Yeni kateqoriyamın ilk yazısında Sizinlə The Blind Side (2009) (Görünməyən tərəf) filmi haqqında danışmaq istəyirəm. Film Michael Oher adlı afro-amerikan mənşəli futbol (Amerikan futbolu) oyunçusunun real həyat hekayəsi haqqında çəkilib. Baş rolda oynayan Sandra Bullock bu günə qədər aldığı yeganə Oscar mükafatını da məhz bu filmə görə alıb. Filmin afişasına aşağıdakı video lentdə baxa bilərsiniz:

Çox qısa olaraq filmin sujeti haqqında bunu demək olar ki, bir varlı amerikan ailəsi uşaqları ilə eyni məktəbdə oxuyan bir qara dərili gənci – Nəhəng Maykı – övladlığa götürür, çünki onun qalacaq yeri və normal bir ailəsi yoxdur. Nəhəng Mayk yaşıdları ilə ünsiyyət qurmaqda, dərslərini anlamaqda və hazırlamaqda çox çətinlik çəkir, IQ-sü çox aşağı olduğu üçün müəllimlər də ondan ümidini kəsir. Amma yeni anası (Sandra Bullock) və ailəsi onu dəstəkləməkdən əl çəkmir. Zamanla müəllimləri də onun yaza və oxuya bilmədiyini nəzər alaraq imtahanları üz-üzə danışaraq götürürlər. Yeni anası məktəbdə keçirilən bir psixoloji testdən sonra onun qoruma instinktinin 98% kimi çox yüksək bir göstəriciyə sahib olduğunu öyrənir. Bu güclü tərəfi üzərində də Nəhəng Maykın çox uğurlu futbol karyerası qurulur.

Filmdən öyrəndiklərim:

Filmi ilk fürsətdə izləməyi hər kəsə acizanə tövsiyə edərdim, zamanınız boşa getməz. Hər filmdə fərqli insalar çox fərqli şeylər görə bilər. Mənim gördüklərim və düşündüklərim bunlardır.

Nəhəng Mayk qoruma instinkti (98%) üzərində çox uğurlu futbol kariyerası qurdu, baxmayaraq ki, oxuma yazma problemi var idi, IQ-sünün aşağı olduğu deyilirdi. Demək ki, güclü yanlara fokuslanaraq, bunu doğru bir şəkildə istifadə edərək rəqiblərdən ciddi şəkildə fərqlənmək olar. Təbii ki, bu tərəflərin fərqinə varan birinin olması da lazımdır. Bunu uşaq vaxtı eşitdiyim və Sizlərin də bildiyi bir hekayə ilə də əlaqələndirmək istərdim.

Sol qolu olmayan və əlbəyaxa döyüşlə məşğul olmaq istəyən bir gənc olur. Belə birinə yəqin ki, yazığımız gələr və təsəlli etməyə çalışarıq. Amma o, bir məşqçi ilə tanış olur və bu məşqçi belə bir çıxış yolu tapır. Sol qolu olmayan döyüşçüyə bir fənd öyrədir, sadəcə bu fəndi məşq etməyi tapşırır. Döyüşçü də sadəcə bu tapşırıq üzərində, amma çox səylə çalışır. Gənc idmançı bu fənd vasitəsilə bütün rəqiblərini məğlub edir. Sizcə bunun sirri nədir? Məşqçisi sirri bu şəkildə izah edir: “Bu fəndin qarşısını almaq üçün rəqib idmançı sənin sol qolundan tutaraq əks fənd işlətməlidir, bunu isə sol qolun olmadığı üçün edə bilmir. Bu sənin ən güclü tərəfindir.”

Şirkətlər üçün də bu eynilə belədir. PrahaladHamel-in hazırladığı “core competency” (təməl kompetensiya) fəlsəfəsi də məhz bu incə düşüncəyə əsaslanır: güclü yanları müəyyən etmək və onlara fokuslanaraq rəqiblərini geridə qoymaq. Burada önəmli olan odur ki, bu güclü yanlar rəqiblər tərəfindən asanlıqla “copy-paste” edilə bilməsin, şirkətin özünəməxsus tərəfləri olsun.


Tövsiyə olunan bəzi yazılar:


Qeyd: İstifadə edilmiş şəkil başqa mənbədən alınıb.

Rəy bildirin...

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma