Bu dəfə Sizə motivasiyanızı artıracaq, Sizi hədəfləriniz və xəyallarınız üçün savaşmağa ruhlandıracaq bir film haqqında danışmaq istəyirəm. Filmin adı “October Sky”-dır və bir NASA mühəndisi olan Homer Hikem tərəfindən yazılmış avtobioqrafik əsər (“Rocket Boys”) əsasında çəkilib, real hadisələrə dayanır. Film 1957-ci ildə o zamankı SSRİ tərəfindən hazırlanaraq 4 Oktyabrda kosmosa buraxılan Yerin ilk süni peyki Sputnik 1-dən sonra Homer adlı gəncin NASA mühəndisliyinə qədər gedən yolunu əhatə edir.

"Sputnik 1"-in Heydər Əliyev Mərkəzindəki prototipi. Bakı, 15.02.2014.
“Sputnik 1”-in Heydər Əliyev Mərkəzindəki prototipi. Bakı, 15.02.2014.

Gənc Homerin bu yoldakı ən böyük ilham qaynağı və dəstəkçisi müəlliməsi xanım Raylidir. Təbii ki, ən böyük motivasiya qaynağı və idealı isə Verner von Braundur. Homerin onunla tək tərəfli məktublaşmaları filmin əsas xəttlərindəndir. von Braun kosmik uçuşlar sahəsində ABŞ-ın alman əsilli bir nömrəli mühəndisidir və ABŞ-SSRİ kosmik layihələr rəqabətində rus Sergey Korolyovun əsas rəqibidir. O Korolyov ki, Azərbaycanlı General Kərim Kərimovun SSRİ kosmonavtikasında mühüm vəzifələrə gəlməsində böyük rol sahibi olmuşdu. Nəysə, bu məlumatlar dəyərli olsa da, bizi mövzudan uzaqlaşdırmamalıdır.

Filmin afişasını buradan izləyə bilərsiniz.

Film haqqında, xüsusən sujetlə bağlı çox yazıb Sizin həvəsinizi qaçırmaq istəmirəm, ən qısa zamanda baxmağınızı təkidlə və acizanə bir şəkildə tövsiyə edirəm.

Filmi izləyərək nələri öyrənmiş və ya təkrarlamış oluruq?

-Xəyallarımıza, hədəflərimizə daha böyük bir enerji ilə sarılmalı, onlar üçün savaşmalı, bir gün bütün zəhmətimizin bəhrəsini görəcəyimizə inanmalı olduğumuzu.

-Məcbur olduğumuz, etməli olduğumuz işlə deyil, sevdiyimiz işlə məşğul olmağımız lazım olduğunu.

-Xəyallarımıza çox insanın güləcəyini, amma bu xəyallar reallaşdığı zaman çox insanın yanımızda olacağını. Keçmiş ABŞ prezidentlərindən Kennedinin ifadəsi ilə “Qələbənin çox yaradıcısı olar, məğlubiyyət isə hər zaman tənhadır.”

-Ən uzaq dağ kəndində yaşasaq belə bizim öz zəhmətimiz və çalışqanlığımızla dünyanın ən yaxşı univesitetlərində belə təqaüdlə oxumaq şansımızın olduğunu.

-Rəqiblərimizi doğru qiymətləndirməyi, amma onları şişirtməməyi, onlardan qorxmamağı.

-İdeyalarımızı bizi dəstəkləyən, bizimlə eyni həyəcanı paylaşan insanlarla bölüşməli olduğumuzu.


Tövsiyə olunan bəzi yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma