Azərbaycanda valideynlərin övladlarının ali məktəb, ixtisas və iş seçimlərinə təsirini öyrənmək məqsədi ilə 31 Mart – 17 Aprel 2016 tarixləri arasında sosial mediyada anket sorğusu keçirildi. Anket 5 sualdan ibarət idi və hər bir suala 300 nəfərdən artıq insan “Bəli” və ya “Xeyr” variantlarından birini seçərək cavab verdi. Anket sorğusunun nəticələrinə keçməzdən əvvəl bir daha zaman ayıraraq bu sualları cavablayan, onları sosial mediyada paylaşaraq dəstək olan hər kəsə təşəkkür edirəm. İndi isə nəticələrə keçə bilərik.

Tehran Abdurrahimov İnsan Resursları (1)

Bu suala cavab verən 314 nəfərin 68%-i (214 nəfər) elə bir təzyiq edilmədən ali məktəb, ixtisas seçimi edə bilib. İştirakçıların 1/3-i (100 nəfər) isə müxtəlif şəkildə təzyiq və ya təkidlə qarşılaşıb. Əslində burada daha çox diqqətimizi çəkən az da olsa bu hissədir. Çünki hər 100 nəfərdən 33-nün valideyn təsiri ilə bəlkə də sevmədiyi, arzu etmədiyi ixtisas və universiteti seçmək məcburiyyətində qalması gələcəkdə sevmədiyi bir işdə işləmə ehtimalını daha da artırmış olur. Əslində növbəti suala verilən cavablar bizə bir addım daha irəlini görməyə imkan verir.

Tehran Abdurrahimov İnsan Resursları (2)

Bu iki suala verilən cavablara baxarkən bir çox şey aydın olur. Yuxarıdakı sualda ali məktəb və ixtisas seçimi edərkən valideyn müqaviməti ilə rastlaşan insanların sayı qədər (32%), aşağıdakı sualda da ürəyincə olan ali məktəb və ixtisasa qəbul ola bilmədiyinləri görürük (33%). Düzdü, çoxluq (67%, 205 nəfər) istədiyi yerə qəbul olub, amma bizim üçün önəmli olan çox sayda insanın bundan məhrum qalmasıdır. Burada sadəcə valideynləri qınamaq bəlkə də hasqsızlıq olar. Eyni zamanda təhsil sistemindəki çatışmazlıqlar da buna şərait yaradan amillərdəndir

Əli Fuad Başgilin “Gənclərlə üz-üzə” adlı kitabında Fransada tanış olduğu yaşlı bir aktyordan yazır. Onunla danışarkən məlum olur ki, bu aktyor gənc yaşlarında bu sahəyə ciddi maraq göstərib, tək arzusu aktyor olmaq olub. Amma valideynləri buna qətiyyən razı olmayıb və onu məcburən hüquqşünas olaraq oxudublar. İllərlə sevmədiyi halda vəkil olaraq müxtəlif yerlərdə işləyib, valideynləri vəfat etdikdən sonra isə yenidən gənclik arzularının arxasınca düşüb. Oxuyub, təcrübə keçib və sonunda aktyor olub, amma sadəcə çox aşağı dərəcədə. Çünki yüksəlmək üçün nə zaman, nə də ciddi bir enerji qalıb. Məncə valideynlər bu cür halları da nəzərə alaraq övladlarını sıxışdırmamalı, onlara sevdikləri istiqamətdə dəstək olmağa çalışmalıdır.

Tehran Abdurrahimov İnsan Resursları (3)

Bu suala cavab verən 305 nəfərdən sadəcə 19%-i (59 nəfər) bu cür tövisyə alıb, 81%-lik böyük əksəriyyət isə valideynlərindən belə bir tövsiyə almayıb. Bunu daha çox insaların öz işlərini çətin, ağır, sıxıntılı, gərgin və ya az gəlirli hesab etmələri ilə əlaqələndirmək olar. Ölkəmizdə insanların böyük əksəriyyətinin iş şəraitinin əla olduğunu da demək çətindir. Bu da valideynlərin övladlarına onların sahələrində işləməyi tövsiyə etməməsinə səbəblərdən biri ola bilər. Belə çıxır ki, dəmirçi oğlunun dəmirçi, müəllimə də qızının müəllimə olmasını elə də çox arzu etmir. Növbəti sual da bu prosesin bir növ davamını izah edir.

Tehran Abdurrahimov İnsan Resursları (4)

Anket sorğusunda iştirak edənlərin 87%-nin (265 nəfər) indiki və ya son işləri ilə valideynlərinin işləri arasında hər hansı bir uyğunluq, bənzərlik yoxdur. Böyük əksəriyyət valideynlərindən fərqli sahələrdə işləyir. Bu göstəriciləri ABŞ ilə müqayisə etdiyimiz zaman (sadəcə müqayisə üçün) bir çox sahədə ciddi fərqliliklərin olmadığını görürük. Bir araşdırmada biz bunun şahidi oluruq ki, ABŞ-da müxtəlif sahələrdə çalışan insaların övladları da daha çox valideynlərinin çalışmadığı sahələrə yönəlirlər.

Tehran Abdurrahimov İnsan Resursları (5)

Bütün bunların yekunu olaraq yəqin ki, Sizin üçün də maraqlı olardı anket iştirakçılarının hal-hazırkı və ya son işlərindən məmnunluq səviyyəsi necədir? Bu suala 321 nəfər cavab verib və onların 3/4-ü (244 nəfər) işindən məmnundur. Daha əvvəl Azərbaycanda işləyən HR-ların məmnuniyyət səviyyəsini ölçən bir anket sorğusu da keçirmişdim. Bu sorğuya əsasən HR-larımızn hardasa yarısı (54%-i) işlərindən məmnun olduğunu bildirmişdi. Yəni ümumi olaraq son anketdə iştirak edənlərin daha böyük bir qismi (76%) öz işindən məmnundur.


Tövsiyə olunan bəzi yazılar:


İstifaəd olunmuş mənbələr:

Əli Fuad Başgil “Gənclərlər üz-üzə”

Ismail Onur & FilizLada Adamic “Do jobs run in families?”

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma