“Pawn Sacrifice” (Piyada qurbanı) çox möhtəşəm bir film olmasa da, şahmatla və Soyuq müharibənin idmana təsiri haqqında maraqlananlar üçün gözəl bir filmdir. Şahmatla əlaqəsi olan və daha həyəcanlı film axtaranlar üçün “Knight Moves” (Atla gediş) filmini acizanə tövsiyə edə bilərəm. Qayıdaq mövzumuza. Filmin afişasını buradan izləyə bilərsiniz:

Film ABŞ-ın əfsanəvi şahmatçısı və yeganə dünya çempionu olan Bobbi Fişer, onun həyatı, ən önəmlisi şahmat üzrə dünya çempionluğu uğrunda Boris Spasski ilə keçirdiyi final görüşləri haqqındadır. Onu deyim ki, Stefan Sveyqin “Şahmat” kitabının üstündən bu kitab ən azı Türk qəhvəsinin üstündən soyuq su kimi getdi. 😉

Bobbi Fişer (11-ci dünya çempionu) Boris Spasskini (10-cu dünya çempionu) 1972-ci ildə Reykyavikdə (İslandiya) məğlub edərək ABŞ-ın bu günə qədər yeganə dünya çempionu olur. 1975-ci ildə bu titulunu qorumaq üçün Anatoli Karpov ilə görüş keçirməli olur və bundan imtina edir. Bununla da dünya çempionluğu bitir.

Film real həyat hekayəsi əsasənda çəkilib. Fişerin uşaqlıq illərindən başlayır. Uşaq ikən bir şahmat müəllimi onu kəşf edir və daha sonra da dünya çempionluğuna qədər yüksələn bir karyera başlayır. Nəzərə alsaq ki, şahmat üzrə dünya çempionlarının çoxu keçmiş SSRİ nümayəndələri olub, onun yeganə ABŞ vətəndaşı olaraq bu titulu 3 illik də olsa onlardan “oğurlaması” əsl sensasiya idi. Onu da deyim ki, Fişer ABŞ vətəndaşı olsa da ana tərəfdən yəhudi rus və polyak nənə-babaya sahibdir. İşin içində yenə də ruslar var. 😉

Fişer və Spasskinin oyunları ətrafında film bir xeyli gərginləşir. Hətta Fişer oyunların keçirildiyi salondakı səs-küydən narazı olur, oyunların binanın ucqar bir nöqtəsində yerləşən masa tennisi otağında keçirilməsini tələb edir. Onun bu istəyi Spasski tərəfindən sonradan olsa da qəbul edilir. Axırda Fişer qalib gəlir və 11-ci dünya çempionu olur. Lakin filmdə də göstərildiyi kimi bəzən ruhi halında, sağlamlığında yaranan problemlər ona şahmat oynamağa mane olur.

Filmdə Soyuq müharibənin idmana nə qədər kölgə saldığını, onu lazımsı gərginliyə sürüklədiyini görürük. Soyuq müharibə ABŞ-ın 1980-ci il Moskva Yay Olimpiya oyunlarına qatılmaması kimi bir çox neqativ idman hadisələrinə də səbəb oldu.

İllər sonra Fişer və Spasski. Spasski karyerasının sonlarında Fransa üçün oynayırdı
İllər sonra Fişer və Spasski. Spasski karyerasının sonlarında Fransa üçün oynayırdı

Fişer 2005-ci ildə ABŞ vətəndaşlığından imtina edir və dünya çempionu olduğu İslandiyaya yerləşir. 2008-ci ildə də məhz Reykyavikdə (İslandiya) 64 yaşında vəfat edir.


Tövsiyə olunan digər yazılar:


İstifadə edilmiş mənbələr mətn içərisində hiperlinklərlə verilmişdir.


İstifadə edilmiş şəkillər başqa mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma