Bu dəfə Sizi HR Peşəkarlar qrupunda keçirilən bir anket sorğusunun nəticələri ilə tanış etmək istəyirəm. Anket sorğusu işçilərin rəhbərlərindən və ya xətti menecerlərdən nə gözlədiyi haqqında idi. Bu sorğu 14 May – 19 Avqust 2016 tarixləri arasında keçirilib. Sorğuda iştirak edənlərin birdən çox cavab variantını seçmək və düşündükləri cavab variantını da əlavə etmək fürsətləri olub. Anket sorğusunun giriş qismində işçilərin işə bağlılığının artırılmasında menecerlərin roluna diqqət çəkilib, bu səbəblə də işçilərin onlardan nələr gözlədiyi çox maraqlı idi. İndi isə qısaca nəticələrə nəzər salaq.

Anket sorğusunun sualı dəqiq olaraq bu şəkildə idi:

Menecerlər işçilərin işə bağlılığının (engagement) artırılmasında çox böyük rol oynayırlar. İşçilər rəhbərlərindən (xətti menecelərindən) aşağıdakılardan hansıları görmək istəyirlər ?

Bu sual üçün əvvəlcədən hazırlanan və iştirakçılar tərəfindən əlavə edilə cəmi 8 cavab variantı 251 dəfə seçilib. İndi konkret varinatlara baxaraq işçilərin rəhbərlərindən nə gözlədiyini anlamağa çalışaq:

  1. Anket sorğusuna qatılanların 35%-i (88 nəfər) rəhbərlərdən işçilərin performansının (xidməti fəaliyyətinin) düzgün qiymətləndirilməsini gözləyir.
  2. 20% (49 nəfər) düşünür ki, menecerlər lazım gəldiyi halda daha üst səviyyəli rəhbərlərin qarşısında işçisini müdafiə etməli, onun arxasında durmalıdır.
  3. Sorğuya qatılanların 13%-i (33 nəfər) rəhbərlərin işçilərindən gözlədiyi performansı açıq bir şəkildə ifadə etməsinin zəruri olduğunu hesab edir.
  4. 12% (30 nəfər) isə düşünür ki, rəhbərlər baş verən dəyişikliklərə həm özləri uyğunlaşa bilməli, həm də işçilərinə bu dəyişikliklərə uyğunlaşmaqda dəstək olmalıdır.
  5. İştirakçıların 11%-i (28 nəfər) rəhbərlərin fərd olaraq işçilərinin qayğısına qalmalı olduğu fikrindədir.
  6. 5% (13 nəfər) isə rəhbərlərin işçilərə özlərini inkişaf etdirmək və təsdiq edə bilmək üçün şərait yaratmalı olduğunu deyir.
  7. Sorğuya qatılanların 3%-i (7 nəfər) menecerlərin işçilərinin qiymətləndirilməsini performanslarına görə həyata keçirilməsini üst səviyyəli rəhbərlikdən tələb etməli olduğunu düşünür.
  8. 1% (3 nəfər) bu fikirdədir ki, rəhbər şəxs həm uğurlara, həm də uğursuzluqlara görə məsuliyyəti öz üzərinə götürməyi bacarmalıdır.

Anket1

Ümumən baxdığımız zaman anket iştirakçıları menecerdən işçilərə qarşı ədalətli olmasını, onların yanında durmasını, işçilərdən nə tələb olunduğunu aydın bir şəkildə ifadə etməsini, işçilərə adaptasiya proseslərində dəstək olmasını istəyir.


Tövsiyə olunan bəzi yazılar:


İstifadə edilmiş şəkil fərqli mənbədən götürülüb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma