İzmir Yüksek Teknoloji EnstitüsüİYTE-də təhsil alan gənclər bir araya gələrək Azərbaycanın Qarabağ məsələsindəki haqlı mövqeyini dəstəkləmək və xalqımız, ordumuz, dövlətimizlə həmrəy olduğunu nümayiş etdirmək üçün 6 Aprel 2016 tarixində ali təhsil ocağında yürüyüş keçirdi. Mən də həvətənlərimə qoşuldum.

İlk əvvəl yürüyüş təşkilatçılarına, bizə dəstək üçün gələn Türkiyə, Pakistan, Hindistandan olan dostlarımıza dərin təşəkkürümü bildirirəm. Xüsusən Türk qardaşlarımız dəstək verən gənclər arasında üstünlük təşkil edirdi. Hətta Pakistandan olan dostumuz dedi ki, bura sizə dəstək olmaq üçün gələcəyimi tələbə yoldaşlarımdan biri biləndə mənə “bəlkə onlar bu məsələdə haqlı deyil?” dedi. Pakistanlı dostumuz cavab verib ki, nə olur olsun, mən Azərbaycanlıların yanındayam. Bu da Pakistanlılarla bizim aramızda qeyri-adi bir bağ olduğunu bir daha sübut etmiş oldu.

Yürüyüşümüz şüarlarla müşayiət olundu. İnsanlara səsimizi və hisslərimizi çatdırmağa çalışdıq. Yürüyüşün son nöqtəsində İYTE Rektorluğu qarşısına gəldik və burada bizi Rektor Prof. Dr. Mustafa Güden şəxsən qarşıladı. Xalqlarımız arasındakı güclü qardaşlıq bağlarına toxunaraq bizimlə həmrəyliyini ifadə etdi, qardaş ölkə – Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi.

Bu kiçik yazımın sonunda qeyd etmək istəyirəm ki, Vətənimizdə olmasaq da, hər zaman bacardığımız miqyasda xalqımızı, ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. İstər sosial mediyada, istərsə də digər platformalarda ölkəmizin haqlı mövqeyini hər zaman dəstəkləməyə, öz vətəndaşlıq borcumuzu az da olsa yerinə yetirməyə çalışırıq. Heç şübhəsiz ki, hər an hərbi xidmət zamanı öyrəndiklərimizi də ölkəmizi qorumaq üçün tətbiq etməyə hazırıq.

Hər Şey Vətən Üçün! Vətənimizi çox sevirik! Başqa Vətənimiz yoxdur!

Yürüyüşdən bir neçə foto.

Azərbaycana dəstək yürüyüşündən əvvəl
Azərbaycana dəstək yürüyüşündən əvvəl
Azərbaycana dəstək yürüyüşündən bir an
Azərbaycana dəstək yürüyüşündən bir an
Yürüyüşün son nöqtəsi - Rektorluq. İYTE Rektoru Prof. Dr. Mustafa Güden danışır.
Yürüyüşün son nöqtəsi – Rektorluq. İYTE Rektoru Prof. Dr. Mustafa Güden danışır.

Tövsiyə olunan bəzi yazılar:

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma