Uzun müddətdir ki, sosial mediyada bizim də üzərində müzakirələr etdiyimiz bəzi mövzularda Türkiyə bir addım atdı. Artıq şirkətlər iş elanlarında etdikləri bəzi ayrı-seçkiliklərə görə 15000 TL (7977 AZN) məbləğində cərimə olunacaq. Bunlar hansı ayrı-seçkiliklərdir? Gəlin baxaq:
- “Ancaq Boğaziçi, ODTÜ, İTÜ və s. universitetlərin məzunları müraciət edə bilər.”
- Qadınlara hamilə olduğu, körpəsi, baxıma ehtiyacı olan uşağı olduğu üçün işə müraciətdə məhdudiyyətlər yaratmaq.
Amma maraqlısı budur ki, ölkəmizdə sosial mediya vasitəsi ilə daha çox müzakirə olunan və etirazlara səbəb olan cinsi və yaş məsələləri ilə bağlı ayrı-seçkiliklər istisnalar olaraq nəzərdə tutulub. Bu məsələlərə görə iş elanlarını verən şirkətlər cərimə olunmayacaq. Yəni şirkətlər bəzi hallarda sadəcə qadın, sadəcə kişi namizəd axtardığını qeyd edə biləcək. Eyni zamanda, şirkətlər bəzi hallarda “biz 25-45 yaş arası mütəxəssis axtarırıq” deyə biləcək. Bundan başqa vacib olduğu hallarda şirkətlər “biz məhz bu sahələr və ya sahədə təcrübəli olan mütəxəssis axtarırıq” deyə biləcək.
Qanun pozuntusunun olduğunu düşünən insanlar bu səhvini düzəltmək üçün ilk əvvəl şirkətə müracit edəcək. 30 gün ərzində müraciət cavablandırılmadığı təqdirdə bu haqda müvafiq qrurumlara müraciət olunacaq. Bu qurumlar qanun pozunutusunun olduğunu müəyyən edərsə, şirkət 15000 TL (7977 AZN) məbləğində cərimə olunacaq.
Siz nə düşünürsünüz?
Hansı ayrı-seçkiliklər ilə bağlı ölkəmizdə buna bənzər tədbirlər görülməlidir?
Hansı ayrı-seçkiliklərdən daha çoz əziyyət çəkdiyimizi düşünürsünüz?
Tövsiyə olunan bəzi yazılar:
- Motivasiyanızı artıracaq, Sizi xəyal və hədəflərinizə kökləyəcək mükəmməl bir film
- e-KİTABXANA
- Valideynlərin bizim ixtisas, ali məktəb və iş seçimlərimizə təsiri (Azərbaycan üçün anket araşdırmasının nəticələri)
- Öz işini qurmaq istəyənlərin baxmalı olduğu 118 film və 15 TED.com çıxışı
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- İnsan Resursları (HR) üzrə magistratura üçün dünyanın ən yaxşı universitetləri
- Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır
- Maslounun (Maslow) Ehtiyaclar İyerarxiyası/Piramidası nədir? (nümunələrlə)
İstifadə olunmuş mənbə:
http://www.tbmm.gov.tr/kanunlar/k6701.html
Qeyd: İsitfadə olunmuş şəkil fərqli mənbədən alınıb.