Bir çox uğurlu şirkət bazarda, fəaliyyət göstərdikləri sektorda baş verən dəyişikliklərin fərqinə vara bilməməkdə və zamanında reaksiya göstərməməkdə günahlandırılır. Hər halda buna ən yaxşı nümunə Nokia olar. Artıq bu bazarda liderlər çoxdandır ki, hamımızın tanıdığı çox fərqli məşhur markalardır. Amma aparılan araşdırmalar göstərir ki, bunun tək səbəbi bu şirkətlərin çevrədə olan yeniliklərə, təhdidlərə zamanında reaksiya verməməsi deyil. Bu şirkətlərin bəziləri təhlükənin fərqinə varır və çox ciddi, aqressiv, sürətli tədbirlər görür. Amma yenə də uçuruma yuvarlanmaqdan yaxalarını qurtara bilmirlər. Bu zaman fərqli bir anlayışla qarşılaşırıq. Aktiv ətalət və ya inersiya (active inertia). Onlar aktiv ətalət deyilən bir tələyə düşürlər.

Aktiv ətalət nədir?

Aktiv ətalət bir şirkətin çevrədə baş verən dəyişikliklərə, rəqiblərinin bazara gətirdikləri yeniliklərə, onlara problem yarada biləcək təhdidlərə qarşı daha əvvəllər tətbiq etdikləri və uğurlu olduqları metodlarla cavab verməyə çalışmasıdır.

Bunu sadə bir nümunə ilə bu şəkildə izah etmək mümkündür. Düşünün ki, bir avtomobil sürürsünüz və birdən arxa təkərlər palçıqda ilişib qalır. Siz isə mühərrikə daha çox güc salaraq bu çətin vəziyyətdən çıxmaq istəyirsiniz. Nəticədə nə olur? Avtomobil daha da dərinə batır, təkərlər fırlandıqca, çuxurlar daha da dərinləşir.

Daha bir nümunə bir kəpənəyin hörümçək toruna ilişməsi ola bilər. Kəpənək normalda təhlükə hiss etdiyi zaman uçaraq uzaqlaşır. Burada da hər zaman etdiyi uğurlu hərəkəti edir və uçmağa çalışır. Amma hər cəhdində daha betər olur, hər cəhdində özünü hörümçək toruna daha da dolaşdırmış olur.

Deməli sadəcə təhlükənin fərqinə əvvəlcədən varmaq və daha əvvəlki təcrübələrimizdən yararlanaraq bu təhlükədən qurtarmaq cəhdi hər zaman uğurlu olmur. Bu zaman nə qədər sürətli olsaq da, doğru yolda getmədiyimiz üçün özümüzü daha da çətin vəziyyətə sala bilərik. Deməli  vəziyyət eyni zamanda doğru dəyərləndirilməli və bu təhdidə reakisya verə bilmək üçün uyğun bir strategiya hazırlanmalıdır.

Yaxşı, bəs şirkətlərin aktiv ətalət tələsinə düşməsinə nələr səbəb olur?

Hər bir şirkətin uğurlu olması, rəqiblərindən fərqlənə bilməsi, onlarla rəqabətdə üstünlük əldə etməsi və bunu davam etdirə bilməsi üçün bəzi faktorlar mühüm rol oynayır. Bu faktorlar əsasən 5 kateqoriyaya bölünür:

  1. Strateji çərçivələr
  2. Proseslər
  3. Resurslar
  4. Əlaqələr
  5. Dəyərlər

Bu faktorlar uğurlu olmaq üçün çox vacibdir, amma maraqlısı da budur ki, bu ünsürlər zamanla çox möhkəmlənə, daşlaşa bilir. Bunun sabit bazar şəraitində çox faydalı olduğu bilinir. Amma dəyişən bazar şərtləri və çevrə üçün yuxarıdakı 5 faktorun sərtləşməsi, daşlaşmış olması ciddi təhlükə yaradır və şirkətin çevikliyini, manevr etmə qabiliyyətini azaldaraq aktiv ətalətə düşməsinə səbəb olur. Bu 5 faktor zamanla daşlaşaraq şəkil dəyişdirir (srateji çərçivələr maneələrə, proseslər rutinlərə, resurslar dəyişdirilməsi mümkün olmayan problemlərə, əlaqələr şirkəti bir yerə bağlayan qandallara, dəyərlər isə qatı inanclara çevrilir) və şirkətin doğru reaksiya vermə qabiliyyətini məhdudlaşdırır. Nümunələrlə aydınlıq gətirməyə çalışaq.

Təyyarə sektorunda fəaliyyət göstərən bir şirkət düşünün. Onların sahib olduğu fabriklərdə çox bahalı, tonlarla ağırlığı olan, satmaq və ya dəyişdirmək istəsən, müştəri tapmağın çox çətin olacağı spesifik texnologiyalar var. Məhz onların vasitəsi ilə bu şirkətlər milyardlar qazanır və uğurlu olur. Amma dəyişən müştəri istəkləri, bazara daxil olan yeni rəqiblər, onların innovativ həmlələri bu şirkəti radikal addımlar atmağa məcbur etdiyi zaman şirkətin sahib olduğu o çox dəyərli resurslar bir anda çox ciddi baş bəlasına çevrilir. Kimə satasan? Necə atasan? O qədər yeni və bahalı texnolohiyanı necə alasan? Təbii ki, şirkət asanlıqla bu resurslardan qurtula bilmir və uzun müddət hər zamankı metodlarla bazardakı yeniliklərə reaksiya göstərməyə çalışır. Amma nəticədə aktiv ətalət tələsinə düşmüş olur.

Başqa bir nümunə. Düşünün ki, iki çox güclü şirkət güclərini birləşdirmək və əməkdaşlıq etmək üçün ciddi əlaqələr qurur, uzun müddətli müqavilələr bağlayaraq bu əlaqələri möhkəmləndirir. İndi bu iki şirkətin fəaliyyətləri bir-birindən sıx şəkildə asılıdır. Hər şey çox gözəldir, şirkətlər çox uğurludur. Amma bir zaman sonra şirkətlərdən birində ciddi problem yaranır, digər şirkətə qarşı öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ikinci şirkəti də fəlakətə sürükləyir. İkinci şirkət üçün bu nümunədə əvvəllər çox uğurlu olan əlaqələri bir anda onu uçuruma gedən partnyor şirkətə bağlayan zəncirə, qandala çevrilir.


Tövsiyə olunan bəzi yazılar:


İstifadə edilmiş mənbələr:

  • Sull, D., “Why Good Companies Go Bad?”, Harvard Business Review, July 1999
  • Sull, D., Revival of the Fittest, Harvard Business Press, 2003
  • Sull, D., “Strategy as Acitve Waiting”, Harvard Business Review, September 2005
  • Sull, D., The Upside of Turbulance, HarperBusiness, 2009.

İstifadə edilmiş şəkil fərqli mənbədən götürülüb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma