi
90
9-cu dərəcə (şərti olaraq) bir liderin effektivliyi və uğur göstəricisi

Hər iki halda da biz fərdi səviyyəni (hər hansı bir sahədə lazım olan bacarıqların cəmini) şərti olaraq maksimum götürdük (10). Burada liderlik bacarığının səviyyəsi artdıqca effektivliyin necə artdığını görürük.

2.Təsir Etmə Qanunu

Liderliyin ölçüsü təsir etmə qabiliyyəti ilə ölçülür. Nə qədər güclü bir lider olduğunuzu anlaya bilməyiniz üçün çevrənizə nə qədər təsir edə bildiyinizə baxmalısınız. Bu sadəcə mövqe, formal status, rəhbər olma, bilikli olma ilə bağlı deyil. Bu təsir etmə ilə bağlıdır və fərdi şəkildə qazanılır. Lideri lider edən bəzi faktorlar bunlardır:

  • Xarakter – Lider kimdir?
  • Əlaqələr – Lider kimləri tanıyır?
  • Bilik – Lider nələri bilir?
  • İntuisiya – Lider nələri hiss edir, sezir?
  • Təcrübə – Lider haralarda olub, nələr edib?
  • Bacarıq, qabiliyyət – Lider nələr edə bilir?

3. Müddət Qanunu

Lider bir gündə yaranmır, bunun üçün zamana, bəlli bir müddətə ehtiyac var. Amma bu müddət ərzində də boş oturulmur, əsl lider hər zaman yaxşı bir şagirddir. Əsl lider hər gün yeni şeylər öyrənir, dayanmadan inkişaf edir. Müddət Qanununu bir cümlədə qısa olaraq Benjamin Dizraelinin bu sözləri ilə xülasə etmək olar: Həyatda uğurlu olmağın sirri insanın doğru zaman gəldiyi an hazır olmasıdır. Lider özünü doğru zamana hazırlayan insandır.

4. Dənizçilik Qanunu

Gəminin sükanını bütün kapitanlar idarə edə bilir, amma bir yol xəritəsi cızmaq bir liderin işidir. Bir lider başqalarının görmədiyini görən, hamıdan daha uzağı görən və hamıdan daha əvvəl görən şəxsdir. Dənizçilik Qanununun əsasında yaxşı hazırlıq dayanır. Lider yaxşı hazırlaşdığı zaman insanlara, çevrəsinə inam, etibar, əminlik mesajı verəcək. Bu lider ətrafındakı insanları istədiyi yerə çəkib apara bilər.

5.E. F. Hutton Qanunu

Əsl lider danışarkən hər kəs onu dinləyər. Güc sahibi olmaq bir qadın olmaq kimidir. Əgər siz bunu insanlara demək məcburiyyətində qalırsınızsa, deməli bu xüsusiyyətə sahib deyilsiniz. Düşünün ki, bir insan digərlərinə “mən güclüyəm, buna görə də mənə hörmət etməli, məni dinləməlisiniz” deyir.

6.Möhkəm Zəmin Qanunu

Etibar və inam liderliyin təməlidir. İnsanlar inandıqları və etibar etdikləri liderləri izləyir. Lider nə qədər çətin olsa da insanları aldatmamalı, çox qabağa getmək üçün doğru olmayan qısa yollara girməməli, insanlarla münasibətlərini daima möhkəm bir zəmin üzərində qurmalıdır. İnsanlar təsadüfi səhvlərinizi bağışlayar, amma davamlı səhv etdiyiniz, onları xəyal qırıqlığına uğratdığınız zaman kimsə sizi izləməz. Xarakter etibarı, etibar da liderliyi gətirir.

7.Hörmət Qanunu

İnsanlar təbii olaraq özlərindən daha güclü liderləri izləyirlər. İnsanlar bir liderə hörmət edərsə, onu izləməyə başlayar. Lider hörmət, izzət və ehtiramla ən böyük sınağını bir cəmiyyət və ya bir təşkilat içərisində köklü dəyişiklik edərək vermiş olur. Bu çox risklidir, amma qalib gəldiyiniz zaman qazancları ağılasığmaz dərəcədə böyükdür. Liderlər digərlərinin hörmətini bu 6 yolla qazanır:

  • Təbii liderlik qabiliyyəti ilə
  • Digərlərinə hörmət edərək
  • Cəsarətli olmaqla
  • Uğurlu olmaqla
  • Sadiqlik, sədaqət göstərərək
  • Digərlərinə dəyər qataraq

8.İntuisiya/Sezgi Qanunu

Liderlər hər şeyi bir liderlik intuisiyası ilə sezə və qiymətləndirə bilir. Liderlər qarşılaşdıqları situasiyanı avtomatik olaraq ölçə bilir və bu problemin həllinə yönəlirlər. Bu intuisiyanı təbii qabiliyyətlər və öyrənilmiş bacarıqların bir yerə yığılması yaradır. İntuisiya liderlər üçün qısa olaraq vəziyyət oxuma qabiliyyətidir. Lider nələri oxuya bilir?

  • Lider situasiyanı oxuya bilir
  • Lider trendləri oxuya bilir
  • Lider öz ehtiyatlarını, mövcud resurslarını oxuya bilir
  • Lider insanları oxuya bilir
  • Lider özünü oxuya bilir

9.Cazibə Qüvvəsi Qanunu

Necə insansınızsa, ətrafınıza da o cür insanları toplayacaqsınız. Əgər çevrənizdən şikayətiniz varsa, ətrafınızdakı insanların neqativ olduğunu düşünürsünüzsə, ilk olaraq öz davranışlarınıza baxmağınız lazımdır. Daha yaxşı insanları öz çevrənizə cəzb etməyim yolu çəzb etmək istədiyiniz insanlar kimi olmaqdır. Lider də nə qədər mükəmməl olarsa, ətrafına bir o qədər keyfiyyətli liderləri və yaxşı insanları toplya biləcək.

10.Qırılmaz Bağ/Əlaqə Qanunu

Liderlər o insanlardır ki, insanlar onlardan kömək istəmədən onlar özləri insanlara dəstək olaraq onların könlünü qazanar, arada qırılmaz bir əlaqə, bir bağ qurarlar. Çünki əsl lider bilir ki, insanların könlünü qazanıb onların duyğularını hərəkətə keçirə bilməsə, onları da hərəkətə keçirib ardı ilə apara bilməyəcək. Qəlb və duyğular hər zaman beyindən daha irəlidədir. Bunlar vasitəsi ilə qurulan bağlar asan-asan qırılmır. Bu bağları qurmağı da lider hər zaman öz üstünə götürür. Lider insanlarla bu qırılmaz bağları necə qurur?

  • İlk əvvəl özü ilə əlaqə/bağ quraraq
  • İnsanlarla səmimiyyətlə əlaqə quraraq
  • Öz auditoriyasını yaxşı tanıyaraq
  • Verdiyi mesajı, insanlara dediyini özü də yaşayaraq
  • İnsanlarla arasındakı maneələri qaldıraraq, qərəzi məğlub edərək
  • Özünə deyil, o insanlara diqqət ayıraraq, onlara fokuslanaraq
  • İnsanlara ümid verərək

Yazının ardı var… (2-ci hissədə)


Tövsiyə olunan digər yazılar:


İstifadə edilmiş şəkil başqa mənbədən alınıb.

2 thoughts on “John C. Maxwell “İnkar edilməz 21 Liderlik Qanunu” (kitab xülasəsi, ilk 10 qanun)

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma