Bu gün bir video ilə rastlaşdım. Zlatan İbrahimoviç marka partnyoru olduğu Vitamin Well üçün bir gənc ilə iş görüşməsinə şəxsən özü gəlir. Düşünün ki, iş axtarırsınız, müraciətlərinizdən birinə müsbət cavab gəlir və Siz müsahibəyə gedirsiniz. Təbii olaraq bir HR-la görüşəcəyinizi düşünürsünüz, amma qarşınıza İbrahimoviç çıxır. Bilmirəm Sizin üçün bunu təsəvvür etmək nə qədər asan oldu, amma həmvətəniniz olaraq mənim üçün bir az çətin oldu. Bəlkə də İsveçli olsaydım daha asan olardı. Bir də açığı İbrahimoviç futbolçu kimi və ümumi müsahibələrindən də tanıdığım qədər şəxsiyyət kimi qeyri-adi insandır. Yəni ondan hər an hər şey gözləmək olar. Mən düşündüm ki, müsahibə zamanı da nə isə çox qeyri-adi bir şey edəcək, amma yəqin Vitamin Well-in xətrinə bu dəfə özünü “yaxşı apardı”.
Sizinlə bu müsahibəni paylaşmaq istədim. İngiliscə titr/alt yazı ilə izləyə bilərsiniz (Müsahibəni Türkcə titr/alt yazı ilə buradan izləmək olar):
Bu video “Zlatan at Work” adlı kiçik bir seriyanın ilk epizodu olaraq yayımlanıb. Bəlkə də yeni və maraqlı bir trendin yaranmasına şahidlik edirik. Bildiyim qədər çox məşhur futbolçunun biznes fəaliyyətləri var, bəlkə də bu addıma maraqlı cavablar da gələcək. Qısası izləməyə dəyər. Növbəti epizodlar və gələ biləcək alternativ cavabları gözləyək.
Tövsiyə olunan bəzi yazılar:
- İş axtaranların CV hazırlayarkən diqqət etməli olduğu 12 məqam
- Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır
- İşə qəbul zamanı Maksimus effekti
- Sən “döyərsən”, yoxsa CV-in ?
- HR (İR) Konsultant Orxan İsayev ilə müsahibə
- Azərbaycan HR-larının iş məmnuniyyəti ilə bağlı anket araşdırmasının nəticələri
- 2016 üçün İşə Qəbul Trendləri
- Hansı namizədi seçməliyik ? “Gümüş qaşıq”, yoxsa “döyüşkən” olanı ?
Qeyd: İstifadə edilmiş şəkil fərqli mənbədən alınıb.